Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN

Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMANPrezident İlham Əliyev sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Sonxeber.az xəbər verir ki, Fərmana əsasən 2025-ci il iyulun 1-dən sosial müavinətlərin məbləğləri aşağıdakı kimi müəyyən edilib:

1.1. orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 (üç yüz) manat, orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 250 (iki yüz əlli) manat, orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 180 (yüz səksən) manat;

1.2. ailə başçısını itirməyə görə 140 (yüz qırx) manat;

1.3. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına 140 (yüz qırx) manat;

1.4. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) 140 (yüz qırx) manat;

1.5. bir yaşınadək uşağı olan aztəminatlı ailələrə hər uşaq üçün 140 (yüz qırx) manat;

1.6. beşdən çox uşağı olan qadınlara hər uşaq üçün 140 (yüz qırx) manat;

1.7. övladlığa götürülən uşağa (18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar istisna olmaqla) görə 240 (iki yüz qırx) manat;

1.8. himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə: 0–6 yaş arası uşağa görə 500 (beş yüz) manat, 7–13 yaş arası uşağa görə 600 (altı yüz) manat, 14–18 yaş arası uşağa görə 650 (altı yüz əlli) manat;

1.9. uşağın anadan olmasına görə 600 (altı yüz) manat;

1.10. dəfn üçün 600 (altı yüz) manat.

2. 2025-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin aylıq məbləğləri aşağıdakı kimi müəyyən edilsin:

2.1. Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərə 2200 (iki min iki yüz) manat;

2.2. Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün 2000 (iki min) manat;

2.3. şəhid ailəsi üçün 700 (yeddi yüz) manat;

2.4. 20 Yanvar şəhidinin ailəsi üçün 700 (yeddi yüz) manat;

2.5. Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə 700 (yeddi yüz) manat;

2.6. müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə:

2.6.1. orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 600 (altı yüz) manat;

2.6.2. orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 500 (beş yüz) manat;

2.6.3. orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 400 (dörd yüz) manat;

2.7. orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə 120 (yüz iyirmi) manat;

2.8. ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) 250 (iki yüz əlli) manat;

2.9. ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə 350 (üç yüz əlli) manat.

3. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 2025-ci il iyulun 1-dən 1700 (min yeddi yüz) manat müəyyən edilsin.

4. Fəxri adlara görə aylıq təqaüdün məbləği 2025-ci il iyulun 1-dən xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 300 (üç yüz) manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 200 (iki yüz) manat müəyyən edilsin.

5. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 329 (Cild I) 2-ci hissəsində "1500 (min beş yüz)" sözləri "1700 (min yeddi yüz)" sözləri ilə əvəz edilsin.

6. "Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 594 (Cild I) 1-ci hissəsində "1800 (min səkkiz yüz)" sözləri "2000 (iki min)" sözləri ilə əvəz edilsin.

7. "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar tarixli 350 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 5 (Cild I) 1-ci hissəsində "600 (altı yüz)" sözləri "700 (yeddi yüz)" sözləri ilə əvəz edilsin.

8. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1040 (Cild I) 1-ci hissəsində "600 (altı yüz)" sözləri "700 (yeddi yüz)" sözləri ilə əvəz edilsin.

9. "Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 795 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

9.1. 1.1-ci bənddə "500 (beş yüz)" sözləri "600 (altı yüz)" sözləri ilə əvəz edilsin;

9.2. 1.2-ci bənddə "400 (dörd yüz)" sözləri "500 (beş yüz)" sözləri ilə əvəz edilsin;

9.3. 1.3-cü bənddə "330 (üç yüz otuz)" sözləri "400 (dörd yüz)" sözləri ilə əvəz edilsin.

10. "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

10.1. 1.1.2-ci yarımbənd üzrə:

10.1.1. ikinci abzasda "270 (iki yüz yetmiş)" sözləri "300 (üç yüz)" sözləri ilə əvəz edilsin;

10.1.2. üçüncü abzasda "220 (iki yüz iyirmi)" sözləri "250 (iki yüz əlli)" sözləri ilə əvəz edilsin;

10.1.3. dördüncü abzasda "150 (yüz əlli)" sözləri "180 (yüz səksən)" sözləri ilə əvəz edilsin;

10.2. 1.1.3-cü yarımbənd üzrə:

10.2.1. ikinci abzasda "270 (iki yüz yetmiş)" sözləri "300 (üç yüz)" sözləri ilə əvəz edilsin;

10.2.2. üçüncü abzasda "220 (iki yüz iyirmi)" sözləri "250 (iki yüz əlli)" sözləri ilə əvəz edilsin;

10.2.3. dördüncü abzasda "150 (yüz əlli)" sözləri "180 (yüz səksən)" sözləri ilə əvəz edilsin;

10.3. 1.1.4-cü yarımbənd üzrə:

10.3.1. ikinci abzasda "270 (iki yüz yetmiş)" sözləri "300 (üç yüz)" sözləri ilə əvəz edilsin;

10.3.2. üçüncü abzasda "220 (iki yüz iyirmi)" sözləri "250 (iki yüz əlli)" sözləri ilə əvəz edilsin;

10.3.3. dördüncü abzasda "150 (yüz əlli)" sözləri "180 (yüz səksən)" sözləri ilə əvəz edilsin;

10.4. 1.1.6-cı yarımbənddə "120 (yüz iyirmi)" sözləri "140 (yüz qırx)" sözləri ilə əvəz edilsin;

10.5. 1.1.8-ci və 1.1.9-cu yarımbəndlərdə "120" rəqəmləri "140 (yüz qırx)" sözləri ilə əvəz edilsin;

10.6. 1.1.10-cu yarımbənddə "100 (bir yüz)" sözləri "140 (yüz qırx)" sözləri ilə əvəz edilsin;

10.7. 1.1.12-ci yarımbəndin 1-ci abzasında "200" rəqəmləri "240 (iki yüz qırx)" sözləri ilə əvəz edilsin;

10.8. 1.1.13-cü yarımbəndin 2-ci abzasında "395" rəqəmləri "500 (beş yüz)" sözləri ilə, "415" rəqəmləri "600 (altı yüz)" sözləri ilə, "435" rəqəmləri "650 (altı yüz əlli)" sözləri ilə əvəz edilsin;

10.9. 1.2.2-ci və 1.2.3-cü yarımbəndlərdə "500 (beş yüz)" sözləri "600 (altı yüz)" sözləri ilə əvəz edilsin.

11. "Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1539 (Cild I) 1-ci hissəsində "105 (yüz beş)" sözləri "140 (yüz qırx)" sözləri ilə əvəz edilsin.

12. "Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli 128 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 3, maddə 249 (Cild I) 1-ci hissəsində "200 (iki yüz)" sözləri "250 (iki yüz əlli)" sözləri ilə əvəz edilsin.

13. "Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 avqust tarixli 244 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 8, maddə 962 (Cild I) 1-ci hissəsində "600 (altı yüz)" sözləri "700 (yeddi yüz)" sözləri ilə əvəz edilsin.

14. "Orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 643 (Cild I) 1-ci hissəsində "100 (bir yüz)" sözləri "120 (yüz iyirmi)" sözləri ilə əvəz edilsin.

15. "Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1226 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (I kitab), maddə 1488 (Cild I) 1-ci hissəsində "2000 (iki min)" sözləri "2200 (iki min iki yüz)" sözləri ilə əvəz edilsin.

16. "Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1232 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (I kitab), maddə 1494 (Cild I) 1-ci hissəsində "300 (üç yüz)" sözləri "350 (üç yüz əlli)" sözləri ilə əvəz edilsin.

17. "Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 609 (Cild I) 1-ci hissəsinin birinci abzasında "200 (iki yüz)" sözləri "300 (üç yüz)" sözləri ilə, "150 (yüz əlli)" sözləri "200 (iki yüz)" sözləri ilə əvəz edilsin.

18. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 4402   Tarix: 12 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sergey Lavrov Bakıya gəldi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Azərbaycana gəlib. TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin təyyarəsi artıq Bakı aeroportuna enib. 12:46. Rusiyanın xarici işlər nazir

14 oktyabr
.

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Bu gün İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 23-cü ildönümüdür. xatırladır ki, həmin ilin oktyabrın 1-də ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində demişdi:. "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd

15 oktyabr
.

Azad Füzuli sürətlə bərpa edilir

30 ilə yaxın müddətdə torpaqlarının 20 faizi təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalan Azərbaycan, nəhayət ki, düşmənə öz yerini göstərdi. Hələ şanlı zəfər yürüşünədək Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şərait

15 oktyabr
.

Azərbaycan Prezidenti Qətər əmiri ilə görüşüb - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

15 oktyabr
.

Füzuli şəhərində aparılan bərpa işləri

Füzuli rayonu sakinlərinin yurd həsrətinə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində 27 ildən sonra son qoyulub. 17 oktyabr 2020-ci il şərəf və qürur günlərimizdəndir. Çünki bu tarixdə sadəcə tarixi yurd yerimiz olan Füzul

15 oktyabr
.

Türkmənistan prezidenti Azərbaycana səfərə gəlib

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək üçün oktyabrın 15-də Azərbaycan Respublikasına səfərə gəlib. AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkmənista

15 oktyabr
.

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib. AZƏRTAC-a istinadla xəbər verir ki, qonaq Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını dövlətimizin başçısına çatdırıb və qeyd etdi ki, Kra

14 oktyabr
.

İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub. AZƏRTAC-a istinadən xəbər verir ki, 2020-ci ilin iyul və avqust aylarında Ermənistanın hərbi təxribatlar törətdiyini və nəticədə azərbaycanlı hərbçilərin həlak olduqların

15 oktyabr
.

Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

"Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı zamanı deyib. Dövlətimizin başçısı qey

15 oktyabr