Prezident İlham Əliyev Şuşa ilə bağlı sərəncam imzaladı
Prezident İlham Əliyev Şuşa şəhərinin 2026-cı il üçün "İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sonxeber.az President.az-a istinadən xəbərinə görə, sərəncamda qeyd olunur ki, 2023-cü il oktyabrın 5-də İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2026-cı il üçün "İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı" elan edilib. Bu qərar Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşaya xüsusi ehtiramın ifadəsidir və üzv dövlətlər arasında turizm sahəsində əməkdaşlığın daha da genişlənməsində özünəməxsus rol oynayacaqdır.
Sərəncamla Azərbaycan Respublikasının Nazirlər Kabineti Şuşa şəhərinin 2026-cı il üçün "İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 822 Tarix: 12 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyevdən Bəxtiyar Aslanbəyli ilə bağlı SƏRƏNCAM
bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Əli oğlu Aslanbəyli "Şöhrət" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, B.Aslanbəyli Azərbaycan neft sənayesinin inkişafında xüsus
6 avqustPrezident Ukrayna ilə imzalanmış sazişi təsdiqlədi
"Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Ukrayna Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmanla sazişin müddəalarının həyata keçirilməs
10 avqustİlham Əliyev Gömrük Məcəlləsində dəyişiklikləri TƏSDİQLƏDİ
Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni qanunu imzalayıb. Dəyişikliklər gömrük qanunvericiliyinin tətbiqi zamanı ortaya çıxan məsələlərin həlli, gömrük fəaliyyətinin müasir tələblərə və beynəlxalq təcrübəy
4 avqust"AZCON Holdinq"ə yeni səlahiyyət verildi
"Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" publik hüquqi şəxsin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanında dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb. Fərmana əsasən, bundan sonr
6 avqustİlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi
Prezident İlham Əliyev Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib. "Qafqazinfo" müsahibəni təqdim edir. Jurnalist: Xoş gördük, cənab Prezident. Əvvəlcə sıx qrafikinizə rəğmən, müsahibəyə vaxt ayırdığınız üçün təşəkkür etmək istərdim. İcazənizlə, suallara keçərdik
11 avqustƏcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan şəhərindəki "Əcəmi seyrangahı" istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, abidənin müəlliflərindən biri Xalq rəssamı Salxab Məmmədo
11 avqust