Stüardessa təyyarədəki gizli otağı GÖSTƏRDİ
Stüardessa sərnişinlərin görə bilmədiyi təyyarənin "gizli zonası"nın harada yerləşdiyini açıqlayıb.
Jurnalistlər qeyd edirlər ki, uzaqməsafəli reyslərdə təyyarələrdə ekipaj üzvləri üçün nəzərdə tutulmuş gizli və əlçatmaz istirahət zonası mövcuddur. Bu, pilotların və stüardessaların növbələşərək güc toplaması və uzunmüddətli uçuş zamanı yüksək xidmət səviyyəsini qoruyub saxlaması üçün nəzərdə tutulmuş kiçik, diqqətlə gizlədilmiş bir sahədir.
Stüardessa Keytinin ötən ilin iyul ayında paylaşdığı video gözlənilmədən viral olub və TikTok platformasında trendə düşüb. Cəmi 40 saniyəlik bu qısa video artıq 1,3 milyondan çox baxış toplayıb. Videoda Keyti təyyarənin "gizli zonasından" nadir görüntüləri izləyiciləri ilə bölüşür.
"Biz uzaqməsafəli reyslər zamanı məhz burada yatırıq", - Keyti ekipaj üzvlərinin növbə zamanı dincəlməsi üçün nəzərdə tutulmuş kiçik, lakin rahat yataq yerini göstərir.
Keytinin sözlərinə görə, kiçik ölçüsünə baxmayaraq, bu yuxu yeri gözlənilmədən rahatdır. Yataq nazik döşək, çarşaf və hətta turbulentlik zamanı təhlükəsizlik kəməri ilə təchiz olunub. O, havadakı yüngül silkələnmənin beşikdəymiş kimi sakitləşdirici təsir göstərdiyini və bu səbəbdən tez yuxuya getdiyini vurğulayıb. Jurnalistlərin qeyd etdiyinə görə, belə istirahət yerləri kompakt olub, kiçik kapsullara bənzəyir.
Bununla belə, onlar uzaqməsafəli avialaynerlərin ayrılmaz hissəsi hesab olunur. Ən çox hallarda bu tip sahələr ya əsas salonun üstündə, pilot kabinəsinin yaxınlığında, ya da sərnişin oturacaqlarının altındakı xüsusi bölmələrdə yerləşir.
Keytinin videosu istifadəçilər arasında birmənalı qarşılanmayıb. Bəziləri aviaşirkətlərin işinin pərdəarxasını görmək imkanı qarşısında təəccübləndiklərini bildiriblər və stüardessaların əslində necə istirahət etdiklərinə şahid olublar. Digərləri isə bu məkanı çox dar hesab edərək, onu narahat və hətta klaustrofobik adlandırıblar. /Lent.az
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1892 Tarix: 15 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yataq dəstlərini yumşaldan sadə üsul
Yataq dəstlərinin yuyulduqdan sonra daha yumşaq və təravətli olması üçün mütəxəssis paltaryuyan maşının barabanına mətbəxdə olan sadə vasitələrdən birini əlavə etməyi məsləhət görür. bu üsulu təqdim edir:. Zaman keçdikcə yataq dəstləri sərtləşə, əvvəlki təravətini itirə və xoşagəlməz qoxuları özünə çək
4 oktyabrBu iki paltarı heç vaxt bir yerdə yumayın
Bir çoxumuz vaxta qənaət etmək üçün bütün paltarları eyni səbətdə toplayıb birlikdə yuyuruq. Lakin mütəxəssislər ağır qış geyimləri ilə həssas parçaların heç vaxt eyni qazanda yuyulmaması lazım olduğunu bildirirlər. xəbər verir ki, həssas geyimlər adətən tor içində, soyuq suda yuyulmalıdır. Ağır parçala
10 oktyabrSoyuducunu bu vasitə ilə təmizləməyin - xarab edə bilər
Soyuducunun uzun müddət problemsiz işləməsi üçün onun müntəzəm və düzgün təmizlənməsi vacibdir. Lakin istifadə edilən təmizləyici vasitənin düzgün seçilməməsi cihazın səthinə zərər verə, hətta bəzi hallarda təhlükəli vəziyyət yarada bilər. Mütəxəssislər xüsusilə ağardıcı və xlor tərkibli güclü vasitələrdə
4 oktyabrTurşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Turşunun diri və sərt qalmasını təmin edən təbii vasitələrdən ən məşhuru üzüm və palıd yarpaqlarıdır. Bu yarpaqlardakı taninlər tərəvəzlərin toxumasını qorumağa kömək edir. Bankaya əlavə edilən noxud fermentasiya prosesini sürətləndirir, limon suyu və ya limon duzu isə turşunun turşuluq balansını qoruyara
11 oktyabrBakıda ən ucuz evlər bu ərazidədir
Bakının daşınmaz əmlak bazarında qiymətlər yenidən gündəmdədir. Yeni tikililərdə kvadratmetrin qiymətinin artması, mərkəz ilə kənar ərazilər arasındakı fərqin dərinləşməsi və alıcılıq qabiliyyətinin dəyişməsi bazarda yeni reallıqlar yaradıb. Əmlak eksperti Ramil Osmanlı -a açıqlamasında Bakı şəhərind
3 oktyabrGecələr əlləri keyiyənlərin DİQQƏTİNƏ: Səbəb təkcə yataq vəziyyəti deyil
Gecə yuxudan əlinizin keyiməsi, barmaqlarınızda iynələnmə və ya əlinizi hiss etməmək səbəbindən oyanırsınızsa, bunun səbəbi həqiqətən də narahat yatış vəziyyəti ola bilər. Lakin bu əlamətlər mütəmadi təkrarlanırsa, sinir sistemi ilə bağlı problemlərdən xəbər verə bilər və diqqət tələb edir. -a istinadə
11 oktyabrZaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı
Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir. "Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronları
8 oktyabr