Siqaret çəkən yeniyetmənin valideyni nə etməlidir?

Siqaret çəkən yeniyetmənin valideyni nə etməlidir?"Yeniyetmə yaşlarında siqaret çəkmək uşağın daxili prosesləri, sərbəstliyə can atması və təzyiqə qarşı etirazı ilə bağlıdır. Buna görə də valideynin vəzifəsi təkcə siqareti övladının əlindən almaq deyil, həm də onun siqaretə qurşanmasının arxasında nəyin dayandığını anlamaqdır".

Oxu.Az xəbər verir ki, bunu Gazeta.ru-ya psixoloq Kira Qoldşteyn deyib.

O, valideynlərə məsləhət görüb ki, siqaret çəkən övladlarını qınamadan onlarla səmimi söhbət etsinlər:

"Niyə və kimlə siqaret çəkməyə başladığını soruşun. Bu, dindirmə deyil, etimada gedən yoldur. Özünüz siqareti tərgitməklə nümunə olun. Uşağın tərəfində olduğunuzu, sağlamlığın onun şəxsi məsuliyyəti olduğunu və ona kömək etməyə hazır olduğunuzu izah edin. Yeniyetmə evdə nə qədər çox başa düşüldüyünü, eşidildiyini və hörmət edildiyini hiss edərsə, siqaretlə nəyisə sübut etməyə ehtiyacı bir o qədər az olacaq".

Psixoloq əlavə edib ki, dialoqdan sonra siqareti atmaq üçün hansı konkret addımları atacağınızı müəyyənləşdirin:

"Kompleks yanaşma bu məsələdə çox kömək edir. Övladınızı klublara, qruplara yazdırın, birlikdə idmanla və ya yaradıcılıq fəaliyyəti ilə məşğul olun. Zərərli şeylərə daha az vaxt ayırmağa çalışın. Gələcək haqqında danışın. Təhlükə ilə bağlı söhbətləri də gözdən qaçırmayın".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 650   Tarix: 15 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu aylarda doğulanların yaradıcılıq qabiliyyəti yüksəkdi - SİYAHI

"Astrologiya və numerologiya" sahəsində fəaliyyət göstərən mütəxəssislərin fikrincə, insanın doğulduğu ay onun xarakterinə və yaradıcılıq potensialına təsir göstərə bilər. "Parade" jurnalına istinadən xəbər verir ki, xüsusilə fevral, aprel, iyul və sentyabr aylarında doğulan şəxsləri

7 iyun
.

İşsiz qalacaqlar - Bu 10 peşəni süni intellekt əvəz edəcək

Beş aparıcı neyroşəbəkə əsasında aparılan genişmiqyaslı araşdırma qlobal əmək bazarında ciddi dəyişikliklərin qaçılmaz olduğunu göstərib. Süni intellekt mövcud iqtisadi prosesləri təhlil edərək belə nəticəyə gəlib ki, texnologiyalar artıq yalnız köməkçi funksiyalarla kifayətlənmir və rutin işlərə əsaslana

3 iyun
.

Bu bitkiləri yataq otağına qoyun - Rahat yuxu, təmiz hava

Bir çox insan yataq otağını yalnız rahatlıq yaratmaq məqsədilə otaq bitkiləri ilə bəzəyir və onların faydalarından xəbərsiz olur. Evdəki bəzi yaşıl bitkilər yalnız interyeri gözəlləşdirmir, həm də havanı zərərli maddələrdən təmizləyir, rütubət səviyyəsini artırır və tam istirahət üçün əlverişli atmosfe

7 iyun
.

Xörək duzunun orqanizmə təsiri: Gündəlik norma nə qədər olmalıdır?

Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O, maddələr mübadiləsi proseslərində, həmçinin sinir sisteminin, əzələlərin fəaliyyətində və orqanizmdə su balansının tənzimlənməsində mühüm rol oynayır. xəbər verir ki, bu barədə "T-online" portalında dərc olunan materiald

5 iyun
.

Bu üsul avtomobilinizi oğurluqdan qoruyur: təəccüblənəcəksiniz

Mütəxəssislər bildiriblər ki, adi alüminium folqa siqnalı bloklayaraq retranslyasiya hücumlarının qarşısını alır. xarici mediaya istinadən xəbər verir ki, açarsız giriş sistemi ilə bağlı müasir avtomobillərin təhlükəsizlik problemi bəzi hallarda hətta əl altında olan vasitələrlə, xüsusilə alüminium folq

7 iyun
.

Qayğanaq bu cür daha ləzzətli olacaq - Kiçik hiylə

Səhər yeməklərinin ən məşhuru olan qayğanaq sadə görünsə də, onun dadı və teksturası bir neçə vacib detalın düzgün seçilməsindən asılıdır. Mütəxəssislərin fikrincə, bir çox insan yumurtaya süd əlavə etsə də, bu, hər zaman ən yaxşı seçim deyil. xarici mediaya istinadən xəbər verir ki, qida ekspertlərini

8 iyun
.

Ayağı amputasiya olunmuş idmançı kosmosa uçmağa hazırlaşır

Böyük Britaniyalı paralimpiyaçı orbitdə yaşayacaq ilk fiziki məhdudiyyətli astronavt ola bilər. xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Məlumata görə, bir ayağı amputasiya olunmuş Con Makfol "Heyven-1" (Haven-1) kosmik stansiyasına uçmağa hazırlaşır. Bu tarix

3 iyun
.

Qızıl Yer kürəsinə necə gəlib? - Alimlər TAPDI

Yer üzündəki demək olar ki, bütün qızıl milyardlarla il əvvəl sönmüş ulduzların toqquşması nəticəsində yaranıb. xəbər verir ki, bu barədə "Space Daily" yazıb. Məlumata görə, 2017-ci il avqustun 17-də Yerdən təxminən 130 milyon işıq ili uzaqlıqda yerləşən NGC 4993 qalaktikasında iki neytro

7 iyun
.

Kim daha ağıllıdır: pişiksevərlər, yoxsa itsevərlər? - CAVAB

Pişik və it sevən insanlar fərqli düşünür, ünsiyyət qurur və cəmiyyətdə fərqli davranırlar. Tədqiqatçılar hansı qrupun intellekt testlərində daha yüksək nəticə göstərdiyini izah ediblər. İtlərin, yoxsa pişiklərin daha yaxşı olması ilə bağlı mübahisələr illərdir davam edir. Bəziləri itləri insanın ə

7 iyun