Qəddar ana və ata ağladığı üçün körpələrini öldürdü
ABŞ-ın Texas ştatında 4 aylıq körpələrini bir siyirtməyə (çekmece) qoyaraq ölümünə səbəb olduqları iddia edilən ana və ata, hadisədən bir il sonra qətl ittihamı ilə həbs edilib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, 38 yaşlı ata Ceremi Fançer və 21 yaşlı ana Destini Kampos barəsində qətl işi açılıb. Kampos cümə günü, Fançer isə şənbə günü həbs edilərək müxtəlif həbsxanalara göndərilib.
Hadisə 2024-cü ilin may ayında Hyustonda baş verib. Gələn məlumat əsasında otelə gedən polis əməkdaşları, Brookelynn Fançer adlı 4 aylıq körpəni siyirtmənin içində huşsuz vəziyyətdə tapıb. Körpənin hadisə yerində həyatını itirdiyi məlum olub. Məhkəmə-tibb ekspertizasına əsasən, körpə boğularaq öldürülüb.
Araşdırmalar nəticəsində məlum olub ki, Kampos və Fançer körpənin ağlama səsini susdurmaq üçün siyirtməni dəsmallarla döşəyib və onu dəfələrlə oraya qoyublar. Məhkəmədə Kampos körpəni bir neçə dəfə siyirtməyə yerləşdirdiyini etiraf edib. Eyni zamanda məlum olub ki, Kampos hazırda 7 aylıq hamilədir. Ata Fançerin də hadisədə birbaşa məsuliyyət daşıdığı qeyd olunub.
Cütlüyün yaşadığı evdə aparılan araşdırmalarda isə gigiyena şəraitinin olduqca pis olduğu, mətbəx və hamamda suyun belə olmadığı aşkarlanıb.
Nənədən fəryad: "Ədalət yerini tapsın"
Körpənin nənəsi Liza Farrell hadisədən sonra bunları deyib:
"Hər ikisi günahkardır. Nəvəmizin həyatını məhv etdilər. Ədalət yerini tapmalıdır. Nəvəm artıq nə məktəb məzuniyyətini görə biləcək, nə də öz toyunu yaşayacaq… O, artıq heç nə yaşaya bilməyəcək".
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 2938 Tarix: 25 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
Sumqayıt şəhərində azyaşlı özəl uşaq bağçasında yıxılaraq xəsarət alıb. "Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə nəticəsində azyaşlının qolu sınıb. Hadisə Sumqayıtda fəaliyyət göstərən "Laləli" körpələr evi-uşaq bağçasında baş verib. Sumqayıt şəhər sakini Yaqub Yasinov iddia edi
15 oktyabrBakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video
Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx
4 oktyabrGəncədə kuryoz hadisə: Səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu
Gəncədə evdə səs-küy salan oğul həbs olunub. -a istinadla xəbər verir ki, hadisə şəhərin Nəvai küçəsində baş verib. 36 yaşlı Fərahim Şükürov (şərti adla) evə gələrək səs-küy salıb. Bu zaman səs-küyə oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Gələn polis əməkdaşları Fərahimi
11 oktyabrYasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Yasamal rayonunda orta məktəblərin birində yanğın törətməyə cəhd olunub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisənin qarşısı dərhal görülmüş tədbirlər nəticəsində alınıb. Xəsarət alan olmayıb. Bu hadisə xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarl
12 oktyabrAbşeronda yaşayış binasında partlayış - Foto/Video
Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna
4 oktyabrGürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı
Gürcüstanın Marneuli rayonunda 13 yaşlı azərbaycanlı yeniyetmə qız əkiz uşaq dünyaya gətirib. xəbər verir ki, bu barədə ictimai fəal Samirə Bayramova məlumat yayıb. O, körpələrdən birinin doğum evində öldüyünü, digərinin vəziyyətinin isə ağır olduğunu qeyd edib. S.Bayramova APA-nın yerli bürosuna bildiri
2 oktyabrBeyləqanda məktəbdə şagirdlər zəhərləniblər - Foto
"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb". Bu barədə -ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib. İlkin araşdırmay
9 oktyabrMoskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
Rusiya paytaxtı Moskvanın mərkəzində restoranın müştərisi qarnından bıçaqlanıb. Bu barədə -ya istinadən xəbər verir. Məlumata görə, hadisə oktyabrın 1-də axşam "Lubyanka" metrostansiyasının yaxınlığındakı Nikolskaya küçəsində yerləşən restoranda baş verib. Mənbələrin bildirdiyinə görə, ik
3 oktyabr