Rusiyada OMON-çuların döydüyü şəxs: "Anamın başını divara vurub, atamın dırnaqlarını çıxarıblar"

Rusiyada OMON-çuların döydüyü şəxs: "Anamın başını divara vurub, atamın dırnaqlarını çıxarıblar""Atamı o qədər döyüblər ki, polis idarəsində tanıya bilməyiblər".

Bunu Oxu.Az-a açıqlamasında Rusiyanın Yekaterinburq şəhərində maskalı şəxslərin hücumuna məruz qalaraq saxlanılan azərbaycanlı Ayaz Səfərovun oğlu Ramil Səfərov deyib.

O, evlərinə dəhşətli basqın zamanını belə xatırlayır:

"Dünən səhər saat 6-da (Bakı vaxtı ilə saat 5:00 - red.) evdə yatmışdıq. Bir də gördük ki, qapını dağıdırlar. Anam və bacım qışqırdı ki, qapını qırırlar. Atam məni yuxudan oyatdı ki, qapını açım. Gözlükdən çölə baxmaq istədim, gördüm ki, gözlüyü bağlayıblar, heç kim görünmür. Anam pəncərədən baxıb qışqırdı ki, 10 nəfər maskalı adamdır. Başladılar qapını qırmağa. Qapını qırdılar, girdilər evə. Girən kimi atamı vurub yıxdılar yerə. Sonra keçdilər bizim otağa. Otaqda anam, mən və bacım idik. Bizə hücum eləyib anamın başını divara vurub yıxdılar yerə. Bacımın qolundan tutub atdılar çölə. Bacım onlara yalvardı ki, anamın başı divara dəyib, ona dərman verim. Dedilər, yox. Sonra məni yerə uzadıb, başladılar amansızlıqla döyməyə. Sonra qoluma qandal vurub qaldırdılar göyə. Qollarımı qandalda burub qırmaq istəyirdilər. Qışqırmağıma fikir vermirdilər. Ancaq soruşurdular ki, atan kimi döyüb, kimi öldürüb? Dedim ki, mənim atam heç kimi öldürməyib, mən heç nə bilmirəm. Dedilər ki, atan kriminal avtoritetlərlə əlaqədə olub.

Məni elə işgəncə ilə döyürdülər ki, nə anamın, bacımın qışqırığına, nə də mənim qışqırmağıma fikir verirdilər. Qollarım qandallı burub qaldırırdılar yuxarı. Dedilər ki, səni elə vəziyyətə salacağıq ki, atan eləmədiyi cinayəti boynuna götürəcək. Dedilər ki, ya atan cinayəti boynuna almalıdır, ya da səni ölənə qədər döyəcəyik. Təpiklə ağzıma, burnuma vururdular, qollarımı əks istiqamətə dartırdılar".

R.Səfərov deyir ki, maskalı şəxslər onu döyərkən, hətta izi də itirirdilər:

"Məni o qədər döydülər ki, ağzımdan və burnumdan dayanmadan qan gəlirdi. Sonra mənə nəm dəsmal verdilər ki, atamı və məni döydükləri yerə tökülən qanları silim. Düşünürdülər ki, onlar gedəndən sonra həmin qan izlərini çəkib paylaşaram. Ona görə də məni döyə-döyə məcbur edib yerdəki qan izlərini sildirdilər.

Sonra başladılar mənim və ailəmizin gözünün önündə atamı vəhşicəsinə döyməyə. Atamı döyə-döyə tələb edirdilər ki, desin Paşayevi tanıyıram. Atamı o qədər döydülər ki, ayaq üstə dura bilmirdi. Sürüyə-sürüyə götürüb apardılar polis idarəsinə.

Atama polisdə daha çox işgəncə veriblər. Orada atama dayanmadan elektrik cərəyanı veriblər, dırnaqlarını qırıb çıxarıblar, olmazın işgəncələr veriblər. Rusiyanın Yekaterinburqdakı diasporumuzun sədri Şahin müəllim polisə gedəndə atamı görüb, tanımayıb. O qədər döyüblər ki, atam tanınmaz halda olub.

Balaca əmimi o qədər döyüb elektrik cərəyanına veriblər ki, huşu başından gedib. Balaca əmimi azyaşlı uşaqları ilə təhdid ediblər. Əmilərimin birinin çənəsini sındırıblar, birinin 4 dişini qırıblar. Böyük əmim Akif Səfərovun evində nə qədər pul varsa, hamısını aparıblar. Akif əmimin oğlu nişanlıdır, əmim onun üçün qızıllar almışdı. Bütün qızılları yığıb aparıblar. Hamamdan qadın saç fenini götürüb qızdırıb, əmimin kürəyini və barmaqlarını yandırıblar".


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 2092   Tarix: 28 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video

Sumqayıt şəhərində azyaşlı özəl uşaq bağçasında yıxılaraq xəsarət alıb. "Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə nəticəsində azyaşlının qolu sınıb. Hadisə Sumqayıtda fəaliyyət göstərən "Laləli" körpələr evi-uşaq bağçasında baş verib. Sumqayıt şəhər sakini Yaqub Yasinov iddia edi

15 oktyabr
.

Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video

Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx

4 oktyabr
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ! Qəzadan sağ çıxdı, maşından düşəndə TOK VURUB ÖLDÜRDÜ

Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndi ərazisində baş verib. Belə ki, Bolsulu qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məhəmməd Səfərəliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib

11 oktyabr
.

Gəncədə kuryoz hadisə: Səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu

Gəncədə evdə səs-küy salan oğul həbs olunub. -a istinadla xəbər verir ki, hadisə şəhərin Nəvai küçəsində baş verib. 36 yaşlı Fərahim Şükürov (şərti adla) evə gələrək səs-küy salıb. Bu zaman səs-küyə oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Gələn polis əməkdaşları Fərahimi

11 oktyabr
.

Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto

Yasamal rayonunda orta məktəblərin birində yanğın törətməyə cəhd olunub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisənin qarşısı dərhal görülmüş tədbirlər nəticəsində alınıb. Xəsarət alan olmayıb. Bu hadisə xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarl

12 oktyabr
.

Abşeronda yaşayış binasında partlayış - Foto/Video

Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna

4 oktyabr
.

Gürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı

Gürcüstanın Marneuli rayonunda 13 yaşlı azərbaycanlı yeniyetmə qız əkiz uşaq dünyaya gətirib. xəbər verir ki, bu barədə ictimai fəal Samirə Bayramova məlumat yayıb. O, körpələrdən birinin doğum evində öldüyünü, digərinin vəziyyətinin isə ağır olduğunu qeyd edib. S.Bayramova APA-nın yerli bürosuna bildiri

2 oktyabr
.

Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər - Foto

"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb". Bu barədə -ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib. İlkin araşdırmay

9 oktyabr
.

Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var

Rusiya paytaxtı Moskvanın mərkəzində restoranın müştərisi qarnından bıçaqlanıb. Bu barədə -ya istinadən xəbər verir. Məlumata görə, hadisə oktyabrın 1-də axşam "Lubyanka" metrostansiyasının yaxınlığındakı Nikolskaya küçəsində yerləşən restoranda baş verib. Mənbələrin bildirdiyinə görə, ik

3 oktyabr