Lənkəranski ilə bağlı elə xəbər yayıldı ki...

Lənkəranski ilə bağlı elə xəbər yayıldı ki...Alicənablıqla İstintaq Təcridxanasından ev dustaqlığına buraxılan mərhum "qanuni oğru" Rövşən Lənkəranskinin (Rövşən Canıyev) quldur dəstəsinin üzvləri Nijni Tagildə yeni qüvvə ilə qarışıqlıq salmağa başlayıblar.
2016-cı ilin avqust ayında təcridxanaya göndərilən qruplaşma üzvləri 2017-ci il fevral ayının əvvəlində ev dustaqlığına buraxılıblar.
Bu humanist addımın atılmasına səbəb dəstə üzvlərinin 5 epizod üzrə soyğunçuluqda təqsirlərini boyunlarına alaraq istintaqla sövdələşməyə getmələri olub.
Digər mənbə isə dəstə üzvlərinin azadlığa çıxmalarının səbəbini prokurorluğun və Daxili İşlər Nazirliyinin yüksək vəzifəli əməkdaşları arasında təsiredici himayəçilərinin olması ilə izah edir.

Həmin mənbənin dəqiqləşdirdiyi məlumata görə, qruplaşmanın 9 üzvü - Telman Vəliyev, Orxan Muradov, İlkin Əbilov, Xıdır Hacıyev, Asim Abbasov, Vidak Maskal, Şəhriyar Əliyev, Eduard Traksel və Roman Lenkov - azadlığa çıxıb.

Məhkəmə istintaq təcridxanasında yalnız İsa Əbilovu saxlayıb.

Qeyd edək ki, bu dəstənin üzvlərinin əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.

Onlar quldurluqda və iş adamlarından zorakılıqla pul almaqda təqsirkar bilinirlər. Onların Nijni Tagildə törətdikləri cinayətlər barədə elə zərərçəkənlər özləri ifadə veriblər.

Dəmir barmaqlıqlar arxasından buraxılan Rövşən Lənkəranskinin adamları təkcə bir neçə işi axıra çatdırmaq yox, həm də satqınları cəzalandırmaq niyyətindədirlər.

Belə ki, fevralın 5-də quldurlar qəzaya uğrayan avtomobili naməlum istiqamətdə aparmaq istəyəndə yenidən həbs ediliblər. Lakin onlar sonradan Nijni Tagilin Lenin polis şöbəsindən sərbəst buraxılıblar.

"Lənkəranski"nin dəstəsindən zərər çəkən biznesmenlərdən biri quldurlarla əlaqəsinin tarixindən danışıb.

Özbəkistandan olan Ukukbek Nazarovun Nijni Tagildə şəxsi stamatoloji klinikası olub. Klinika ona sabit gəlir gətirib və yerli quldurların diqqətini cəlb etməyə bilməzdi.

Nazarova himayəçilik təklif olunub - iş adamı bir neçə il boyunca cinayətkarlara ayda 40 min rubl ödəyib. Klinika daha uğurlu fəaliyyət göstərəndə quldurlar "xidmətləri" əvəzində 150 min rubl tələb edirlər. Nazarovun hövsələsi tükənib və himayəçilərini söyüşlə daha uzağa göndərib. Buna görə də əvəzini ödəyib.

Ötən il yanvarın sonunda quldurlar onu narkotiklə uyudaraq qaçırıblar. Nazarovu zirzəmiyə gətirib uzun müddət döyüblər və 25 dərəcə şaxtada üstünə quyudan su çıxarıb töküblər.

Bundan sonra biznesini iki nəfərin - Oksana Menşovanın və Əhməd Gəlməsovun adına keçirməyə məcbur ediblər. Nazarov iki gün əsarətdə saxlanıldıqdan sonra Yekaterinburq şəhəri ətrafında sərbəst buraxılıb.

2016-cı ilin yayında Menşovanı və Gəlməsovu əməliyyatçılar saxlayıblar. Qeyd etmək lazımdır ki, Nazarovdan biznesini əlindən almaq mümkün olmayıb. Ona görə ki, klinikanın ərazisi stamatoloqa məxsus deyilmiş, bu səbəbdən onun imzaladığı sənədlərin heç bir qüvvəsi olmayıb.

Quldurlar mübarizəni artıq bu ilin fevralında - təcridxanadan buraxılmalarından iki gün keçməmiş davam etdiriblər.

Cinayətkarlar Nazarova onun ərazisində başqa stamatoloqun işləyəcəyini elan ediblər. İş adamı çölə atılıb.

İş adamının fikrincə, baş verənlərin hamısında həmin Əhməd Gəlməsovun - 2016-cı ildə onun biznesini adına yazdırmaq istədikləri şəxsin əli olub.
Nazarovun klinikası hazırda işləmir, biznesmen özü isə onu incidənlərin məsuliyyətə cəlb edilməsinə cəhd göstərir. O, Vladimir Kolokoltsevə, Yuri Çaykaya, Aleksandr Bastrıkinə, hətta Vladimir Putinə ərizə ilə müraciət edib.

Nijni Tagildə vəziyyət həqiqətən dəhşətli və qorxuludur.

Mənbə: modern.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 8381   Tarix: 15 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əhməd Əhmədov barəsində ekspertiza rəyi məlum olub

Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun barəsində keçirilən psixoloji ekspertizanın rəyi məlum olub. APA-nın əldə etdiyi xəbərə görə, həkim-ekspertlər tərəfindən verilən rəyə əsasən, Əhməd Əhmədovun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib

8 aprel
.

Məktəblilərin öldüyü hadisə ilə bağlı cinayət işi açıldı

İmişlidə 2 məktəblinin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 14-ü saat 14 radələrində yetkinlik yaşına çatmayan 2 nəfərin İmişli şəhəri, T.İsmayılov küçəsi ərazisind

15 aprel
.

Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO

Bakıda kişi "Instagram"da tanış olub birlikdə yaşadığı qadını qətlə yetirib. Belə ki, turizm şirkətlərindən birində çalışan Ayan (Adlar şərtidir) "Instagram"da tanış olduğu Tahir adlı şəxslə görüşməli idi. Tahir ona özünü İT mütəxəssisi kimi təqdim etmişdi. Ayan işdən sonra Tahirl

26 aprel
.

Nazim Bəydəmirlinin istintaqı yekunlaşıb: Məhkəmə başlayır

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. APA xəbər verir ki, istintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Fərid Namazovun sədrliy

16 aprel
.

Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub. DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, şəhər polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə 1960-cı il təvəllüdlü Cavid Əliye

23 aprel
.

Yol pulunu verməmək üçün sürücünü döyüb öldürdülər

Rusiyanın Volqoqrad vilayətində sərnişinlər taksi sürücüsünə pul verməkdən imtina edərək onu döyərək öldürüblər. yerli mediaya istinadla xəbər verir ki, İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, hadisə şənbə günü gecə baş verib. Sərnişinlər Zina Mareseva küçəsində 1

27 aprel
.

Aytən Kərimovaya 7 il həbs istənildi

Azərbaycan Dövlət Pantomima Teatrının külli miqdarda mənimsəmədə ittiham olunan sabiq mühasibi Aytən Kərimovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib. O, A.Kərimovanı

15 aprel
.

"Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda Cümü ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmiş məhkumdur v

26 aprel
.

Hakimlər bu işi araşdırmaqdan imtina etdi

Xəbər verdiyimiz kimi, qeyri-rəsmi yaşadığı qadına əzab verməkdə, onun azyaşlı qızını zorlamaqda, adam oğurluğunda və digər maddələrlə təqsirli bilinərək 15 il azadlıqdan məhrum edilmiş Seymur Şahalıyev haqda hökm yuxarı instansiyada ləğv edilib. "Qafqazinfo" xəbər verir ki, Bakı Apellyasiy

5 aprel