"Bu gecə öləcəksən" deyərək həyat yoldaşını oxla ağır yaraladı

"Bu gecə öləcəksən" deyərək həyat yoldaşını oxla ağır yaraladıİngiltərənin Şimal Yorkshire bölgəsində yaşayan 57 yaşlı Stephen Carr həyat yoldaşını ox və bıçaqla yaraladığına görə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Sonxeber.az xəbər verir ki, Carr həyat yoldaşı Lorna ilə mübahisə etdikdən sonra ona "Bu gecə öləcəksən" deyib. Daha sonra əvvəlki yarışmalarda istifadə etdiyi güclü yayla evin içində onu izləməyə başlayıb.

Metal uclu oxlarla həyat yoldaşına hücum etməyə cəhd edən Carr üç ox atıb. Lorna son anda bir qapını bağlayaraq oxların hədəfi olmaqdan qurtulub. Ox qapıya saplanıb. Lorna yayla hücumunu dayandırmaq üçün yay ipini kəsməyə çalışıb. Lakin Carr bu dəfə mətbəxə gedib bıçaq götürüb. Evdə həyat yoldaşını təqib edən kişi Lornanı tutanda üzünə yayı vurub və yenidən "Bu gecə öləcəksən" deyərək onu qorxudub.

Lorna yataq otağına qaçaraq təcili yardım nömrəsi 999-u yığıb. O anda Carr üç ox daha atıb, lakin hədəfi vura bilməyib. Ardınca həyat yoldaşının kürəyinə 6 dəfə bıçaq sancıb. Lorna telefonda operatora "Zəhmət olmasa məni öldürmə, Steve! Ananı da düşün!" deyə yalvarıb.

Evdəki təhlükəsizlik kameraları hücumun bir hissəsini qeydə alıb. Bu kameralar yaşlı anaya qulluq üçün quraşdırılmış sistemin bir hissəsi idi.

Hadisədən sonra Carr bağdakı kiçik evcikdə gizlənməyə çalışsa da, polis tərəfindən orada saxlanılıb. Lorna isə xəstəxanaya yerləşdirilib.

Məhkəmədə Carr həmin gecə heç nə xatırlamadığını, alkoqolun təsiri altında olduğunu iddia edib. Həmçinin həyat yoldaşının onu nəzarətdə saxladığını düşündüyünü deyib.

Lakin məhkəmə hücumun planlı və şüurlu şəkildə həyata keçirildiyi qənaətinə gəlib. Jüri onu "qəsdən adam öldürməyə cəhd" ittihamı ilə günahkar bilib. Hakim hadisəni "dəhşətli, ani və fasiləsiz davam edən hücum" kimi qiymətləndirib.

Carr 17 il həbs və 3 il sınaq müddətinə məhkum edilib. Ümumilikdə 20 il azadlıqdan məhrum ediləcək.

Hadisənin diqqət çəkən tərəfi isə Lornanın bütün yaşananlara baxmayaraq həyat yoldaşından şikayətçi olmaması olub. Məhkəməyə yazdığı məktubda Carrı "şəfqətli və anlayışlı adam" kimi təsvir edib, bunun "təkcə bir dəfə baş verən hadisə" olduğunu və onu bağışladığını qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 2614   Tarix: 03 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video

Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx

4 oktyabr
.

Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var

Rusiya paytaxtı Moskvanın mərkəzində restoranın müştərisi qarnından bıçaqlanıb. Bu barədə -ya istinadən xəbər verir. Məlumata görə, hadisə oktyabrın 1-də axşam "Lubyanka" metrostansiyasının yaxınlığındakı Nikolskaya küçəsində yerləşən restoranda baş verib. Mənbələrin bildirdiyinə görə, ik

3 oktyabr
.

Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı

Bakıda kişi arvadını ayağından bıçaqlayıb. -a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Lütfi Zadə küçəsində qeydə alınıb. 32 yaşlı Tahir Quliyev (şərti adla) aralarında yaranmış mübahisə zamanı əlindəki bıçaqla arvadının ayağına xəsarət yetirib. Fakt əsasında Tahir polis əməkdaşları tərəfində

3 oktyabr
.

DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar arasında İran vətəndaşı da var

Bakı və Gəncədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Bakı və Gəncə şəhərlərində keçirdiyi tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsind

3 oktyabr
.

Masazırda mənzildə yanğın oldu - VİDEO

Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəl

30 sentyabr
.

Yeniyetmə oğlan infarktdan öldü

Goranboy rayonunda 17 yaşlı oğlan ürək çatışmazlığından ölüb. -ın məlumatına görə, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində baş verib. Qəsəbə sakini - 2009-cu il təvəllüdlü Qasım Ziyəddin oğlu Musayev yaşadığı evdə qəfil infarkt keçirib. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılı

1 oktyabr
.

Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video

Səhər saatlarında Qaradağ rayonu ərazisində qəza baş verib. "Yeni Sabah"a istinadən xəbər verir ki, hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. İlkin məlumata görə avtobus gənc əsgərləri daşıyırmış

9 oktyabr
.

Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər - Foto

"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb". Bu barədə -ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib. İlkin araşdırmay

9 oktyabr
.

Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT

Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind

30 sentyabr