Metroda HƏYƏCANLI ANLAR: Ana və övladları ilk dəfə istifadə etdikləri eskalatordan yıxıldılar
Bu gün səhər saatlarında metronun "İnşaatçılar" stansiyasında sərnişinlər eskalatordan yıxılıblar.
Sonxeber.az xəbər verir ki, bu barədə Oxu.Az-a hadisə şahidləri məlumat veriblər.
Qeyd olunub ki, təxminən 40-45 yaşlarında xanımın yıxılmasına səbəb eskalatorun işləməməsi olub.
"Xanım yıxılan kimi, eskalatorun hərəkəti dayandırıldı. Sərnişinlərlə metro işçiləri arasında insident oldu", - deyə məlumatda bildirilib.
"Bakı Metropoliteni" QSC-dən cavab olaraq bildirilib ki, xanımın yıxılmasına səbəb müvazinətini itirməsi olub.
"Sözügedən hadisə ilə bağlı bildiririk ki, metrodan ilk dəfə istifadə edən xanım sərnişin üç övladı ilə birlikdə "İnşaatçılar" stansiyasında eskalatordan istifadə qaydalarına bələd olmadığı üçün minməyə tərəddüd edib, eskalatora mindikdən sonra isə müvazinətini itirərək yıxılıb. Uşaqlar da onunla birlikdə yıxılıblar.
Metropoliten əməkdaşları hadisəyə dərhal müdaxilə ediblər, beş saniyə ərzində eskalatorun hərəkəti dayandırılaraq sərnişinlərin təhlükəsizliyi təmin olunub. Eyni anda ehtiyat eskalator işə salınaraq hərəkət axını bərpa edilib.
Nəzərinizə çatdırırıq ki, sərnişin xanımın öz istəyi ilə təcili tibbi yardım çağırılmayıb və çəkiliş aparılmasına razılıq verilməyib. Əməkdaşlarımız tərəfindən sərnişinin şəxsi məxfiliyinə və seçimlərinə hörmətlə yanaşılıb", - deyə məlumatda bildirilib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1176 Tarix: 07 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Metroda qadına qarşı əxlaqsız hərəkət iddiası! - VİDEO
İstanbul metrosunda baş verdiyi bildirilən xoşagəlməz hadisə sosial şəbəkələrdə geniş rezonans doğurub. xarici mediaya istinadla xəbər verir ki, Maltepe stansiyası yaxınlığında bir kişi sərnişin vaqonda qarşısında əyləşən qadına yönələrək əxlaqsız hərəkətlər edib. Məlumata əsasən, ağ köynək və qara şalva
10 iyulAtasının ölüm xəbərini alan azərbaycanlı gəmi kapitanı VƏFAT ETDİ
Azərbaycanlı gəmi kapitanı Litvada vəfat edib. Ölkə.az-a istinadən xəbər verir ki, 52 yaşlı Elşən Nadir oğlu Əhmədov Türkiyə bayrağı altında üzən gəminin kapitanı olub. O, Misirə gedərkən yolda atası Nadir Əhmədovun ölümü xəbərini alıb. Həmin vaxt gəmi Baltik dənizində üzürmüş və Litva sahillərinə ya
10 iyulMəhkəmə binası qarşısında silahlı insident: 2 nəfər yaralanıb - VİDEO
Türkiyənin Adana vilayətinin Kozan rayonunda məhkəmə binasının qarşısında iki qrup arasında baş verən silahlı insident nəticəsində 2 nəfər ayağından yaralanıb. xarici mediaya istinadla xəbər verir ki, hələlik naməlum səbəbdən başlayan mübahisə qısa müddət ərzində silahlı qarşıdurmaya çevrilib. Tərəfləri
8 iyulÇimərlikdə hicablı ana və qızına qarşı təhqir: "Rədd olun, gedin" - VİDEO
Seferihisardakı qalmaqallı çimərlik hadisəsi ilə bağlı 1 nəfər saxlanıldı. Türkiyənin İzmir vilayətinin Seferihisar rayonunda hicablı ana və qızına qarşı edilən təhqirlərlə gündəmə gələn hadisə ilə bağlı yeni inkişaf yaşanıb. bu barədə xarici mediaya istinadla xəbər verir. Türkiyə Ədliyyə Nazirliyini
6 iyulQobustanda ölümlə nəticələnən DƏHŞƏTLİ QƏZA - Yaralıların vəziyyəti açıqlandı
Qobustanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumatda bildirilib ki, iyulun 5-də saat 17:50-də Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyya
6 iyulKəlbəcərdə otlaq sahədə mina partladı
Kəlbəcər rayonunda mina hadisəsi baş verib. -ın məlumatına görə, hadisə otlaq sahədə baş verib. Ərazidə ard-arda iki mina partlayışının olduğu bildirilir. Hadisə nəticəsində bir neçə heyvan tələf olub, sakinlərdən xəsarət alan yoxdur. Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) -ın sorğusuna cava
10 iyul