Zooparkda dəhşət: Şirin hücum etdiyi qadın qolundan oldu
Avstraliyanın Kvinslend ştatında yerləşən Darling Downs Zooparkında baş verən dəhşətli hadisə zamanı bir qadın şirin hücumuna məruz qalaraq qolunu itirib.
Sonxeber.az xəbər verir verir ki, hadisə qadın zoopark əməkdaşlarını izləyərkən baş verib.
Təxminən 50 yaşlarında olduğu bildirilən qadın ağır yaralanıb. Təcili tibbi yardım briqadaları dərhal hadisə yerinə cəlb olunub və yaralı helikopterlə Brisben şəhərindəki Princess Alexandra Xəstəxanasına aparılıb. Həkimlər qadının vəziyyətinin stabil olduğunu bildiriblər.
Zooparkdan verilən rəsmi açıqlamaya görə, qadın hadisə zamanı şir qəfəsinin xaricində, sadəcə baxıcıları izləyirmiş. Hələlik səbəbi məlum olmayan bir şəkildə, şirlərdən biri qəfəsdən çıxmadan qadının qolunu tutaraq ağır şəkildə yaralayıb.
Zoopark rəhbərliyi heç bir heyvanın qəfəsdən çıxmadığını və digər ziyarətçilərin təhlükə altında olmadığını vurğulayıb. Hadisədən sonra polis və iş təhlükəsizliyi üzrə müvafiq qurumlar zooparka gələrək araşdırmalara başlayıblar. Rəsmilər bildiriblər ki, hadisənin dəqiq necə baş verdiyi qadının ifadəsi alındıqdan sonra tam şəkildə aydınlaşdırılacaq.
Qeyd edək ki, Darling Downs Zooparkı qısa müddət əvvəl şirlərlə xüsusi nəzarət altında keçirilən yaxın təmas proqramlarını sosial mediada tanıtmışdı. Bu proqramlar çərçivəsində ziyarətçilər müəyyən saatlarda dişi şirlərlə ünsiyyət qura bilirdilər və bu görüşlərin yüksək təhlükəsizlik tədbirləri ilə keçirildiyi qeyd olunurdu. Əldə olunan gəlirlə isə şirlər üçün yeni yaşayış sahəsinin inşa ediləcəyi planlaşdırılırdı.
Zoopark bir neçə iri pişik növünə, o cümlədən Cənubi Afrikadan gətirilmiş ağ şirlər, Sumatra pələngi və çiftləşdirmə proqramına daxil edilmiş Şri Lanka leoparları kimi nadir heyvanlara ev sahibliyi edir.
Hadisə səbəbilə zoopark bazar günü bağlanıb, lakin bazar ertəsi saat 09:00-dan etibarən yenidən fəaliyyətə başlayacağı elan olunub.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1879 Tarix: 07 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto
Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan
4 oktyabrİnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat
Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı detallar məlum olub. APA-ya istinadən xəbər verir ki, köşkün gözətçisi olan Ağayar Əliyev ürək tutması nəticəsində yanan sobanın üzərinə yıxılıb. Nəticədə köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir. Faktla bağlı Xəta
3 oktyabrGəncədə zəhərlənən şəxslərin adları məlum oldu
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Faktl
4 oktyabrMəşhur ticarət mərkəzinin girişində sərnişin avtobusu aşdı - Video
Bakıda Sədərək Ticarət Mərkəzinin girişində 194 nömrəli marşrut avtobusu aşıb. "News24"ə istinadən xəbər verir ki, bunu hadisə şahidləri bildiriblər. Qeyd edilib ki, xəsarət alanlar var. Qəzanın yağışlı hava şəraiti üzündən baş verdiyi bildirilir. [youtube]. [/youtube]
3 oktyabrLaçın sakini Ağcabədidə niyə boğulub ölüb? - Səbəb
Ağcabədidə balıq tutmağa gedən Laçın sakini göldə boğularaq həyatını itirib. "Unikal"a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən göldə baş verib. Belə ki, Laçın rayonunun Fingə kənd sakini 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən suda boğulub
10 oktyabrGəncəyə dördüncü raket hücumundan altı il ötür
10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti
11 oktyabrCəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibb
10 oktyabrAbşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT
Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə
5 oktyabr