Abşeron Gənclər Şəhərciyində mənzildə PARTLAYIŞ: Yaralılar var

Abşeron Gənclər Şəhərciyində mənzildə PARTLAYIŞ: Yaralılar varAbşeron Gənclər Şəhərciyində yerləşən çoxmərtəbəli yaşayış binasındakı mənzildə partlayışın baş verməsi ilə bağlı çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.

Bu barədə Sonxeber.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, 07.07.2025-ci il tarixində saat 21 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Abşeron Gənclər Şəhərciyində yerləşən çoxmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verməsi barədə çağırış daxil olub.

Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (2-si kişi, 1-i qadın cinsli olmaqla) Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub.

21:41

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Abşeron Gənclər Şəhərciyində yerləşən çoxmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Sonxeber.az-a verilən məlumata görə, hadisə ilə əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onbirmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış dalğasının təsirindən evə ziyan dəyib, üç nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 2043   Tarix: 07 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Evdə həyat yoldaşını başqa kişi ilə görən şəxs dəliyə döndü

Sosial şəbəkələrdə yayılan video qısa müddətdə milyonlarla baxış toplayaraq geniş müzakirələrə səbəb olub. xarici mediaya istinadla xəbər verir ki, gənc bir şəxs evində həyat yoldaşını özündən yaşca böyük başqa bir kişi ilə görüb. Hadisədən sonra tərəflər arasında mübahisə yaranıb və gənc həm həyat yoldaşına

14 iyul
.

Bakıda PARTLAYIŞ baş verib, yaralılar var

Bakıda partlayış baş verib. -ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. Ərazidə yerləşən yaşayış binasının birinci mərtəbəsində yerləşən obyektlərdən birində qəfil partlayış olub. Hadisə nəticəsində yaralıların olduğu deyilir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyini

12 iyul
.

Sürücü sürət həddini aşıb qəza törətdi, işıqfora çırpıldı - ANBAAN VİDEO

Ötən gecə paytaxtın Nəsimi rayonu, Mirzəağa Əliyev və Səməd Vurğun küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. -a istinadla bildirir ki, qəza nəticəsində yolayrıcında quraşdırılmış işıqforun dirəyi zədələnərək yararsız vəziyyətə düşüb. İşıqforun bərpasınadək həmin ərazidə hərəkət iştirakçılarını

14 iyul
.

Bakıda açıq ərazidə yanğın başlayıb

Bakıda açıq ərazidə yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğında

16 iyul
.

Şəmkirdə FACİƏ: 38 yaşlı qadın elektrik cərəyanının qurbanı oldu

Şəmkirdə qadını elektrik cərəyanı vurub. "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Çinarlı kəndində baş verib. Belə ki, 1988-ci il təvəllüdlü Nigar Vəliyevanı elektrik cərəyanı vurub. Qadın elə hadisə yerində vəfat edib. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır

12 iyul
.

Bələdiyyənin milyonlar dəyərində olan xidməti avtomobilləri müsadirə edildi

Türkiyənin Antalya vilayətinin Manavqat rayonunda torpaq sahələri avtodayanacaq tikintisi üçün müsadirə olunan, lakin illərdir kompensasiyalarını ala bilməyən 20 vətəndaşın hüquqi mübarizəsi onların xeyrinə başa çatıb. xarici mediaya istinadla xəbər verir ki, məhkəmənin qərarına baxmayaraq, Manavqa

16 iyul
.

Xaçmazda elektrik dirəyindən yıxılan kişi ölüb

Xaçmaz rayonunda elektrik dirəyindən yıxılan kişi həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qoçaqlı kəndində qeydə alınıb. Belə ki, 1962-ci il təvəllüdlü Əbilfərz Balakişiyev elektrik dirəyində naqil quraşdırarkən hündürlükdən yıxılıb və aldığı xəsarətlər nəticəsind

12 iyul
.

Universitet tələbəsi fındığa alternativ yetişdirdiyi məhsuldan yüksək məhsul əldə etdi - VİDEO

Türkiyənin Düzcə vilayətində universitet tələbəsi Bilal Köse fındığa alternativ məhsul kimi yaratdığı göyəmgil (blueberry) bağında məhsul yığımına başlayıb. xarici mediaya 2022-ci ildə mütəxəssislərin tövsiyəsi ilə göyəmgil yetişdirməyə başlayan gənc fermer üç ildən sonra bol məhsul əldə edib. O, məhsu

16 iyul
.

Avtobusda cinsi təcavüz cəhdinə görə şübhəli saxlanıldı - VİDEO

Hindistanın Madhya Pradeş ştatının Saqar şəhərində hərəkətdə olan avtobusda baş verən cinsi təcavüz cəhdi ölkədə geniş etiraz doğurub. xarici mediaya istinadla xəbər verir ki, kişi sərnişin avtobusda ayaqüstə dayanan gənc qadının arxasında ona qarşı cinsi xarakterli hərəkətlər edib. Hadisə avtobusu

13 iyul