Soyuducudan körpə meyiti tapıldı – tükürpədici hadisənin detalları
Türkiyənin paytaxtı Ankarada insanı şoka salan bir hadisə baş verib.
Sonxeber.az xəbər verir ki, təxminən bir ay əvvəl "narkotik vasitələrin ticarəti" ittihamı ilə həbs olunaraq cəzaçəkmə müəssisəsinə göndərilən 31 yaşlı Gözde İ.-nin yaxınları 23 iyun tarixində Etimesqut rayonundakı evində təmizlik apararkən dərin dondurucuda körpə oğlan uşağının meyitini aşkarlayıblar.
Hadisə barədə məlumat verildikdən sonra əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub və evdə araşdırma aparılıb. Təxminən 2 aylıq olduğu ehtimal edilən körpənin cəsədi Ankara Məhkəmə-Tibb İdarəsinin morquna təhvil verilib. Cəzaevində olan Gözde İ. ilə körpədən götürülən nümunələr üzərində aparılan DNT analizləri nəticəsində qadının uşağın bioloji anası olduğu təsdiqlənib.
Gözde İ.-nin cəzaevində verdiyi ifadədə evlilikdənkənar münasibətdən hamilə qaldığını, hamiləlik dövründə heç bir xəstəxanaya getmədiyini və bədən quruluşunun kök olduğu üçün hamiləliyinin ailəsi və ətrafdakılar tərəfindən fərq edilmədiyini bildirib. 2024-cü ilin iyun ayında evdə tək olduğu zaman doğumun başladığını, öz gücü ilə uşağı dünyaya gətirdiyini və doğuş zamanı çox qan itirdiyini deyib.
İfadəsinə davam edən Gözde İ., doğuşdan sonra körpə ilə birlikdə salondakı divana keçdiyini, onu əmizdirərkən yuxuya getdiyini və təxminən 7-8 saat sonra ayıldığında körpənin göyərmiş və nəfəs almadığını görərək şoka düşdüyünü qeyd edib. O, körpənin ölüm səbəbinin yuxu zamanı bilmədən onun üstünə yatması ola biləcəyini irəli sürüb.
Gözde İ. əlavə edib ki, evdəki soyuducunun sıradan çıxmasından sonra yenisi alınıb və əşyalar yeni soyuducuya köçürülərkən birlikdə yaşadığı ev yoldaşı körpənin meyitini görüb. O, vəziyyəti ev yoldaşına izah etdiyini və heç kimə deməməsini istədiyini, ev yoldaşının isə buna razı olub, normal həyatlarına davam etdiklərini bildirib. Gözde İ., körpənin atası olduğunu iddia etdiyi A. adlı şəxsin də hadisədən xəbərdar olduğunu deyib. Lakin həm ev yoldaşı, həm də A. bu iddiaları təkzib ediblər.
Hadisə ilə bağlı istintaq davam edir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 2272 Tarix: 09 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto
Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan
4 oktyabrİnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat
Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı detallar məlum olub. APA-ya istinadən xəbər verir ki, köşkün gözətçisi olan Ağayar Əliyev ürək tutması nəticəsində yanan sobanın üzərinə yıxılıb. Nəticədə köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir. Faktla bağlı Xəta
3 oktyabrGəncədə zəhərlənən şəxslərin adları məlum oldu
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Faktl
4 oktyabrMəşhur ticarət mərkəzinin girişində sərnişin avtobusu aşdı - Video
Bakıda Sədərək Ticarət Mərkəzinin girişində 194 nömrəli marşrut avtobusu aşıb. "News24"ə istinadən xəbər verir ki, bunu hadisə şahidləri bildiriblər. Qeyd edilib ki, xəsarət alanlar var. Qəzanın yağışlı hava şəraiti üzündən baş verdiyi bildirilir. [youtube]. [/youtube]
3 oktyabrLaçın sakini Ağcabədidə niyə boğulub ölüb? - Səbəb
Ağcabədidə balıq tutmağa gedən Laçın sakini göldə boğularaq həyatını itirib. "Unikal"a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən göldə baş verib. Belə ki, Laçın rayonunun Fingə kənd sakini 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən suda boğulub
10 oktyabrGəncəyə dördüncü raket hücumundan altı il ötür
10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti
11 oktyabrCəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibb
10 oktyabrAbşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT
Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə
5 oktyabr