Prezident vacib SƏRƏNCAM imzaladı
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazisində təyinatından asılı olmayaraq yerinə yetirilən bütün növ geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işlərində yeni koordinat sisteminin tətbiq edilməsi haqqında sərəncam imzalayıb.
Trend xəbər verir ki, sərəncam geodeziya və kartoqrafiya sahəsinin dünya geodeziya şəbəkəsinə inteqrasiyası və geodeziya koordinat sisteminin vahidliyinin təmin edilməsi məqsədilə imzalanıb.
Belə ki, Azərbaycan Respublikasının ərazisində təyinatından asılı olmayaraq yerinə yetirilən bütün növ geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya, kadastr işlərində UTM-ə (xəritə proyeksiyası) əsaslanan WGS-84 (beynəlxalq koordinat sistemi) tətbiq ediləcək.
Digər geodeziya koordinat sistemləri ilə icrasına başlanılmış və tamamlanmamış layihələr üzrə yerinə yetirilən geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işləri başa çatanadək həmin koordinat sistemlərinin tətbiqi davam etdiriləcək.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 7454 Tarix: 19 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ-İran danışıqları niyə nəticəsiz qaldı? - POLİTOLOQDAN AÇIQLAMA
ABŞ və İran arasında diplomatik təmasların bərpası istiqamətində səylər hələlik nəticə verməyib. Reuters-in 12 avqust tarixli məlumatına görə, tərəflər iyunda əldə edilmiş müvəqqəti razılaşmanı yenidən işə salmaq məsələsində ortaq mövqeyə gələ bilməyiblər. Tehran Vaşinqtonun əvvəlki razılaşma üzrə öhdəliklərin
12 avqustCənubi Qafqazda uzunmüddətli sülhün mümkünlüyünü göstərən mühüm siyasi hadisə
Son illər Cənubi Qafqaz bölgəsində baş verən proseslər göstərir ki, regionun gələcək təhlükəsizliyinin artıq hərbi qarşıdurma deyil, siyasi razılaşmalar, iqtisadi əməkdaşlıq və qarşılıqlı maraqlara söykənən əməkdaşlıq əlaqələri müəyyənləşdirir. Bununla əlaqədər bir il əvvəl, avqustun 8-də Vaşinqtond
10 avqustVaşinqton görüşləri ölkəmizə yeni geosiyasi üstünlüklər qazandırdı
Prezident İlham Əliyevin geosiyasi uğurlarından biri də 2025-ci ilin avqustun 8-də dünyanın fövqəlgüc dövlətlərindən biri olan ABŞ-də elə həmin ölkənin Prezidenti Donald Trampla keçirdiyi görüşlər oldu. Xatırladaq ki, Donald Trampa qədərki dövrdə ABŞ rəhbərliyi davamlı olaraq ermənipərəst mövqe tutara
10 avqustAzərbaycan 2 ölkə ilə maliyyə sektorunda əməkdaşlıq edə bilər
Azərbaycan Serbiya və Gürcüstanla maliyyə sahəsində əməkdaşlıq edə bilər. "Report" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin yarım illik hesabatında bildirilir. Sənədə əsasən, bu ilin I yarısında qurumda Serbiya və Gürcüstanın maliyyə nazirlikləri ilə əməkdaşlıq haqqında Anlaşma Memorandumlarını
7 avqustPayızda bu ölkə Bakıda səfirlik açacaq
2026-cı ilin payızında Bakıda Estoniya səfirliyi açılacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq Estoniyanın Xarici İşlər Nazirliyindən bildirilib. "Estoniyanın yeni təyin olunmuş səfiri Tiina Nirk hazırda Bakıdadır, Estoniya səfirliyinin açılışı isə payıza planlaşdırılır"
4 avqustPrezident yeni elektrik avtobuslarına mindi - Fotolar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində istifadəyə veriləcək elektrik mühərrikli yeni avtobuslara baxıb, Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olublar. "Qafqazinfo" xəbər verir ki, Rəqəmsal inkişa
11 avqust