6 yaşlı uşağın çantasından 14 kilo narkotik çıxdı
İngiltərədə yaşayan 35 yaşlı Natashia Artug və onun altı yaşlı oğlu, tətildə olduqları Mauritius Adasında narkotik qaçaqmalçılığı ittihamı ilə saxlanılıb. Hadisə zamanı azyaşlı uşağın çantasından tam 14 kilo esrar aşkarlanıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, rəsmilərin verdiyi məlumata görə, çantadan şəffaf paketlərə bükülmüş 24 ədəd esrar bağlaması tapılıb. Hadisə təkcə bu iki şəxslə məhdudlaşmayıb – eyni təyyarədə səyahət edən daha 7 nəfərin də çantasında ümumilikdə 161 kilo narkotik vasitə aşkar edilib. Qaçaqmalçılıqla daşınan bu narkotikin bazar dəyəri təxminən 1.6 milyon funt sterlinq (təxminən 67 milyon türk lirəsi) olaraq qiymətləndirilir.
"Məni məcbur etdilər"
İddialara görə, Natashia Artug narkotik çetələri tərəfindən hədələnərək bu səfərə çıxmağa məcbur edilib. Beynəlxalq hüquq təşkilatı Justice Abroad-un yaydığı açıqlamada bildirilib ki, Natashia bu səyahətə könüllü getməyib və çantalarda narkotik maddə olduğunu bilmirmiş.
Saxlanılan şəxslər arasında Natashia’nın sevgilisi – 38 yaşlı rumıniyalı Florian Lisman da var. Onun çantasında 32 paket narkotik, bir iPhone və müəyyən məbləğdə nağd pul aşkar edilib.
Həmin təyyarədə olan digər britaniyalı sərnişinlərin çantalarında da 30-dan çox narkotik paketləri aşkarlanıb. Onların hamısının British Airways-ə məxsus təyyarə ilə Londonun Gatwick hava limanından Mauritius’a uçduğu məlum olub.
Çomadanlarda "Apple AirTag" cihazları aşkarlanıb
Hadisə ilə bağlı ortaya çıxan başqa bir diqqətçəkən detal isə budur: saxlanılan bütün şəxslərin valizlərində Apple AirTag izləmə cihazı yerləşdirilib. Tədqiqatçılar bu cihazların beynəlxalq narkotik şəbəkələri tərəfindən bağlamaların izlənməsi üçün istifadə olunduğunu düşünür.
"İnsanlıqdan kənar və ürəkbulandırıcı hadisə"
Mauritius polisi məsələ ilə bağlı sərt reaksiya verərək, belə bir halı uzun illərdir görmədiklərini bildirib:
"Körpə uşağın çantasından narkotik çıxması insanlıqdan kənar və ürək bulandırıcı bir hadisədir."
Oğlan uşağı hadisədən sonra İngiltərəyə göndərilərək atasına təhvil verilib.
Yardım kampaniyası başladıldı
Justice Abroad təşkilatı, Natashia Artug üçün hüquqi dəstək kampaniyası başladıb. Açıqlamada bildirilib ki, o, fibromiyalji xəstəsidir, universitet oxuyur və uşaqlarına yaxşı gələcək qurmaq istəyən tənha bir anadır.
Açıqlamada əlavə edilib:
"Hədələnərək bu səfərə məcbur edilib. Çantalarda narkotik olduğunu bilmirdi. İndi isə uşaqlarından uzaqda, xarici ölkədə həbs təhlükəsi ilə üz-üzədir."
İngiltərənin Xarici İşlər Nazirliyi də məsələni təsdiqləyərək bildirib ki, Mauritiusda saxlanılan britaniyalı vətəndaşa konsulluq dəstəyi göstərilir və yerli hakimiyyət orqanları ilə əlaqə saxlanılır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Sabunçuda məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti açıqlandı
Bakıda "Kəlağayı" yürüşü - Video
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi
Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video