Fiziki məhdudiyyətli qadına 5 kişi hücum etdi – Təkərlı arabası qırıldı, silahla təhdid olundu
Türkiyənin Erzurum şəhərində insanlığa sığmayan bir hadisə baş verib. Palandöken rayonunun Yıldızkent məhəlləsində yaşayan, 80% fiziki əlilliyi olan Esin Sarıaslan (48), səs-küy səbəbilə bir gün əvvəl polisə şikayət etdiyi üst qonşularının hücumuna məruz qalıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə 14 iyul axşamı baş verib. Erzurum Şəhər Xəstəxanasında çalışan Sarıaslan, anası ilə birlikdə yaşadığı binada dəfələrlə səs-küydən əziyyət çəkdiyini və nəhayət 13 iyul gecəsi polisə məlumat verdiyini bildirib.
Beş kişi tərəfindən döyüldü, şübhəlilər sərbəst buraxıldı
Polisin xəbərdarlığından sonra səs-küy dayanıb. Lakin ertəsi gün axşam saatlarında evinə qayıdarkən Sarıaslan, 5 nəfər kişi tərəfindən qarşısı kəsilərək sopalar və təpiklərlə döyülüb. Hücum zamanı təkərli arabası qırılıb, xüsusi donanımlı avtomobili ciddi zədələnib.
Zərərçəkən qadın hadisədən sonra darp hesabatı alaraq prokurorluğa şikayət edib. Lakin gözaltına alınan şübhəlilər ifadələrindən sonra sərbəst buraxılıb.
"Heç nə demədən üzərimə hücum etdilər"
Esin Sarıaslan hadisəni belə təsvir edib:
"Anam və qardaşımla parkda oturub çay içirdik. Gecə saat 23:00 radələrində evə qayıdarkən qarşıma 5 kişi çıxdı. Əllərində sopalar var idi. Heç nə demədən üstümə hücum etdilər. Qardaşım bizi qorumağa çalışanda onun da başını yardılar."
"Silah çəkib məni ölümlə təhdid etdilər"
Əlil qadın sözlərinə belə davam edib:
"Polis gəldi, amma müdaxilə etsələr də hücum davam etdi. Təkərlı arabam qırıldı. 100 min TL-lik avtomobilimə ciddi ziyan dəydi. Onlardan biri üzərimə silah çəkib məni ölümlə hədələdi. Sadəcə səs-küyə görə şikayət etdiyim üçün bütün bunlar baş verdi."
"Evə qapanmışam, qorxuram"
Psixoloji olaraq çətin günlər keçirdiyini deyən Sarıaslan, evdən çölə çıxmaqdan qorxduğunu bildirib:
"Mən fiziki əlil qadınam, məni bu hala salanlar isə sərbəst gəzir. Əlimdən heç nə gəlmir. Hücum edənlər barədə uzaqlaşdırma qərarı və mənim üçün qoruma tələbi verdim. Hüquqi prosesin sürətləndirilməsini istəyirəm."
Esin Sarıaslan həmçinin məsələ ilə bağlı CİMER (Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Mərkəzi) və valiliyə rəsmi şikayət etdiyini də əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1241 Tarix: 23 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto
Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan
4 oktyabrGürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı
Gürcüstanın Marneuli rayonunda 13 yaşlı azərbaycanlı yeniyetmə qız əkiz uşaq dünyaya gətirib. xəbər verir ki, bu barədə ictimai fəal Samirə Bayramova məlumat yayıb. O, körpələrdən birinin doğum evində öldüyünü, digərinin vəziyyətinin isə ağır olduğunu qeyd edib. S.Bayramova APA-nın yerli bürosuna bildiri
2 oktyabrTürkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video
Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil
11 oktyabrAzərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra ölüb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub və əməliyyatdan sonra həyatını itirib. İlkin məlumata görə, müğənnini
11 oktyabrMasazırda mənzildə yanğın oldu - VİDEO
Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəl
30 sentyabrQaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Səhər saatlarında Qaradağ rayonu ərazisində qəza baş verib. "Yeni Sabah"a istinadən xəbər verir ki, hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. İlkin məlumata görə avtobus gənc əsgərləri daşıyırmış
9 oktyabrBakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi
Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək, zərərçəkən
3 oktyabr