İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib
İyulun 24-də Prezident İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Şavkat Mirziyoyevi ad günü münasibətilə təbrik edib, ona cansağlığı və fəaliyyətində yeni uğurlar arzulayıb.
Özbəkistan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.
Azərbaycan və Özbəkistan prezidentləri yüksəksəviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafında roluna toxunublar. Bu xüsusda iyulun əvvəlində Şavkat Mirziyoyevin ölkəmizə dövlət səfəri çərçivəsində aparılmış səmərəli müzakirələr və imzalanmış sənədlər, həmçinin Özbəkistan Prezidentinin İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən Zirvə toplantısında iştirakı qeyd edilib.
Dövlət başçıları Azərbaycanla Özbəkistan arasında qardaşlıq, dostluq və müttəfiqlik əlaqələrinin gələcəkdə də bütün sahələrdə uğurlu inkişafına əminliklərini bildirib, ikitərəfli gündəliklə bağlı əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 831 Tarix: 24 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşANA VƏTƏN PARTİYASININ BƏYANATI
Son günlər beynəlxalq mətbuatda Azərbaycana qarşı aparılan qərəzli informasiya kampaniyaları, ölkəmizin daxili məsələlərinin məqsədli şəkildə təhrif olunması və ictimai rəyə təsir göstərmək cəhdləri ciddi narahatlıq doğurur. Xüsusilə ümumtəhsil müəssisələrində vahid məktəbli formasının tətbiqi məsələsini
15 oktyabrFüzuli şəhərində aparılan bərpa işləri
Füzuli rayonu sakinlərinin yurd həsrətinə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində 27 ildən sonra son qoyulub. 17 oktyabr 2020-ci il şərəf və qürur günlərimizdəndir. Çünki bu tarixdə sadəcə tarixi yurd yerimiz olan Füzul
15 oktyabrEmoməli Rəhmon Azərbaycana yola düşüb
2026-cı il oktyabrın 14-də Tacikistan Respublikasının rəhbəri Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə toplantısına qatılmaq məqsədilə Azərbaycana yola düşüb. -ın məlumatına görə, bu barədə xəbəri Tacikistan dövlət başçısının mətbuat xidmət
14 oktyabr17 oktyabrda azad Füzulidə şəhər günü qeyd edilir
Cənab Prezident tarixi qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə cari ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncam imzalamışdır. 17 oktyabr 2020-ci il Füzuli rayonunun erməni işğalından azad olunduğu gündür. Cənab Prezidentin qeyd etdiyi
15 oktyabrPrezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüş zamanı İsrail Prezidenti Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbrik etdi
14 oktyabr