Film kimi OLAY: insanların pullarını alan səfir TUTULDU
Hindistan polisi Dehli yaxınlığında kirayə götürülmüş yaşayış binasında özünü səfir kimi təqdim edən şəxsi həbs edib və saxta diplomatik nömrəli avtomobillər aşkarlayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Uttar Pradeş əyalətindəki Xüsusi Əməliyyat Qrupunun yüksək rütbəli polis zabiti Suşil Gule deyib ki, şübhəli şəxs özünü səfir kimi təqdim edib və guya xaricdə iş vəd edərək insanlardan pul alıb.
Polisin verdiyi məlumata görə, 47 yaşlı Harşvardhan Ceyn özünü "Seborqa Knyazlığı" və ya "Vestarktika Böyük Hersoqluğu" kimi "dövlətlərin" müşaviri və ya səfiri kimi təqdim edib.
Gulenin sözlərinə görə, polis Ceynə aid dünya liderləri ilə çəkilmiş çoxlu sayda saxta fotoşəkillər, Hindistan Xarici İşlər Nazirliyinin və təxminən otuz ölkənin saxta möhürlərini aşkar edib.
Gule həmçinin bildirib ki, Ceyn xaricdəki qondarma şirkətlər vasitəsilə çirkli pulların yuyulmasında da şübhəli bilinir. Ona qarşı sənədlərin saxtalaşdırılması, başqasının şəxsiyyətindən istifadə etmə və saxta sənədləri saxlama ittihamları da irəli sürülüb.
Polis paytaxt yaxınlığında Ceyn tərəfindən kirayələnmiş, bir neçə ölkənin beynəlxalq bayraqları ilə bəzədilmiş məkandan dörd saxta diplomatik nömrə nişanlı avtomobil, təxminən 4,5 milyon Hindistan rupisi (38 000 funt sterlinq) və digər xarici valyutada nağd pul müsadirə edib.
Vestarktika Böyük Hersoqluğu (və ya Vestarktika Protektoratı) Antarktidada yaradılmış ilk virtual dövlətdir. O, 2001-ci ilin noyabr ayında keçmiş ABŞ dəniz piyadası Trevis MakHenri tərəfindən qurulub. Vestarktika Qərbi Antarktidada yerləşən Meri Byrd torpağında yerləşir — MakHenrinin araşdırmalarına görə, bu ərazi heç bir dövlət tərəfindən tanınmayıb.
Seborqa Knyazlığı isə 1963-cü ildə eyni adlı kəndin sakinləri tərəfindən elan edilmiş tanınmamış bir "dövlətdir". Bu kənd İtaliyanın inzibati bölgəsi olan Liquriyada, Fransa sərhədinə yaxın yerləşir. Bu qurum öz tarixini bir zamanlar mövcud olmuş feodal mülkiyyətinə bağlayır. Separatçıların fikrincə, həmin ərazinin İtaliya tərkibinə daxil olması hüquqi baxımdan rəsmi şəkildə təsdiqlənməyib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 819 Tarix: 24 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto
Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan
4 oktyabrGürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı
Gürcüstanın Marneuli rayonunda 13 yaşlı azərbaycanlı yeniyetmə qız əkiz uşaq dünyaya gətirib. xəbər verir ki, bu barədə ictimai fəal Samirə Bayramova məlumat yayıb. O, körpələrdən birinin doğum evində öldüyünü, digərinin vəziyyətinin isə ağır olduğunu qeyd edib. S.Bayramova APA-nın yerli bürosuna bildiri
2 oktyabrTürkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video
Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil
11 oktyabrAzərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra ölüb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub və əməliyyatdan sonra həyatını itirib. İlkin məlumata görə, müğənnini
11 oktyabrMasazırda mənzildə yanğın oldu - VİDEO
Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəl
30 sentyabrQaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Səhər saatlarında Qaradağ rayonu ərazisində qəza baş verib. "Yeni Sabah"a istinadən xəbər verir ki, hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. İlkin məlumata görə avtobus gənc əsgərləri daşıyırmış
9 oktyabrBakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi
Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək, zərərçəkən
3 oktyabr