Meşə yanğını faciəyə səbəb oldu: 2 nəfər avtomobildə yanaraq öldü, lüks villalar külə döndü
Kipr Respublikasının cənubunda, Limassol şəhəri yaxınlığında baş verən güclü meşə yanğını sürətlə yayılaraq bir çox yaşayış məntəqəsini təhlükə altına alıb. İlkin məlumatlara görə, yanğından qaçmağa çalışan iki nəfər avtomobildə yanaraq həyatını itirib. Bölgədə yerləşən bir sıra lüks villalar isə tamamilə yanaraq külə dönüb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, yanğın ç qısa müddət ərzində təxminən 100 kvadratkilometrlik ərazini əhatə edib. Xüsusilə şərab istehsalı və turizm ilə tanınan bölgələrdə ciddi dağıntılar baş verib. Yerli hakimiyyət orqanları tərəfindən kütləvi təxliyələrə start verilib.
Yanğının söndürülməsi üçün yerüstü və hava qüvvələri səfərbər edilib. Lakin gecə hava qaranlıqlaşdığı üçün təyyarələrin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Hadisə nəticəsində 10 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır. Eyni zamanda itkin düşənlərin də olduğu bildirilir.
Yüksək temperatur yanğının yayılmasını daha da sürətləndirir. Havanın 45 dərəcəyə qədər yüksələcəyi proqnozlaşdırılır ki, bu da ilin ən isti günü ola bilər. Səhər saatlarında Limassol səması qırmızı rəngə bürünüb.
Yanğının dəqiq səbəbi hələ müəyyən olunmayıb, lakin güclü küləklərin alovun yayılmasında mühüm rol oynadığı qeyd olunur.
Kipr hökuməti Avropa İttifaqından yardım istəyib. İspaniyanın iki yanğınsöndürən təyyarə göndərəcəyi, İordaniyanın da dəstək göstərəcəyi açıqlanıb.
Qeyd edək ki, ölkə hazırda ciddi quraqlıqla üz-üzədir. Yanğın bölgəsinə yaxın yerləşən Kouris su anbarında suyun doluluq səviyyəsi cəmi 15,5 faiz təşkil edir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1541 Tarix: 24 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto
Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan
4 oktyabrGürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı
Gürcüstanın Marneuli rayonunda 13 yaşlı azərbaycanlı yeniyetmə qız əkiz uşaq dünyaya gətirib. xəbər verir ki, bu barədə ictimai fəal Samirə Bayramova məlumat yayıb. O, körpələrdən birinin doğum evində öldüyünü, digərinin vəziyyətinin isə ağır olduğunu qeyd edib. S.Bayramova APA-nın yerli bürosuna bildiri
2 oktyabrTürkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video
Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil
11 oktyabrAzərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra ölüb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub və əməliyyatdan sonra həyatını itirib. İlkin məlumata görə, müğənnini
11 oktyabrMasazırda mənzildə yanğın oldu - VİDEO
Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəl
30 sentyabrQaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Səhər saatlarında Qaradağ rayonu ərazisində qəza baş verib. "Yeni Sabah"a istinadən xəbər verir ki, hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. İlkin məlumata görə avtobus gənc əsgərləri daşıyırmış
9 oktyabrBakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi
Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək, zərərçəkən
3 oktyabr