Gəmidə bir gəncin ölümünə səbəb olan dava ilə bağlı tutulan şübhəlilər ifadə verib
Muğlanın Marmaris rayonunda gəmidə baş verən dava nəticəsində 22 yaşlı Arda Deniz Onat həyatını itirib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə ilə əlaqədar tutulan üç nəfərin ifadələri ortaya çıxıb.
Hadisədən sonra qaçmağa çalışarkən Arda Deniz Onatın yaxınları tərəfindən qarşısı alınan və sonradan həbs edilən Sinan Yetkin, Selim Yetkin və Coşkun Volkan Canfedai verdikləri ifadələrdə davanı qarşı tərəfin başlatdığını və gəncin ölümü ilə bir əlaqələrinin olmadığını bildiriblər. Hər üç şəxs qarşı tərəfdən şikayətçi olduqlarını deyiblər.
Şübhəlilərdən Coşkun Volkan Canfedai ifadəsində dostlarının dəvəti ilə tətildə olduğunu və gəmiyə getdiyini bildirib. O, gəminin sahibi ilə aralarında mübahisə yaşandığını və sonra onlara qayıq avarı ilə hücum edildiyini deyib:
"Ardanı heç vurmadım, onu döymədim. Özümü qorumağa çalışdım. Ardanın ölümü ilə heç bir əlaqəm yoxdur. Məni döyən kapitan və digərləri haqqında şikayətçiyəm."
Şübhəlilərdən Sinan Yetkin isə gəmidən ayrıldıqdan sonra Arda və atasının onları izlədiyini deyib:
"Arda və atası bizdən sonra gəmiyə minərək bizə hücum etdilər. Atası qabırğama vurdu. Mən Ardanı boğmağa çalışmamışam, sadəcə üzünə zərbə vurduğumu xatırlayıram. Ardanın nə vaxt suya düşdüyünü görmədim."
Selim Yetkin isə "Mənə qarşı irəli sürülən ittihamı qəbul etmirəm və gəminin heyətindən, eləcə də Ardanın atasından şikayətçiyəm" - deyə bildirib.
Qeyd edək ki, 20 iyul tarixində Marmaris dənizində gəmidə baş verən dava nəticəsində 22 yaşlı Arda Deniz Onat həyatını itirmişdi. Gənc ertəsi gün Bozburun məhəlləsində dəfn olunub. Onatın yaxınlarının sabah şübhəlilərin verdikləri ifadələrə etiraz edəcəyi və ədalətin təmin olunması üçün yürüş təşkil edəcəyi bildirilir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1751 Tarix: 25 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto
Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan
4 oktyabrGürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı
Gürcüstanın Marneuli rayonunda 13 yaşlı azərbaycanlı yeniyetmə qız əkiz uşaq dünyaya gətirib. xəbər verir ki, bu barədə ictimai fəal Samirə Bayramova məlumat yayıb. O, körpələrdən birinin doğum evində öldüyünü, digərinin vəziyyətinin isə ağır olduğunu qeyd edib. S.Bayramova APA-nın yerli bürosuna bildiri
2 oktyabrTürkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video
Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil
11 oktyabrAzərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra ölüb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub və əməliyyatdan sonra həyatını itirib. İlkin məlumata görə, müğənnini
11 oktyabrMasazırda mənzildə yanğın oldu - VİDEO
Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəl
30 sentyabrQaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Səhər saatlarında Qaradağ rayonu ərazisində qəza baş verib. "Yeni Sabah"a istinadən xəbər verir ki, hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. İlkin məlumata görə avtobus gənc əsgərləri daşıyırmış
9 oktyabrBakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi
Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək, zərərçəkən
3 oktyabr