73 yaşlı qadın ağrıyan ayağına ot bağladı, ikinci dərəcəli yanıqla xəstəxanalıq oldu

73 yaşlı qadın ağrıyan ayağına ot bağladı, ikinci dərəcəli yanıqla xəstəxanalıq olduErzurumun Uzundərə rayonunun Ulubağ kəndində yaşayan 73 yaşlı 6 uşaq anası Hatice Demir, bir həftə əvvəl ağrıyan sağ ayağını həkimə göstərmək əvəzinə, xalq arasında "su nanəsi" kimi tanınan bir otu qaynadaraq ayağına bağlayıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, otun təsiri ilə ağrısının keçəcəyini düşünən qadının vəziyyəti daha da pisləşib.

Ot sarğısından sonra ayağında şişlik və yanıq izləri görən Demir, yaxınlarının köməyi ilə Erzurum Şəhər Xəstəxanasına çatdırılıb. Burada ilkin tibbi müdaxilə aparıldıqdan sonra o, Yanıq Müalicə Mərkəzinə yerləşdirilib. Məlum olub ki, xəstənin ayağında ikinci dərəcəli dərin yanıq əmələ gəlib.

Hazırda müalicəsi davam edən Hatice Demir başına gələnlərdən peşman olduğunu bildirərək, "Kaş ki, həkimə getsəydim. Yanıq Mərkəzindəki həkim və tibb işçilərinə təşəkkür edirəm. Mənimlə çox gözəl maraqlanırlar. Heç kim belə işlərə əl atmasın. Ümid edirəm, tezliklə sağalıb evimə dönəcəyəm", – deyə bildirib.

Erzurum Şəhər Xəstəxanasının Yanıq Müalicə Mərkəzinin rəhbəri dosent doktor Ayetullah Temiz də açıqlamasında bu kimi halların son zamanlar tez-tez yaşandığını deyib:
"Xalq arasında müalicə məqsədilə istifadə olunan bəzi bitkilər əks təsir göstərə bilər. Bu cür üsullar nəticəsində ciddi yanıqlar və fəsadlarla qarşılaşan bir çox pasiyentimiz olub. Hətta əməliyyat və uzunmüddətli müalicə tələb edən hallar da müşahidə olunub. Vətəndaşlarımızdan xahiş edirik ki, bilmədikləri bitkiləri özbaşına istifadə etməsinlər və mütləq şəkildə həkimə müraciət etsinlər."


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1736   Tarix: 25 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto

Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan

4 oktyabr
.

Gürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı

Gürcüstanın Marneuli rayonunda 13 yaşlı azərbaycanlı yeniyetmə qız əkiz uşaq dünyaya gətirib. xəbər verir ki, bu barədə ictimai fəal Samirə Bayramova məlumat yayıb. O, körpələrdən birinin doğum evində öldüyünü, digərinin vəziyyətinin isə ağır olduğunu qeyd edib. S.Bayramova APA-nın yerli bürosuna bildiri

2 oktyabr
.

Stres oyuncağı partladı: 11 yaşlı uşağın ayağında ikinci dərəcəli yanıq yarandı - VİDEO

Ankarada imtahan uğuruna görə hədiyyə edilən stres oyuncağı 11 yaşlı Furkan Seçkinin əlində partlayıb. xarici mediaya istinadla xəbər verir ki, oyuncağın içindəki gelin uşağın dərisinə təmas etməsi nəticəsində ayağında ikinci dərəcəli yanıq və qızartı yaranıb. Hadisədən sonra xəstəxanaya aparılan Furkanı

29 sentyabr
.

Türkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video

Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil

11 oktyabr
.

Azərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO

Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra ölüb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub və əməliyyatdan sonra həyatını itirib. İlkin məlumata görə, müğənnini

11 oktyabr
.

Masazırda mənzildə yanğın oldu - VİDEO

Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəl

30 sentyabr
.

Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video

Səhər saatlarında Qaradağ rayonu ərazisində qəza baş verib. "Yeni Sabah"a istinadən xəbər verir ki, hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. İlkin məlumata görə avtobus gənc əsgərləri daşıyırmış

9 oktyabr
.

"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı

Ağdamda həyat yoldaşını baltalamaqda təqsirləndirilən Ceyhun Salahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. -ın əldə etdiyi məlumata görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə C.Salahov 9 il azadlıqdan məhrum edilib. İttihama görə, hadisə rayonun Mahrızlı kəndind

11 oktyabr
.

Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi

Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək, zərərçəkən

3 oktyabr