Yem maşınına düşən şəxs həyatını itirdi
Malatyanın Yeşilyurt rayonunda 62 yaşlı bir şəxs yem maşınına düşərək həyatını itirib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə axşam saatlarında Yeşilyurt rayonuna bağlı Tohma məhəlləsində baş verib. İddialara görə, heyvanlarına yem vermək istəyən Həsən Şahin tövlədə işlək vəziyyətdə olan yem maşınına düşüb. Ailə üzvləri hadisəni görüb dərhal təcili tibbi yardım çağırıblar.
Ağır yaralanan Həsən Şahin Malatya Təhsil və Araşdırma Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Həsən Şahinin ölüm xəbərini alan yaxınları xəstəxana qarşısında əsəb krizi keçiriblər. Hadisə yerinə çoxsaylı polis əməkdaşı cəlb olunub, xəstəxana ətrafında ciddi təhlükəsizlik tədbirləri görülüb.
Həsən Şahinin cənazəsi ekspertiza üçün Məhkəmə-Tibbi Ekspertiza müəssisəsinə göndərilib.
Hadisə ilə bağlı araşdırma başlanılıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 544 Tarix: 28 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kanalizasiyadan gələn səsi eşidən qadın tərəddüd etmədən içəri endi - VİDEO
Cənubi Amerika küçələrində qeydə alınan bir video sosial mediada milyonlarla baxış toplayaraq böyük maraq doğurub. türk mediasına istinadən xəbər verir ki, görüntülərdə yoldan keçən bir qadın kanalizasiya qapağının altından gələn köməksiz ördək balalarının səsini eşidərək dərhal hərəkətə keçir. Səsləri
2 fevralTursit bəbir ilə selfi çəkmək istəyərkən hücuma məruz qaldı - VİDEO
Çində xizək sürən qadın turist selfi çəkmək məqsədilə yaxınlaşdığı bəbirin hücumuna məruz qalıb. xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, qadın turist xizək mərkəzində hərəkətdə olduğu zaman ərazidə olan bəbirə yaxınlaşaraq onunla şəkil çəkdirmək istəyib. Həddindən artıq yaxınlaşan turis
2 fevralİctimai iaşə obyektlərinin birində yediyi sendviçdən sonra huşunu itirdi
Türkiyənin Trabzon vilayətinin Yomra rayonunda fəaliyyət göstərən ictimai iaşə obyektində qida qəbul edən cütlük yaşadıqları hadisə ilə gündəmə gəlib. türk mediasına istinadən xəbər verir ki, Fatih və Leman Banu Çolak adlı ər-arvad yedikləri isti sendviçdən sonra özlərini pis hiss edərək xəstəxanay
4 fevralQaz sayğacında olan problemə görə fantastik məbləğdə borc gəldi
Qazdan istifadəyə görə borc yazılıb, sayğacda isə başqa rəqəm qeyd olunub. "Xəzər TV"yə istinadən xəbər verir ki, Qəbələ rayonunda yaşayan Tofiq İbrahimova 2024-cü ilin noyabr ayında qaz istifadəsinə görə 495 manat 85 qəpik borc yazılıb. Abonent bildirir ki, sayğacın son göstəricisi 7991-di
1 fevralİlon Mask tarixdə sərvəti 850 milyard dollara çatan ilk insan oldu
Amerikalı milyarder və texnologiya sahibkarı İlon Mask sərvətinin həcmi ilə tarixə düşüb. xarici mediaya istinadən xəbər verir ki, SpaceX və xAI şirkətlərinin dəyərinin artması, eləcə də Tesla-dakı səhmlərinin bahalaşması fonunda Maskın ümumi sərvəti 850 milyard dolları ötərək bu göstəriciyə çatan il
4 fevralCəlilabadda baltalanan yeniyetmələrdən biri xəstəxanada öldü
Cəlilabadda əmisi tərəfindən baltalandığı iddia edilən iki yeniyetmədən biri, 2011-ci il təvəllüdlü Həqiqət Musa qızı Nağıyeva xəstəxanada ölüb. "Report"a istinadla xəbər verir ki, ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Digər azyaşlının müalicəs
1 fevral"Marketə gedirəm" deyərək evdən çıxan gənc qız günlərdir itkin düşüb
Bursada yaşayan Sude Solak 27 dekabr 2025-ci il tarixində evdən "marketə gedirəm" deyərək ayrılıb və bir daha geri qayıtmayıb. Gənc qızdan uzun müddət xəbər ala bilməyən ailəsi narahatlıq keçirərək polisə müraciət edib və itkin düşmə ilə bağlı rəsmi müraciət qeydə alınıb. türk mediasına istinadə
3 fevral