Miras üstündə ailə faciəsi: Ata iki oğlunu güllələdi – biri öldü, digəri ağır yaralı - VİDEO
Türkiyənin Adana şəhərində ailədaxili mübahisə faciə ilə nəticələnib. Miras üstündə başlayan mübahisə zamanı ata Erol Köse iki oğlunu döyüb, daha sonra tüfənglə onlara atəş açıb. Hadisə nəticəsində 42 yaşlı Nihat Köse həyatını itirib, 34 yaşlı qardaşı Mesut Köse isə ağır yaralanaraq reanimasiyaya yerləşdirilib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə 24 iyul tarixində Adananın Seyhan rayonunun Gölbaşı məhəlləsində baş verib. İddiaya görə, 69 yaşlı Erol Köse ilə oğulları Nihat və Mesut arasında miras üstündə mübahisə yaranıb. Qısa zamanda mübahisə küçədə fiziki qarşıdurmaya çevrilib.
Ata Erol Köse Murad adlı oğlu ilə birlikdə digər oğulları Nihat və Mesutu döyüb. Hadisə yerindəki vətəndaşlar tərəfləri sakitləşdirməyə çalışsa da, Erol Köse evinə qaçaraq oradan ov tüfəngi gətirib və iki oğluna atəş açıb.
Qarnından güllələnən qardaşlar qan içində yerə yıxılıb. Ata hadisə yerindən qaçıb. Yaralılar sakinlər tərəfindən xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, Nihat Kösenin həyatını xilas edə bilməyiblər. Ağır vəziyyətdə olan Mesut Köse isə əməliyyata alınıb və hazırda reanimasiyadadır.
Hadisə ilə bağlı təhlükəsizlik kameralarının görüntüləri də üzə çıxıb. Kadrlarda ata və Murat Kösenin Nihat və Mesuta hücum etdikləri, daha sonra Erol Kösenin evdən tüfəng gətirərək oğullarına atəş açdığı anlar aydın görünür. Ən şok edici məqam isə – Erol Kösenin vurduğu oğlunu yerə yıxdıqdan sonra təpikləməsi olub.
Ata saxlanıldı, digər oğlu axtarışdadır
Hadisədən sonra polis Erol Köse-ni evinin yaxınlığında saxlayıb. O, ifadəsi alındıqdan sonra məhkəməyə çıxarılıb və barəsində həbs-qətimkan tədbiri seçilib. Digər şübhəli Murat Köse isə hələ də axtarışdadır.
Öldürülən qardaşa təhdid mesajları göndərilib
İstintaq zamanı ortaya çıxan detallar isə hadisənin planlı ola biləcəyini göstərir. Belə ki, Murat Köse-nin hadisədən qısa müddət öncə fiziki məhdudiyyətli olan böyük qardaşı Nihat Köse-yə mobil telefon vasitəsilə təhqir və təhdid dolu mesajlar göndərdiyi məlum olub. Mesajlardan birində bu ifadələr yer alıb: "Səni gözləyirəm, mütləq gəl. Buraya gələcək cəsarətin varmı?"
Hazırda istintaq davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1005 Tarix: 29 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü
Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır
16 sentyabr 2021Azərbaycanda QHT sədri vəfat edib
"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!
12 sentyabr 2021Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO
Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə
17 sentyabr 2021Sabirabadda ağır qəza - Ölən və yaralılar var
Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb
12 sentyabr 2021Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA
"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y
11 sentyabr 2021Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO
"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind
11 sentyabr 2021"Azərişıq"ın anbarında yanğın - VİDEO
Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"
15 sentyabr 2021Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb - FOTO
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunda
11 sentyabr 2021Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ
Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində
13 sentyabr 2021