Tarlada başından güllələnmiş qadının qətli ilə bağlı şübhəli saxlanıldı

Tarlada başından güllələnmiş qadının qətli ilə bağlı şübhəli saxlanıldıEdirnənin Havsa rayonunda tarlada başından güllələnmiş halda tapılan 29 yaşlı Semra Çelikin qətlində şübhəli bilinən Zeki Doğan Osmaniyə şəhərində saxlanılıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hər ikisi evli və uşaqlı olan şəxslər bir müddətdir münasibət yaşayırmış. Semra Çelikin "Uşaqlarımı tərk edə bilmərəm, geri dönmək istəyirəm" deməsi üzərinə tərəflər arasında mübahisə yaranıb və Doğan onu öldürüb.

Edirnənin Havsa rayonuna bağlı Kabaağaç kəndində tarlada qadın meyiti aşkar edilib. Ərazidə işləyən kəndlilər sahədə hərəkətsiz yatan qadını görərək dərhal polisə və təcili tibbi yardıma məlumat veriblər. Hadisə yerinə gələn qruplar qadının 29 yaşlı Semra Çelik olduğunu və başından odlu silahla vurularaq qətlə yetirildiyini müəyyən ediblər.

Polis şübhəlini təhlükəsizlik kameraları vasitəsilə tapdı

Edirne İl Jandarma Komandanlığına bağlı JASAT qrupları hadisə ilə bağlı genişmiqyaslı araşdırma aparıb. Ərazidəki təhlükəsizlik kameraları, telefon danışıqları və Çelikin ətraf mühitlə əlaqələri incələnib. Araşdırmalar nəticəsində qadının son olaraq 33 yaşlı Zeki Doğan ilə görüşdüyü məlum olub.

Qatil Osmaniyədə gizlənirmiş

Araşdırma zamanı Doğanın cinayətdən sonra Osmaniyəyə qaçdığı müəyyən edilib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatla Doğan gizləndiyi evdə saxlanılıb. Edirnəyə gətirilən şübhəli istintaq zamanı Semra Çeliki öldürdüyünü etiraf edib. Məhkəməyə çıxarılan Doğan, hakim qərarı ilə həbs olunaraq cəzaçəkmə müəssisəsinə göndərilib. Hadisə ilə bağlı istintaq davam etdirilir.

Keçmiş münasibətlər faciəyə səbəb oldu

Sabah qəzetinin yaydığı məlumata görə, Semra Çelik və Zeki Doğan 2021-ci ildə Şanlıurfada tarlada işləyərkən tanış olublar. Hər ikisinin də ailəli və üç uşaq sahibi olduğu bildirilir. Zamanla aralarında duyğusal münasibət yaranıb. Daha sonra birlikdə Edirnəyə gedərək bir neçə gün oteldə qalıblar. Lakin Semra Çelik "Uşaqlarımı buraxa bilmərəm, geri dönmək istəyirəm" dedikdə, Doğan "Mən hər şeyi buraxıb gəlmişəm" deyərək əsəbiləşib. Aralarında yaşanan mübahisədən sonra Zeki Doğanın qadını silahla başından vuraraq tarlaya atdığı müəyyən olunub.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 808   Tarix: 29 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR

Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndind

13 sentyabr 2021
.

Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO

"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind

11 sentyabr 2021
.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021
.

Övladlarını çayın kənarına tərk etdilər - FOTO

ABŞ-da çayın kənarında tərk edilmiş iki azyaşlı tapılıb. unikal.org-a istinadən xəbər verir ki, Rio-Grande çayında ətrafı yoxlayan mühafizəçilər kolların arasına tərk edilmiş 3 aylıq oğlan və 2 yaşlı qız uşağını tapıblar. Onların kim və ya kimlər tərəfindən əraziyə gətirildiyi məlum deyil. Maraqlıs

16 sentyabr 2021
.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021
.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021
.

Samuxda FACİƏ - Körpə bacı-qardaş öldü

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşa

12 sentyabr 2021
.

Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb

Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində

17 sentyabr 2021
.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021