Göygöldə kafedə dava düşdü, müştərinin başına stəkan çırpdılar
Göygöl rayonunda çayxanada dava düşüb.
Oxu.Az-ın məlumatına görə, hadisə Göygöl şəhərində, Göygöl Avtovağzalının yaxınlığındakı çayxanada baş verib.
Rayon sakini Natiq İsayev (soyadı şərtidir) tanışları ilə domino oynayarkən onunla birlikdə oynayan şəxs səhv edib. Nəticədə Natiq əsəbiləşib ayağa qalxıb və oyunu tərk edib. Bu vaxt domino oynayan şəxslər onun oyuna görə stola qoyduğu 2 manatı özünə qaytarıblar. Oyunu kənardan izləyən rayon sakini İlqar Alıyev (soyadı şərtidir) buna etiraz edib və Natiqə - "Sən kişi olsaydın, pulu götürməzdin", - deyib.
Nəticədə Natiqlə İlqar arasında mübahisə yaranıb. Natiq İlqarı vurmaq istəyərkən o, stolun üzərindəki çay stəkanını onun başına vurub və Natiq xəsarət alıb. İlqar bunun ardınca stolun üzərində olan külqabını da Natiqə tərəf atıb.
Stoldakı digər şəxslər davanı sakitləşdirsələr də, hadisə yerinə polis əməkdaşları gəliblər və fakta görə cinayət işi başlanıb.
Göygöl Rayon Məhkəməsinin hökmü ilə İlqar Alıyev 2 il 6 ay azadlıqdan məhrum edilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək cəzanı şərti hesab edib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 582 Tarix: 30 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağdamda FACİƏ: Ata və azyaşlı övladı öldü
Ağdam rayonunda bir ailənin iki üzvü faciəli şəkildə ölüb. -ın məlumatına görə, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində baş verib. Kənd sakini olan kişi iki azyaşlı övladı ilə Xatın su anbarında çimərkən batıblar. Ata və azyaşlı övladının biri boğulub, digər azyaşlı isə xilas edilib. Faktla bağl
4 iyulSumqayıtda dənizdə batan qadının kimliyi bilindi
Sumqayıt şəhərində ötən gün dənizdə boğulub ölən qadının kimliyi bəlli olub. -ın məlumatına görə, hadisə dünən şəhərin Sahil küçəsindəki çimərlikdə qeydə alınıb. Şəhər sakini - 2006-cı il təvəllüdlü M.İsmayılova dənizdə çimərkən batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktl
4 iyulXƏBƏRDARLIQ! Hava YENİDƏN PİSLƏŞƏCƏK: Leysan və sel...
İyulun 4-5-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında, 6-dan 8-i gündüzədək isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı
4 iyulAtası ilə birgə ölən Fidanla Tunar dünən imtahan verməli imiş (FOTO)
İyulun 4-ü Ağdam rayonunun Xaçındərbənd kəndində ata və 2 övladının su anbarında boğularaq öldüyü hadisənin təfərrüatı məlum olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, vəfat edən şəxslərin yaxınları hadisə zamanı 41 yaşlı Şərif İsgəndərov və övladlarının su anbarına çimmək məqsədilə getmədiklərin
6 iyulAzərbaycanda ZƏLZƏLƏ OLDU
Azərbaycanın İmişli rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Məlumatda bildirilib ki, yeraltı təkanın maqnitudası 3.2, dərinliyi isə 60 km olub
4 iyul