İş yerlərini güllələyərək hədə-qorxu gələn 2 şübhəli həbs olunub
İstanbulun Ümraniye və Ataşəhər rayonlarında iş yerlərinə silahlı hücum edərək hədə-qorxu yolu ilə pul almağa çalışdıqları iddia edilən iki nəfər polis tərəfindən saxlanılıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, onlardan birinin sosial mediada "İşıqları söndürdüm, məni tapmaq istəyən yandırsın" paylaşımı etdiyi, yaxalandığı anda isə polisə "Məni necə tapdınız?" dediyi məlum olub. Şübhəlilərin hər ikisinin çoxsaylı cinayət qeydi olduğu və məhkəmə qərarı ilə həbsxanaya göndərildiyi bildirilib.
Hadisə 16 iyul saat 02:00 radələrində Ümraniyənin Tatlısu məhəlləsi, Göksu küçəsində baş verib. Hədə-qorxuya boyun əyməyən iş yerinə silahlı basqın edən şübhəlilərdən biri atəş açıb, digəri isə həmin anları telefonla çəkib. Atəş nəticəsində iş yerinin pəncərələrinə və qarşıda dayanan avtomobilə ümumilikdə 11 güllə dəyib. Hadisədən sonra şübhəlilər qaçıb.
İstanbul Polisi Gasp Büro əməkdaşlarının apardığı istintaq zamanı hücum anının təhlükəsizlik kameraları tərəfindən qeydə alındığı müəyyən edilib. Araşdırmalar nəticəsində şübhəlilərin əvvəlcə Avropa tərəfində gizləndiyi, daha sonra Anadolu tərəfinə qayıtdığı müəyyən olunub. Keçirilən əməliyyatla onların hər ikisi saxlanılıb.
Polis idarəsinə gətirilən şübhəlilər kimliklərinin itirildiyini deyərək yalan məlumat veriblər. Lakin ifadələrindəki ziddiyyətlərdən sonra saxta adlar istifadə etdikləri üzə çıxıb. S.Ö. kimi tanıtdığı şəxsin əslində B.K. (22) olduğu, onun 12 cinayət qeydiyyatının olduğu, 8 ayrı iş üzrə axtarıldığı və ümumilikdə 12 il 8 ay 20 gün həbs cəzası olduğu aşkar edilib. Digər şübhəlinin isə F.K.Ö. olduğu və onun da 5 cinayət qeydiyyatının olduğu məlum olub.
Polisin araşdırmaları zamanı F.K.Ö.-nün sosial şəbəkədə əlində silahla çəkilmiş fotolar paylaşdığı, həmin şəkillərdən birinin üzərində "İşıqları söndürdüm, məni tapmaq istəyən yandırsın" yazıldığı müəyyən edilib. Onun saxlanıldığında isə ilk sözlərinin "Məni necə tapdınız?" olduğu öyrənilib.
Bundan əlavə, istintaq zamanı müəyyən olunub ki, şübhəlilər 2 iyun 2025-ci ildə Ataşəhərin Ferhatpaşa məhəlləsində yerləşən bir iş yerinə də hədə-qorxu məqsədilə atəş açıblar. Bu hücum zamanı iş yerinə 4 güllə dəydiyi və həmin iş üzrə daha əvvəl S.M.S. (18) adlı şəxsin həbs olunduğu məlum olub.
Gasp Büroda prosesi tamamlanan B.K. və F.K.Ö. məhkəmənin qərarı ilə həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 819 Tarix: 31 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR
Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndind
13 sentyabr 2021Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO
"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind
11 sentyabr 2021Tanışını döyə-döyə öldürdü
Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma
16 sentyabr 2021Övladlarını çayın kənarına tərk etdilər - FOTO
ABŞ-da çayın kənarında tərk edilmiş iki azyaşlı tapılıb. unikal.org-a istinadən xəbər verir ki, Rio-Grande çayında ətrafı yoxlayan mühafizəçilər kolların arasına tərk edilmiş 3 aylıq oğlan və 2 yaşlı qız uşağını tapıblar. Onların kim və ya kimlər tərəfindən əraziyə gətirildiyi məlum deyil. Maraqlıs
16 sentyabr 2021Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı
14 sentyabr 2021Avtoxuliqan polisi maşınla vurub
Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi
17 sentyabr 2021Samuxda FACİƏ - Körpə bacı-qardaş öldü
Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşa
12 sentyabr 2021Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb
Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində
17 sentyabr 2021Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir
Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər
13 sentyabr 2021