Masazırda 2 yaşlı uşağı it dişlədi - Fotolar
Abşeron rayonu Masazır qəsəbəsi, Məcburi köçkünlər şəhərciyində 2 yaş 9 aylıq uşağı it dişləyib.
Bu barədə "Qafqazinfo"ya onun valideynləri məlumat verib.
Bildiriblər ki, azyaşlı anası ilə birlikdə həyətdə gəzərkən sahibsiz itlər ona hücum edib. Ətrafdakıların köməkliyi ilə uşağı xilas etmək mümkün olsa da, o, xəsarət alıb.
Xəstəxanaya çatdırılan azyaşlıya quduzluq əleyhinə vaksin vurulub, ilkin yardım göstərildikdən sonra evə buraxılıb, hazırda vəziyyəti kafidir.
Yaxınlarının sözlərinə görə, uşağa hücum edən it bir müddət sonra ölüb, bu da onun quduz olması anlamına gəlir.
Qonşuların bildirdiyinə görə, bu ərazidə sahibsiz itlər olduqca çoxdur. Oxşar hadisələr də tez-tez baş verir. Bu səbəbdən də uşaqlar həyətə çıxıb oynaya bilmirlər. Sakinlərin sözlərinə görə, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, heç bir tədbir görülmür.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi:
"Sahibsiz heyvanlarla bağlı qaldırdığınız məsələ ilə əlaqədar olaraq bildiririk ki, Abşeron Rayon İcra Hakimiyyətinin müraciəti əsasında Sahibsiz İtlərə Qayğı Mərkəzləri tərəfindən rayon ərazisində olan ətraf mühit üçün təhlükəli ola biləcək sahibsiz itlər parklardan, küçə və prospektlərdən götürülüb. Sahibsiz itlərin tutulması sivil qaydada, onları incitmədən həyata keçirilib və xüsusi avtomobillərlə Qayğı Mərkəzinə daşınıb. Hazırda da bu işlər davam etdirilməkdədir.
Bununla yanaşı olaraq Abşeron rayonunda Sahibsiz Heyvanlar üçün Qayğı Mərkəzinin yaradılması istiqamətində də işlər aparılır və hazırda bu işlər sənədləşmə mərhələsindədir".







Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 808 Tarix: 12 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bilgəhdə faciəli qəza: Sürücü və sərnişin öldülər
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev "Volkswagen" markalı avtomobili
14 oktyabrİsmayıllıda ev və köməkçi tikili yanıb
İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb. Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkç
10 oktyabrDİQQƏT! Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 4-də paytaxtın Nəsimi rayonunda 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq 2-ci bölmədə təmir işləri həyata keçiriləcək. xəbər verir ki, bu barədə "Azərişıq"
3 oktyabrGəncədə kuryoz hadisə: Səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu
Gəncədə evdə səs-küy salan oğul həbs olunub. -a istinadla xəbər verir ki, hadisə şəhərin Nəvai küçəsində baş verib. 36 yaşlı Fərahim Şükürov (şərti adla) evə gələrək səs-küy salıb. Bu zaman səs-küyə oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Gələn polis əməkdaşları Fərahimi
11 oktyabrBaşı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto
Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan
4 oktyabrBakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi
Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək, zərərçəkən
3 oktyabrAzərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra ölüb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub və əməliyyatdan sonra həyatını itirib. İlkin məlumata görə, müğənnini
11 oktyabr