Kolombiyada ənənəvi buğa festivalında faciə: Matador həyatını itirdi
Kolumbiyanın Fundación qəsəbəsində keçirilən ənənəvi corraleja buğa döyüşü festivalında dəhşətli hadisə baş verib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, 35 yaşlı matador Yovanis Markes buğanın hücumuna məruz qalaraq həyatını itirib.
Hadisə zamanı Markes boğaya tərəf qaçaraq onun üzərindən atlamağa cəhd edib. Lakin uğursuz olan bu hərəkətindən sonra buğa onu buynuzları ilə dəfələrlə vurub. Arenada olan tamaşaçılar qorxu və şok içində çığıraraq hadisəni izləyiblər.
Görüntülərdə matadorun çətinliklə ayağa qalxdığı və tamaşaçıların köməyi ilə arenadan çıxarıldığı əks olunur. Lakin qısa müddət sonra o, həddindən artıq qan itirdiyi üçün yerə yıxılıb. Təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılan Markes həkimlərin bütün müdaxilələrinə baxmayaraq vəfat edib.
Heyvan haqları təşkilatı Plataforma ALTO, buğanın hücumunun özünü müdafiə məqsədilə baş verdiyini bəyan edib və hadisənin görüntülərini sosial mediada paylaşaraq diqqətə çatdırıb.
Kolumbiyanın bəzi bölgələrində ənənəvi olaraq keçirilən corraleja tədbirləri uzun illərdir həm insanlar, həm də heyvanlar üçün təhlükəli olması səbəbilə tənqid olunur. Ötən il parlamentdə buğa döyüşlərinin qadağan edilməsi haqqında qanun qəbul edilsə də, bu qadağa yalnız 2027-ci ildən tam qüvvəyə minəcək.
Bu faciəvi hadisə bir daha göstərir ki, belə tədbirlər həm heyvan hüquqları, həm də ictimai təhlükəsizlik baxımından ciddi risk daşıyır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1129 Tarix: 12 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bilgəhdə faciəli qəza: Sürücü və sərnişin öldülər
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev "Volkswagen" markalı avtomobili
14 oktyabrİsmayıllıda ev və köməkçi tikili yanıb
İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb. Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkç
10 oktyabrDİQQƏT! Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 4-də paytaxtın Nəsimi rayonunda 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq 2-ci bölmədə təmir işləri həyata keçiriləcək. xəbər verir ki, bu barədə "Azərişıq"
3 oktyabrGəncədə kuryoz hadisə: Səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu
Gəncədə evdə səs-küy salan oğul həbs olunub. -a istinadla xəbər verir ki, hadisə şəhərin Nəvai küçəsində baş verib. 36 yaşlı Fərahim Şükürov (şərti adla) evə gələrək səs-küy salıb. Bu zaman səs-küyə oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Gələn polis əməkdaşları Fərahimi
11 oktyabrBaşı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto
Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan
4 oktyabrBakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi
Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək, zərərçəkən
3 oktyabrAzərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra ölüb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub və əməliyyatdan sonra həyatını itirib. İlkin məlumata görə, müğənnini
11 oktyabr