Avstraliyada məsciddən azan oxunması planı mübahisə yaratdı
Avstraliyanın ən böyük məscidi olan Lakemba Məscidində cümə namazı üçün səsgücləndiricilərdən azan oxunması ilə bağlı edilən müraciət ölkədə böyük müzakirələrə səbəb olub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, yerli sakinlərin kəskin etirazı nəticəsində layihənin yenidən nəzərdən keçiriləcəyi bildirilib. Lübnanlı Müsəlmanlar Dərnəyinin nümayəndələri isə "Kilsələrdə zənglər çalınır, problem olmur, amma azan təhdid kimi qəbul edilir" deyə etirazlarını ifadə ediblər.
Sidney şəhərində yerləşən Lakemba Məscidi ilə bağlı yeni plan yerli əhali ilə məscid icmasını qarşı-qarşıya gətirib. Lübnanlı Müsəlmanlar Dərnəyi, məscidə dörd ədəd səsgücləndirici quraşdıraraq yalnız cümə günləri azan və namaz yayımı etmək üçün müraciət edib. 14 min 744 avstraliya dolları (təxminən 600 min manat) dəyərində olan bu layihəyə Canterbury Bələdiyyə Şurası qarşı çıxıb.
Bələdiyyə, layihənin rədd edilməsinə dair verdiyi tövsiyədə "səs-küy hesabatındakı uyğunsuzluqlar, binanın hündürlük limitinin aşılması, ətraf mülklərin dəyərinə mənfi təsir göstərməsi və dini həssasiyyətlər" kimi səbəbləri göstərib. Hesabatda, səsgücləndirici quraşdırılması layihəsinin "ətraf sakinlərinin rahatlığına və həyat keyfiyyətinə uzunmüddətli mənfi təsir göstərə biləcəyi" vurğulanıb. Məlumata görə, layihə ilə bağlı rəy soruşulan 329 nəfərdən 328-i buna qarşı çıxıb. Yerli planlaşdırma qurumu isə hələ yekun qərarını açıqlamayıb.
Lübnanlı Müsəlmanlar Dərnəyinin nümayəndələri, daxil olan rəyləri nəzərə alaraq layihəni yenidən işləməyi planladıqlarını açıqlayıblar. Dərnəyin katibi Corc Xeir "St. Mary Katedrali-nin zəngləri problem olmur, amma azan təhdid kimi görülür. Səsgücləndirici yalnız cümə namazında istifadə olunacaq, gecə klubu kimi gecə saatlarında insanları narahat etməyəcəyik" deyib.
Hoparlör quraşdırılmasına qarşı çıxanlar isə "Digər kilsələr məhəllədə bu qədər yüksək səsli yayım etmir. Niyə məscidə xüsusi icazə verilməlidir?" şəklində mövqelərini bildirib. Digər tərəfdən, bəzi şəxslər əsas məsələnin səsin məqbul səviyyədə saxlanılması olduğunu vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1043 Tarix: 12 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bilgəhdə faciəli qəza: Sürücü və sərnişin öldülər
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev "Volkswagen" markalı avtomobili
14 oktyabrİsmayıllıda ev və köməkçi tikili yanıb
İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb. Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkç
10 oktyabrDİQQƏT! Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 4-də paytaxtın Nəsimi rayonunda 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq 2-ci bölmədə təmir işləri həyata keçiriləcək. xəbər verir ki, bu barədə "Azərişıq"
3 oktyabrGəncədə kuryoz hadisə: Səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu
Gəncədə evdə səs-küy salan oğul həbs olunub. -a istinadla xəbər verir ki, hadisə şəhərin Nəvai küçəsində baş verib. 36 yaşlı Fərahim Şükürov (şərti adla) evə gələrək səs-küy salıb. Bu zaman səs-küyə oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Gələn polis əməkdaşları Fərahimi
11 oktyabrBaşı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto
Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan
4 oktyabrBakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi
Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək, zərərçəkən
3 oktyabrAzərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra ölüb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub və əməliyyatdan sonra həyatını itirib. İlkin məlumata görə, müğənnini
11 oktyabr