Həbsdən çıxan şəxs keçmiş arvadını və sevgilisini bıçaqladı
Antalyanın Kepez rayonunda dəhşətli hadisə baş verib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, bir müddət əvvəl həbsxanadan çıxan M.T. adlı şəxs, keçmiş arvadı Z.K. və onun sevgilisi U.D.-ni bıçaqlayaraq hadisə yerindən qaçıb.
Məlumata görə, Z.K. sevgilisi ilə birlikdə Mehmet Akif Ersoy məhəlləsində yaşadığı evə daxil olarkən, orada gözlənilmədən keçmiş əri ilə qarşılaşıb. Qısa müddətdə mübahisə kəskinləşib və M.T. əlindəki bıçaqla Z.K.-nı qarın nahiyəsindən, U.D.-ni isə qolundan yaralayıb.
Səs-küyə gələn qonşular qan içində qalan yaralılara ilkin tibbi yardım göstərib və dərhal təcili yardıma xəbər veriblər. Hadisə yerinə çoxlu sayda polis və təcili tibbi yardım briqadası cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb, vəziyyəti ağır olan Z.K. dərhal əməliyyata alınıb.
Hadisə şahidlərindən Gözdə Beylik, "Qışqırıq səsləri eşitdik. Qonşumuz kömək istəyirdi. Biz də qanamanı dayandırmağa çalışdıq. Qadın qarın nahiyəsindən, kişi isə qolundan yaralanmışdı. Onlar gəlməmişdən əvvəl M.T. evə girib və hücum edib" – deyə bildirib.
Digər şahid Bülənt Özkan isə, "Pəncərədən baxanda bir nəfərin qaçdığını gördüm. Sonradan binanın qarşısına düşəndə həm qadının, həm də kişinin yaralı olduğunu gördük" sözlərini deyib.
Antalya Polis İdarəsinin Cinayət Axtarış və Kepez Rayon Polis Şöbəsinin əməkdaşları hadisəni törədən M.T.-nin saxlanılması üçün əməliyyat tədbirlərinə başlayıblar. Hadisə yeri mütəxəssisləri evdə və ətrafda araşdırma aparır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1024 Tarix: 18 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bilgəhdə faciəli qəza: Sürücü və sərnişin öldülər
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev "Volkswagen" markalı avtomobili
14 oktyabrİsmayıllıda ev və köməkçi tikili yanıb
İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb. Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkç
10 oktyabrDİQQƏT! Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 4-də paytaxtın Nəsimi rayonunda 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq 2-ci bölmədə təmir işləri həyata keçiriləcək. xəbər verir ki, bu barədə "Azərişıq"
3 oktyabrGəncədə kuryoz hadisə: Səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu
Gəncədə evdə səs-küy salan oğul həbs olunub. -a istinadla xəbər verir ki, hadisə şəhərin Nəvai küçəsində baş verib. 36 yaşlı Fərahim Şükürov (şərti adla) evə gələrək səs-küy salıb. Bu zaman səs-küyə oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Gələn polis əməkdaşları Fərahimi
11 oktyabrBaşı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto
Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan
4 oktyabrBakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi
Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək, zərərçəkən
3 oktyabrAzərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra ölüb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub və əməliyyatdan sonra həyatını itirib. İlkin məlumata görə, müğənnini
11 oktyabr