Qan qrupuna görə müsbət və mənfi xüsusiyyətləriniz

Qan qrupuna görə müsbət və mənfi xüsusiyyətləriniz1-ci qan qrupu
O (1-ci qrup)- tipi- "Ovçu". Çox qədim və əsas qan qrupudur ki, təkamül prosesi nəticəsində bu qrupdan digər qruplar törənib. Hazırda dünya əhalisinin 33,5% -i bu qan qrupunun daşıyıcısıdır.

Müsbət tərəfləri:
- möhkəm həzm sistemi;
- yaxşı immun sistemi;

Zəif cəhətləri:
- yeni yeməklərə və ətraf mühitin dəyişikliklərinə çətin adaptasiya olunur;
- mədənin yüksək turşuluğu;
- allergiya;

Dietik məsləhət: yüksək proteinli yeməklərdən uzaq durun.
Məsləhətdir: ət məhsulları (donuz ətindən başqa), balıq, meyvə-tərəvəz (turş olmasın), ananas
Azaldın: yarma, büğda və un məmulatları.

İçkilərdən:

Faydalıdır: yaşıl çay, ot çayları, itburnu, nanə, zəncəfil, cökə çiçəyi dəmləməsi;
Neytraldır: pivə, qırmızı və ağ şərab, çobanyastığı, jenşen, sürvə (şalfey)
Uzaq durun: kofe, tünd içkilər, aloe (əzvay) şirəsi.

Çəkini nəzarətdə saxlamaq üçün:

Menyudan çıxarın: təzə kələm, qarğıdalı, buğda, sitrus meyvələri, paxla, qənd, nişastalı yeməklər.
Yaxşı kömək edir: dəniz bitkiləri, balıq, yodlaşdırılmış duz, ət, xüsusən də mal əti, qaraciyər, göyərti, brokkoli, qırmızı turp, B qrup vitaminləri.
Fiziki hərəkət: intensiv hərəkətli idman növləri: aerobika, qaçış, üzgüçülük, xizəksürm

2-ci qan qrupu
A (2-ci) qrup- tipi "Torpaq adamı". Bu qan qrupu qədim insanların köçəri həyat tərzindən oturaq həyata keçidi dövründə yaranıb. Yer əhalisinin 37,8% -i bu tipə aiddir.

Güclü cəhətləri:
- yemək, pəhriz və ətraf mühit dəyişikliklərinə tez adaptasiya;
- effektiv həzm sisteminə malik olmaq;

Zəif cəhətləri:
- həssas həzm traktı;
- zəif immun sistemi, infeksiyalara dözümsüzlük;
- yüksək dərəcədə oyanıq sinir sistemi;
- şəkərli diabetə tutulma ehtimalı böyükdür.

Dietik məsləhət: tam vegeterian qidalanmaya keçmək;
Faydalıdır: tərəvəz, yarma, bütün paxlalılar, meyvələrdən – portağal, narıngi, banan, kakos, ananas, balıq və dəniz məhsulları (yalnız kambala, siyənək, kürü istisna olmaqla).
Azaldın: ət ( toyuq və hind toyuğu), süd məhsulları, buğda,istiot, dondurma, qənd, qarğıdalı yağı).
Kömək edir: bitki yağlarından ( soya, zeytun), tərəvəz, ananas, B, C, E vitaminləri, jenşen, bitki çayları, pişikotu (valerian).
Fiziki hərəkətlər: sakit templi və nəfəs hərəkətləri olan növlər, yoqa, tan-zi.

3-cü qan qrupu:

B (3-cü) qrup- tipi "Qəribə köçəri". Bu qan qrupu qədim dövrdə tayfa, nəsil yerdəyişmələri və məskunlaşması nəticəsində yaranıb. Dünya əhalisinin 20,6%-i bu qan qrupuna aiddir.

Müsbət cəhətləri:
- güclü immun sistemi;
- yeməklərə yaxşı uyğunlaşma
- balanslaşmış sinir sistemi.

Zəif cəhətləri:
- bir çox viruslara, iltihabi xəstəliklərə dözümü yoxdur.

Dietik məsləhət: Qarışıq yeməklərdən və mürəkkəb dietalardan uzaq durun.
Faydalıdır: ət, ördək, qaz ətindən başqa bütün ət yeməkləri, balıq, süd məhsulları (turş, yağsız), yumurta, yarmalar, paxlalar, tərəvəz (qarğıdalı, pomidor, balqabaq, zeytun), meyvə.
Uzaq durun: dəniz məhsulları, donuz əti.

İçkilərdən:

Məsləhətdir: yaşıl çay, ot çayları, çuğundur şirəsi, kələm şirəsi, üzüm şərabı.
Uzaq olun: pomidor şirəsi, sodalı içkilər.

Çəkini nəzarətdə saxlamaq üçün:

Yeməyin: qarğıdalı, püstə, qarabaşaq (qreçka), pomidor, donuz əti, kolbasa.
Kömək edir: yaşıl çay, yumurta, böyrək, mal əti, vitaminlər.
Fiziki hərəkətlər: gəzmək, velosiped sürmək, tennis, üzgüçülük.

4-cü qan qrupu

AB (4-cü) qrup - tipi "Sirli tapmaca". Bu qrup 2 əks – A və B tipli qanın qarışması, evalusiyası nəticəsində yaranıb.

Müsbət cəhətləri:
- Ən gənc qan qrupudur.
- Hissiyyatlı immun sistemi;
- Həm A, həm də B qrupun müsbət tərəflərini özündə əks etdirir.

Dietik məsləhət: əvvəlcədən hesablanmış və qarışıq pəhriz saxlaya bilər.
Faydalıdır: ət ( qoyun əti, dovşan, hind toyuğu), balıq ( dəniz bitkiləri istisna olmaqla), zeytun yağı, püstə, qoz-fındıq, yarma (qarğıdalı və qarabaşaqdan başqa), tərəvəz (istiotdan başqa),
Azaltmalı: paxlaları

İçkilərdən:

Məsləhətdir: kofe, yaşıl çay, çobanyastığı çayı, itburnu.
Olmaz: aloe şirəsi, cökə çiçəyi çayı.
Çəkini nəzarətdə saxlamaq üçün:
Kömək edir: balıq, göyərti, ananas, vitamin C, süd məhsulları.
Uzaq durun: qırmızı ət, vetçina, bekon, qarabaşaq yarması, istiot, buğda, qarğıdalı

Mənbbə: Modern.az


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 4030   Tarix: 20 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Alimlər insanların oyaq ikən də yuxu görə bildiyini aşkarlayıblar

Son elmi araşdırmalar insanların təkcə yuxu vəziyyətində deyil, eyni zamanda oyaq olduqları zaman da yuxugörməyə bənzər hallar yaşadıqlarını üzə çıxarıb. xəbər verir ki, bu maraqlı faktı Paris Beyin İnstitutunun tədqiqatçısı Nikolas Dekat Böyük Britaniyanın "Daily Mail" nəşrinə müsahibəsind

6 may
.

Acqarına məşq edənlərin nəzərinə: Hansı hallarda qidalanmaq mütləqdir?

Səhər yeməyi yemədən idman etmək yalnız yüngül fiziki aktivlik zamanı məqbul sayılır. Ağır güc məşqlərinə başlamazdan bir neçə saat əvvəl qidalanmaq isə başgicəllənmə hallarının və mümkün zədələrin qarşısını almaq üçün vacibdir. xəbər verir ki, bu barədə fitnes təlimçisi İrina Maltseva " portalın

6 may
.

Yer kürəsi niyə yarıya bölünəcək? - Alimdən maraqlı açıqlama

Sakit okeanda, Vankuver adası sahillərində Şimali Amerika tavasının altına Xuan-de-Fuka və Eksplorer plitələrinin çökməsi (subduksiya) prosesi hazırda qeyri-adi şəkildə davam edir. Bu geoloji dəyişiklik uzaq gələcəkdə planet üçün ciddi təhlükələr yarada bilər. xəbər verir ki, bu barədə "LAD Bible"

6 may
.

Qazaxıstanlı idman müəliminin paylaşımı gündəm olub - VİDEO

Qazaxıstanlı idman məşqçisi Anastasiya Makshayeva paylaşdığı rəqs videosu ilə sosial şəbəkələrdə gündəm olub. xarici mediaya istinadən xəbər verir ki, sosial mediada qısa zamanda yayılan görüntülər minlərlə baxış toplayıb. Anastasiya Makshayevanın enerjili rəqs performansı istifadəçilər tərəfindən böyü

7 may
.

PSJ-nin Çempionlar Liqasının finalına çıxmasından 1,3 milyon qazandı

PSJ-nin "Bavariya"nı məğlub edib Çempionlar Liqasının finalına çıxmasına mərc edən şəxs 1,3 milyon dollar qazanıb. PSJ-nin Çempionlar Liqasının yarımfinalında "Bavariya" üzərində qələbə qazanması və finala vəsiqə qazanması mərc edənə böyük qazanc gətirib. PSJ-nin finala çıxmasın

8 may
.

Smartfon niyə donur? - Problemin həlli üçün ekspert məsləhətləri

Vaxt keçdikcə ən güclü smartfonların belə işləmə sürəti aşağı düşə bilər, ancaq bir çox vəziyyətlərdə bu çətinliyi yeni telefon almadan aradan qaldırmaq mümkündür. -ın məlumatına görə, mütəxəssis Andrey Rjavin "İzvestiya" nəşrinə verdiyi müsahibədə bu mövzuya toxunub. "Telefon yaddaşını

10 may
.

Sağlamlığın gizli düşməni: Hansı qidalar orqanizmdə iltihab yaradır?

Bir çox insanın gündəlik rasionuna daxil olan bəzi məhsullar orqanizmdə iltihab proseslərini gücləndirə və sağlamlığa ciddi zərər vura bilər. xəbər verir ki, bu barədə ekspert Klaudia Meyreles "Metropoles" nəşrində dərc olunan məqaləsində xəbərdarlıq edib. Mütəxəssisin bildirdiyinə görə, müəyyə

8 may
.

Qırmızı saçlı insanların hüceyrə "supergücü" qədim təkamül sirrini ortaya çıxardı

Qırmızı saç və narıncı lələklər uzun müddət riskli təkamül xüsusiyyəti kimi qiymətləndirilib. Bunun səbəbi əvvəlki tədqiqatların onları hüceyrə stressini artıran və insanlarda xərçəng riskini yüksəldə bilən dəri piqmentləri ilə əlaqələndirməsi idi. Yeni araşdırma isə göstərib ki, müəyyən şəraitdə həmi

8 may
.

İmtahandan əvvəl nə yeməli? - Diqqəti və yaddaşı gücləndirən qidalar

İmtahandan əvvəl nə yeyib-içdiyiniz sizin diqqətinizi, yaddaşınızı və enerji səviyyənizi birbaşa təsir edə bilər. Yaxşı xəbər budur ki, bunun üçün bahalı "super qidalara" ehtiyac yoxdur; sadəcə bəzi təməl qaydaları bilmək kifayətdir. imtahan öncəsi qidalanma üçün qısa bələdçini təqdim edir:

10 may