"Azərbaycan ilə Türkmənistan arasında qardaşlıq və mədəni yaxınlığın yeni dövrü başlayır" - DEPUTAT
"2025- ci il avqustun 22-də Prezident İlham Əliyev Türkmənistanın Türkmənbaşı şəhərinə işgüzar səfər etmişdir. Səfər Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdimuhəmedovun dəvəti ilə həyata keçirilmişdir".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.
O, açıqlamasında qeyd edib ki, Azərbaycan və Türkmən xalqları əsrlər boyu ortaq tarixi köklərə, zəngin mədəniyyətə, oxşar adət-ənənələrə, dil və mənəvi dəyərlərə sahib olmuş xalqlardır:
"Azərbaycan və Türkmən xalqları arasındakı dərin tarixi bağlar təkcə dil və mədəni yaxınlıqla məhdudlaşmır, həm də qardaşlıq münasibətləri, qarşılıqlı hörmət və dostluq ənənələri ilə möhkəmlənir. Qədimdən Xəzər dənizinin iki sahilində yaşayan bu xalqlar eyni mədəni mühitin daşıyıcıları olmuşdur. Ortaq türk kimliyi həm milli yaddaşda, həm də gələcək hədəflərdə xüsusi yer tutur.
Bu gün Azərbaycan–Türkmənistan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi xalqlarımızın qardaşlıq bağlarının təbii nəticəsi, ortaq tariximizin yeni mərhələdə davamıdır.
Səfər çərçivəsində Türkmənistan, Azərbaycan və Özbəkistan liderlərinin iştirakı ilə üçtərəfli yüksək səviyyəli görüş keçirilmişdir. Prezident İlham Əliyev türk dünyasında mövcud mədəni və siyasi yaxınlığı xüsusi vurğulamış, görüşü "tarixi əməkdaşlığın yeni mərhələsi" kimi dəyərləndirmişdir. Üçtərəfli formatda əməkdaşlıq Mərkəzi Asiya üçün yeni səhifədir. Azərbaycan qazandığı böyük beynəlxalq nüfuz və regionda yaratdığı yeni reallıqlarla artıq Mərkəzi Asiya+Cənubi Qafqaz formatlarının vahid şəkildə təqdim olunması kimi xarakterizə olunur.
Azərbaycan ilə Türkmənistan arasında qardaşlıq və mədəni yaxınlığın yeni dövrü başlayır. Füzuli və Arxadağ şəhərləri arasında qurulan qardaşlıq əlaqələri, habelə Türkmənistanın Füzulidə məscid inşa etmək təşəbbüsü bunun bariz nümunəsidir. Məscidin azad olunmuş ərazilərimizdə inşası isə qardaş ölkənin yenidənqurma işlərinə dəstəyini ifadə edir.
İkitərəfli əməkdaşlığın əsas istiqaməti nəqliyyat sektorudur. Hər üç ölkə "Böyük İpək Yolu"nun bərpası üçün Avropanı Asiya ilə birləşdirən nəqliyyat dəhlizləri çərçivəsində əlaqələri genişləndirmək barədə razılığa gəliblər. Xüsusən, Mərkəzi Asiyanın və Xəzər hövzəsinin nəqliyyat infrastrukturunun gücləndirilməsi imkanları nəzərdən keçirilib. Prezident İlham Əliyev bu istiqamətdə Türkmənistan və Özbəkistanla əməkdaşlığa xüsusi önəm verdiyini qeyd etmişdir. Görüş zamanı enerji sahəsi üzrə də ciddi müzakirələr aparılmış, SOCAR-ın Türkmənistanın qaz və neft sektorunda əməkdaşlıq perspektivləri nəzərdən keçirilmişdir.
Azərbaycan–Türkmənistan dostluğu gələcəkdə daha da möhkəmlənəcək, qardaşlıq münasibətləri yeni nailiyyətlərə yol açacaqdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Bakıda "Kəlağayı" yürüşü - Video
Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova