İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının dövlət nazirini qəbul edib

İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının dövlət nazirini qəbul edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa, Şimali Amerika və xaricdəki ərazilər üzrə dövlət naziri Stiven Doutini qəbul edib.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Stiven Douti Vaşinqtonda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması ilə əlaqədar əldə olunmuş tarixi nəticələr münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı, ölkəsinin bu prosesə dəstək verməyə hazır olduğunu bildirdi. Qonaq, həmçinin Vaşinqtonda regional nəqliyyat bağlantıları ilə bağlı əldə edilmiş nəticələrin əhəmiyyətinə toxundu.

Stiven Douti ötən il COP29-un Azərbaycanda yüksək səviyyədə keçirilməsi və qazanılmış uğurlar münasibətilə təbriklərini çatdırdı.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirdi. Prezident İlham Əliyev Azərbaycanın sülh gündəliyinin və Ermənistanla normallaşma prosesinin irəli aparılması üçün bundan sonra da səylərini davam etdirəcəyini dedi.

Dövlətimizin başçısı COP29 zamanı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin Azərbaycana səfərini və onunla keçirilmiş görüşünü xatırladı.

Söhbət zamanı Azərbaycanla Böyük Britaniya arasında əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı, siyasi münasibətlərimizin mövcud vəziyyətindən məmnunluq ifadə olundu. İqtisadi, ticari, informasiya-kommunikasiya texnologiyaları, təhsil və digər sahələrdə əməkdaşlıq üçün geniş perspektivlərin olduğu bildirildi. Azərbaycanla Böyük Britaniya arasında enerji sahəsində əlaqələrə toxunularaq, bu xüsusda ölkəmizlə bp arasında 30 ildən artıq davam edən səmərəli əməkdaşlıq qeyd olundu, bunun həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində uğurla həyata keçirildiyi vurğulandı. Bp ilə qarşılıqlı faydalı əməkdaşlığın qarşıdan gələn onilliklər ərzində də davam edəcəyinə ümidvarlıq ifadə olundu.

Sonda qonaq dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.

İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının dövlət nazirini qəbul edibİlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının dövlət nazirini qəbul edibİlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının dövlət nazirini qəbul edibİlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının dövlət nazirini qəbul edibİlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının dövlət nazirini qəbul edibİlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının dövlət nazirini qəbul edibİlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının dövlət nazirini qəbul edib


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 730   Tarix: 25 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Beynəlxalq Qızıl Xaç Komitəsindən Zəngəzurda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanda barəsində iki aylıq həbs qətimkan tədbiri seçilmiş Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayevin məsələsi üzrə müvafiq orqanlarla davamlı olaraq əlaqə saxlayır. Bu barədə Ermənistan mediasına istinadən xəbər verir. "Onların razılığını aldıqda

14 oktyabr
.

Prezident: "Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır"

"Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı zamanı bildirib. "Biz sülh təkli

15 oktyabr
.

Prezident: "Ölkəmiz 35 il əvvəl müstəqilliyini bərpa etdikdən bəri davamlı şəkildə ikili standartlarla üzləşib"

"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısınd

15 oktyabr
.

İlham Əliyev Emoməli Rəhmon ilə görüşüb

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə və qonaqpərvərliy

14 oktyabr
.

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərində son dövrlərdə müşahidə olunan proseslər ətrafında fikir mübadiləsi aparılıb

15 oktyabr
.

İlham Əliyev Şavkat Mirziyoyev ilə görüşüb - Foto/Video

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini deyərək bu ilin avqustunda Özbəkistana dövlət səfərin

14 oktyabr
.

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriba

14 oktyabr
.

Azərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir

Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind

14 oktyabr
.

"Azərbaycanın daxili işlərinə müdaxilə yolverilməzdir" - Türkiyədən gələn tənqidlərə REAKSİYA

"Türkiyədən Azərbaycana qarşı yönələn informasiya hücumları, xüsusilə də Nazirlər Kabinetinin son qərarından sonra səsləndirilən açıqlamalar təsadüfi deyil. Bu hücumları iki istiqamətdə qiymətləndirmək olar. Birincisi, uzun müddətdir AKP iqtidarı dövründə Türkiyəyə sızmış və orada möhkəmlənmiş

15 oktyabr