"Bu gün Azərbaycan tədricən biruşaqlı ailə mərhələsinə qədəm qoyur" - DEPUTAT
"Bəşəriyyətin qarşılaşdığı ciddi problemlərdən biri demoqrafiya ilə bağlıdır. Hazırda bu məsələ Azərbaycan üçün də aktualdır. 2018-ci ildə ölkə əhalisinin sayı 10 milyonu keçib. Əhali artımı yalnız doğuş sayının ölüm sayını üstələməsi ilə təmin edilir. Xarici miqrasiyanın isə əhalinin sayına təsiri çox azdır. Demoqrafik problemlərin yaranması, ilk növbədə, müasir dövrdə yaranmış sosial-mədəni və iqtisadi vəziyyət, mənzil təminatında olan çətinliklər, qadınların geniş şəkildə istehsal və xidmət sahələrində işə cəlb edilməsi, ailələrin və uşaqların sosial müdafiəsi kimi amillərlə əlaqədardır".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.
O, açıqlamasında qeyd edib ki, əhalinin sayının artması üçün hər ailədə 3 uşaq olmalıdır:
"İndi uşaq dünyaya gətirən ailə onun maksimum səviyyədə təhsilini, əyləncəsini, rifah səviyyəsini düşünür. Amma 60–70-ci illərdə belə deyildi. Ona görə də indi hər bir ananın dünyaya uşaq gətirmə statistikası aşağıdır. Əvvəllər insanlar düşünmürdülər ki, uşaqların hamısı ali təhsil almalıdır və valideyn buna dəstək olmalıdır. Yüksək səviyyədə geyinib-keçinməli, əylənməlidir. Bu məsələyə baxış fərqli idi. Aza qane olurdular. İndi isə elə deyil. Buna görə də ailələr az uşaqla da kifayətlənirlər.
Əsas səbəblərdən biri də yeni ailə quranların sayının kəskin azalması, boşanmaların artması və evlənmələrin yarıya qədər düşməsidir. Bu gün Azərbaycan tədricən biruşaqlı ailə mərhələsinə qədəm qoyur. Əhalinin sayının artması üçün isə hər ailədə 3 uşaq olmalıdır. Mənfi tendensiya yeni tədris ilində 1-ci sinfə gedən şagirdlərin sayında da özünü göstərir.
Xüsusən, iqtisadi baxımdan aztəminatlılıq, əhalinin böyük qisminin şəhərlərə axını və buradakı tələbatın kəndə nisbətən yüksək olması, qadınların karyera marağı da vəziyyətə ciddi təsir edir. Bir sıra ölkələr, xüsusilə Avropa ölkələri, demoqrafik problemi aradan qaldırmaq üçün xüsusi dövlət proqramları hazırlayırlar. Bu proqramlarda bir çox nüanslar nəzərə alınır: yeni doğulan uşağa yardım, uşaq dünyaya gətirən qadına güzəştlərin tətbiqi. Düşünürəm ki, bu modeli ölkəmizdə də tətbiq etmək olar. Eyni zamanda, gənc ailələr üçün mənzil proqramlarının genişləndirilməsi yaxşı olar. Xüsusilə dövlət dəstəyi ilə sosial ipotekaların verilməsi şərtləri daha asan və əlçatan olmalıdır".
Vüsalə İbrahimli
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusuna uyğun olaraq dərc edilir.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Pensiyalar bu tarixdə ödəniləcək
Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Avtobuslar qarajda, sərnişinlər dayanacaqda: Sürücülər niyə işləmək istəmir? - İQTİSADÇIDAN AÇIQLAMA
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
Ölkədə qızıl ucuzlaşdı, yoxsa bahalaşdı?
Bakının altı rayonunda su niyə hələ də verilməyib?
Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
Mehriban Rəhimliyə hökm oxundu
Fərdi ev tikənlərə XƏBƏRDARLIQ: Bu səhvlər faciəyə səbəb ola bilər
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Aqşin Fatehə ağır itki