"Hadisənin Qətərdə baş verməsi Körfəz ölkələri arasında yeni siyasi gərginlik yarada bilər" - POLİTOLOQ
"İsrailin ardıcıl şəkildə Həmas rəhbərliyinə qarşı həyata keçirdiyi hədəfli əməliyyatlar artıq Yaxın Şərqdə mövcud gərginliyi yeni mərhələyə daşıyır. Xüsusilə son əməliyyatın Qətərdə baş verməsi və bu prosesdə müxtəlif iddiaların səsləndirilməsi region ölkələrinin münasibətinə təsirsiz ötüşməyəcək. Ərəb ölkələri üçün bu hadisə, həm Qətərin mövqeyi, həm də ABŞ-ın prosesdə mümkün iştirakı baxımından ciddi suallar doğurur.Müsəlman dünyasında bu əməliyyat qəzəb və narahatlıq doğura bilər, çünki Həmasın liderlərinə qarşı addımlar bir çox dairələrdə Fələstin məsələsinin ümumi kontekstindən ayrılaraq qiymətləndirilmir. Hadisənin Qətərdə baş verməsi isə Körfəz ölkələri arasında yeni siyasi dartışmalar yarada bilər. Çünki Qətər uzun illərdir vasitəçilik rolunu oynayır və indi onun neytrallığı sual altına düşə bilər".
Bu sözləri Sonxeber.az-a politoloq Tural İsmayılov danışıb.
O, açıqlamasında qeyd edib ki, ABŞ-ın əməliyyatdan əvvəl məlumatlandırılması xəbərləri ərəb küçələrində Qərb dövlətlərinə qarşı tənqidi mövqelərin artmasına səbəb ola bilər.
"Bu isə həm ictimai rəyin, həm də siyasi dairələrin reaksiyalarında öz əksini tapa bilər. Eyni zamanda, hadisə regional güclərin – xüsusilə də İran və Türkiyənin mövqelərində yeni ritorika doğura bilər. Böyük ehtimalla, ərəb dövlətləri rəsmi olaraq daha çox diplomatik bəyanatlarla kifayətlənəcək, amma ictimai narazılıq güclənə bilər. Bu, küçə etirazlarından tutmuş media ritorikasına qədər fərqli müstəvilərdə özünü göstərə bilər. Lakin genişmiqyaslı münaqişə riski hələ ki, yüksək görünmür, çünki əsas oyunçular birbaşa qarşıdurmadan yayınmağa çalışır".
Politoloq onu da vurğuladı ki, ən böyük təhlükə, gərginliyin Qəzza və Qərb Sahili ətrafında yenidən silahlı toqquşmaları artırmasıdır:
"Çünki belə əməliyyatlar Həmas tərəfdarlarının motivasiyasını gücləndirə və bölgədə yeni zorakılıq dalğasına yol aça bilər. Digər tərəfdən, hadisə regiondakı sülh təşəbbüslərinin zəifləməsinə və tərəflərin bir-birinə inamının daha da sarsılmasına səbəb ola bilər.
Ümumilikdə, əməliyyatların ardıcıllığı və miqyası bölgədə strateji balansı dəyişdirməsə də, siyasi psixologiyanı kəskinləşdirir. Bu isə diplomatik proseslər üçün əlavə çətinliklər yaradır və regionda sabitliyin qırılma nöqtəsini yaxınlaşdırır. Nəticə etibarilə, hadisə genişmiqyaslı münaqişəyə çevrilməsə də, Yaxın Şərqdə daha gərgin, etimadsız və parçalanmış bir mühit formalaşdırır".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Bakıda "Kəlağayı" yürüşü - Video
Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova