Küçədə silahlı hücum: 3 polis öldü, 2-si ağır yaralandı
ABŞ-ın Pensilvaniya ştatının York County bölgəsində baş verən silahlı hücum nəticəsində üç polis zabiti həyatını itirib, iki nəfər isə ağır yaralanıb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 14:00 radələrində polis əməkdaşlarının apardığı əməliyyat zamanı baş verib. Silahlı hücumdan sonra bölgədəki məktəblərə "təhlükəsiz ərazilərə sığınmaq" xəbərdarlığı edilsə də, qısa müddət sonra ictimaiyyət üçün aktiv təhlükə olmadığı bildirilib.
Pensilvaniya ştatının qubernatoru Coş Şapiro hadisə yerinə gələrək həlak olan polis əməkdaşlarının ailələri ilə görüşüb. O, açıqlamasında bu cür şiddət hadisələrinin qəbuledilməz olduğunu vurğulayıb və ölənlərin xatirəsinə ştatda bayraqların yarıya endirilməsi barədə göstəriş verib.
ABŞ Ədliyyə naziri Pam Bondi isə sosial şəbəkə platforması "X" üzərindən açıqlama yayaraq, FBI və ATF (Alkoqol, Tütün, Atıcı Silahlar və Partlayıcı Maddələr Bürosu) əməkdaşlarının yerli polis qüvvələrinə dəstək üçün hadisə yerinə göndərildiyini bildirib. O, polisə qarşı zorakılığı "qəbuledilməz" adlandıraraq, həlak olan polis əməkdaşları üçün dua çağırışı edib.
FBI direktoru Kaş Patel də paylaşımında təşkilatın hadisə yerində olduğunu bildirərək, "Dualarımız həlak olan polis əməkdaşları, onların ailələri və bütün York County üçündür", – deyə qeyd edib.
Hadisə ilə bağlı genişmiqyaslı istintaq başladılıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 847 Tarix: 18 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto
Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan
4 oktyabrToya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu
Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. -ın məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pul
3 oktyabrBağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
Sumqayıt şəhərində azyaşlı özəl uşaq bağçasında yıxılaraq xəsarət alıb. "Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə nəticəsində azyaşlının qolu sınıb. Hadisə Sumqayıtda fəaliyyət göstərən "Laləli" körpələr evi-uşaq bağçasında baş verib. Sumqayıt şəhər sakini Yaqub Yasinov iddia edi
15 oktyabrBakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi
Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək, zərərçəkən
3 oktyabrMəktəbə daş atdılar, şagirdlər xəsarət aldı - Video
Bu gün Binə qəsəbəsi "Südçülük Sovxozu"nda yerləşən 136 saylı məktəbə hücum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məktəb binasının içərisinə pəncərədən daş atılıb, nəticədə, iki şagird yaralanıb. Əməli törədən şəxslər saxlanılıb
13 oktyabrBurulğan 20 min cücənin tələf olmasına səbəb oldu - VİDEO
Türkiyənin Adana vilayətinin İmamoğlu rayonunda leysan yağışla birlikdə meydana gələn burulğan iki toyuq fermasına ciddi ziyan vurub. xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində təxminən 20 min cücənin tələf olduğu bildirilib. Ağzıkaraca məhəlləsində baş verən burulğan fermaların damların
29 sentyabr