Həkimlər xəbərdarlıq etdi: Bu heyvanla təmas etməyin!
Qərbi Afrika ölkəsi olan Nigeriyada heyvandan insana keçən Lassa qızdırması sürətlə yayılmaqda davam edir.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, bu il ərzində təsdiqlənmiş yoluxma hallarının sayı 871-ə, xəstəlikdən ölənlərin sayı isə 162-yə çatıb.
Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin məlumatına görə, paytaxt Abuca ilə yanaşı ölkənin 21 ştatında daha Lassa qızdırması halları qeydə alınıb. 25–31 avqust tarixlərində 10 yeni yoluxma təsdiqlənib və bununla da 1 yanvar–31 avqust aralığında yoluxma sayı 871-ə yüksəlib.
Ölkədə ötən il Lassa qızdırması nəticəsində 190 nəfər həyatını itirmişdi. İlk dəfə 1969-cu ildə Nigeriyanın şimal-şərqindəki Borno ştatında aşkarlanan virus hazırda Mali, Toqo, Qana, Liberiya və Syerra-Leonedə də yayılıb.
Xəstəlik əsasən siçan nəcisindən insana keçir, daha sonra insandan insana yoluxa bilir və ölümcül qanamalı qızdırmaya səbəb olur. Rəsmilər əhalini siçan və digər gəmiricilərlə təmasdan uzaq durmağa çağırıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 25991 Tarix: 18 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto
Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan
4 oktyabrToya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu
Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. -ın məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pul
3 oktyabrBağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
Sumqayıt şəhərində azyaşlı özəl uşaq bağçasında yıxılaraq xəsarət alıb. "Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə nəticəsində azyaşlının qolu sınıb. Hadisə Sumqayıtda fəaliyyət göstərən "Laləli" körpələr evi-uşaq bağçasında baş verib. Sumqayıt şəhər sakini Yaqub Yasinov iddia edi
15 oktyabrBakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi
Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək, zərərçəkən
3 oktyabrMəktəbə daş atdılar, şagirdlər xəsarət aldı - Video
Bu gün Binə qəsəbəsi "Südçülük Sovxozu"nda yerləşən 136 saylı məktəbə hücum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məktəb binasının içərisinə pəncərədən daş atılıb, nəticədə, iki şagird yaralanıb. Əməli törədən şəxslər saxlanılıb
13 oktyabrBurulğan 20 min cücənin tələf olmasına səbəb oldu - VİDEO
Türkiyənin Adana vilayətinin İmamoğlu rayonunda leysan yağışla birlikdə meydana gələn burulğan iki toyuq fermasına ciddi ziyan vurub. xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində təxminən 20 min cücənin tələf olduğu bildirilib. Ağzıkaraca məhəlləsində baş verən burulğan fermaların damların
29 sentyabr