Nikotin yaşlanmağın qarşısını ala bilər - Ekspertdən AÇIQLAMA
Məşhur uzunömürlülük eksperti Deyv Espri bildirir ki, nikotin az və nəzarət olunan dozada qəbul edilərsə, beyinin idrak funksiyalarını əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
Lent.az xarici mediaya istinadla bildirir ki, ekspertin sözlərinə görə, nikotin siqaretdən fərqli olaraq beyinə müsbət təsir göstərə bilər.
Espri izah edir ki, nikotin beyindəki reseptorlara bağlanır və əsas neyromediatorların – asetilxolin, dopamin və noradrenalinin işini stimullaşdırır. Bu maddələr diqqət, yaddaş və öyrənmə üçün zəruridir.
Araşdırmalar göstərir ki, nikotin beynin yeni sinir əlaqələri yaratmaq qabiliyyətini artırır və bu, öyrənmə və yaddaş üçün vacibdir. Nikotin həmçinin BDNF adlanan neyrotrofik faktoru yüksəldir ki, bu da neyronların böyüməsinə və sağ qalmasına kömək edir.
Ekspert əlavə edir ki, nikotin hətta beyini yaşla bağlı dəyişikliklərdən qoruya bilər. Tədqiqatlara görə, az dozalarla qəbul edilən nikotin idrak pozuntusu olan insanlarda vəziyyəti yaxşılaşdıra və Parkinson xəstəliyində zədələnən dopamin istehsal edən neyronları qoruya bilər.
Espri xüsusilə vurğulayır ki, nikotini siqaret çəkməklə qarışdırmaq olmaz. Siqaret beyinin qocalma prosesini sürətləndirir, xroniki iltihab və oksidləşdirici stress yaradır. Buna görə o, siqaret və veyplərdən uzaq durmağı tövsiyə edir.
Onun məsləhəti yalnız əczaçılıq keyfiyyətli və zərərli əlavəsiz nikotin saqqızı, spreyi və ya plastırından istifadə etməkdir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 722 Tarix: 24 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hollivud ulduzuna görə onlarla mal-qara huşunu itirdi - FOTO/VİDEO
Mission: Impossible" filminin yeddinci hissəsinin çəkilişi zamanı qeyri-adi hadisə baş verib. "The Sun"a istinadən xəbər verir ki, amerikalı aktyor Tom Kruzun təhlükəsizliyini təmin etmək üçün atılan addım ətrafda olan mal-qaranın huşunun itməsi ilə nəticələnib. Məlumata görə, çəkilişlə
11 sentyabr 2021Elm dünyası ŞOKDA: "Uçan əjdahanı tapdılar" - FOTOLAR
Sən demə bu günə qədər filmlərdə izlədiyimiz uçan əjdahalar həqiqətən də mövcud olub. Hər halda alimlərin tapdığı tapıntılar bunu deməyə əsas verir. xəbər verir ki, elm adamları Çilidə uçan əjdaha kimi bilinən qanadlı dinozavr qalıqlarını tapıblar. Məlumata görə, qalıqların 160 milyon il əvvələ aid olduğ
14 sentyabr 2021İtaliyada yaşlı qadının 500 milyon avroluq lotereya bileti oğurlandı
İtaliya polisi Neapolda tütün dükanı sahibini saxlayıb. Onun yerli sakinlərdən olan yaşlı qadının 500 milyon avro uduşlu lotereya biletini oğurladığı bildirilib. Cinayətkar Roma hava limanından Kanar adalarına uçmaq istəyərkən ələ keçib. Lakin onun üzərində xoşbəxt bilet tapılmayıb. Hazırda biletin axtarışlar
6 sentyabr 2021Bu ölkədə borşa abidə qoyulacaq
Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. Abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrinə abidə qoyulduğun
10 sentyabr 2021Səmada müşahidə olunan anomal buludlar hər kəsi heyran qoydu - FOTO
İslandiyalı fotoqraf və səyyah Hördur Kristlayfsen səmada şahidi olduğu qeyri-adi fenomenin görüntüləri ilə sosial şəbəkə istifadəçilərini təəccübləndirib. -a istinadən xəbər verir ki, qeyd olunur ki, belə bir təbii fenomen çox nadir hallarda və yalnız Arktika bölgəsində qışda və gün batanda müşahid
16 sentyabr 2021Dördüncü "Matrix"in tizeri yayımlanıb
"Warner Bros." film konserni "The Matrix Resurrections" elmi-fantastik filminin ilk tizerini yayımlayıb. Videoya şirkətin "YouTube" kanalında baxmaq olar. Tizer cəmi 15 saniyədir - orada "Seçim sənindir" yazısı ilə izləyicilərə qırmızı və mavi həblər nümayiş olunu
9 sentyabr 2021Fərqli gözləri olan pişik bloqerlik edir - FOTO - VİDEO
Bu pişik öz həmcinslərindən nadir genetik patalogiyası ilə fərqlənir. Heteroxromiya sayəsində onun bir gözü sarı, digər isə mavidir. Rusiyanın Sankt-Peterburq şəhərində Yevgeni adlı sahibiylə birlikdə yaşayan ev heyvanı həm də qeyri-adi məşğuliyyətə sahibdir. Belə ki, o asudə vaxtlarında bloqerlik edi
16 sentyabr 2021Günəşin ətrafındakı halqa görənləri heyrətləndirdi - FOTOLAR
Sinqapurda Günəşin ətrafında yaranan işıq dairəsi görənləri heyrətləndirib. xəbər verir ki, 2020-ci ildən sonra ikinci dəfə müşahidə olunan Günəş dairəsi insanlar tərəfindən maraqla qarşılanıb. Hər kəs bu təbiət hadisəsini seyr etsə də, elm insanları dairəyə gözlüksüz baxmağın təhlükəli olduğu yönünd
12 sentyabr 2021