Uşaq sahibi olmaq üçün getdiyi xəstəxanada həyatının şokunu yaşadı

Uşaq sahibi olmaq üçün getdiyi xəstəxanada həyatının şokunu yaşadıBursada yaşayan 24 yaşlı Mukaddes Polat uşaq sahibi olmaq arzusu ilə xəstəxanaya müraciət edib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, müayinə zamanı onun bətnində 2 kilo 700 qramlıq nəhəng kütlə aşkar olunub. Keçirilən əməliyyatla kütlə götürülüb və gənc qadın sağlamlığına qovuşub.

Əməliyyatı həyata keçirən dosent doktor Mustafa Burak Akselim açıqlamasında bildirib:

"Xəstəmiz 24 yaşındadır. Xarici mərkəzdə edilən müayinələr zamanı qarın boşluğunu dolduran kütlə aşkarlanıb və bizə müraciət edib. Apardığımız müayinə və görüntüləmələrdə təxminən 30-35 sm ölçüdə, qarının demək olar ki, hamısını tutan miyom aşkar olundu və əməliyyata qərar verdik. Rahmin üst və arxa divarını tutan bu miyom hamiləlikdəki uşaqlıq ölçülərinə qədər böyümüşdü. Biz əməliyyatı uşaqlığı qoruyaraq uğurla həyata keçirdik. Patoloji müayinələrdə xoşagəlməz nəticə ilə rastlaşmadıq. Çıxarılan kütlə təxminən 2,7 kiloqram ağırlığında idi. Xəstəmiz qısa müddətdə sağlamlığına qovuşdu. Bu cür hallarda erkən diaqnoz və vaxtında müdaxilə çox önəmlidir"

Əməliyyatdan sonra özünü yaxşı hiss etdiyini bildirən Mukaddes Polat isə deyib:
"Əvvəlcə uşaq sahibi olmaq üçün həkimə müraciət etmişdim, lakin qarınımda kütlə aşkarlandı. Əməliyyat olundum və çox uğurlu keçdi. Hazırda heç bir problemim yoxdur, özümü çox yaxşı hiss edirəm."


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1171   Tarix: 25 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda marşrut avtobusunda ÖLÜM: Hərəkət dayandı

Bakıda avtobusda ölüm hadisəsi baş verib. xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində hərəkətdə olan marşrut avtobuslarından birində 57 yaşlı sərnişin Əli Abbas oğlu Quliyev qəfildən ölüb. Hadisə nəticəsində avtobusun hərəkət intervalında gecikmə yaranıb

17 sentyabr 2021
.

Bakıda əfqanıstanlı kişi 14 yaşlı qıza seksual zorakılıq etdi - MƏHKƏMƏ

Bakıda Əfqanıstan İslam Respublikasının vətəndaşı Rahimi Mahdinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baxılıb. Prosesdə zərərçəkmiş ifadələri dinlənilib. Zərərçəkmişlər ifadələrində bildiriblər ki, 1989-c

17 sentyabr 2021
.

Antalyanın məşhur istirahət bölgəsində nəhəng burulğan - VİDEO

Bu gün səhər saatlarında Antalyanın Kəmər bölgəsində dəniz üzərində təxminən 15 dəqiqə davam edən nəhəng burulğan meydana gəlib. Ətrafda olan insanlar təbiət hadisəsini telefonları ilə qeydə alıblar. Qeyd olunur ki, nəhəng burulğan sahilə çatmayaraq tədricən zəifləyərək yox olub.\

15 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Sürücü iki gözətçini vurdu - ANBAAN VİDEO

Gəncə şəhərində dəhşətli hadisə baş verib. -ın məlumatına görə, yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək ərazidə xidmət aparan gözətçini vurub. Qəza təhlükəsizlik kamerasında anbaan qeydə alınıb. Hadisə bir neçə gün əvvəl baş versə də, videogörüntülər bu gün yayılıb. Daxili İşlər Nazirliyini

18 sentyabr 2021
.

Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - FOTO

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb. Məlumata görə, hadisə Şirvan şəhərinin "Qarasu OYL" şirkətinin podratçı təşkilatı olan "İlkin-N" firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğluna fəhlə işlədiyi sexd

17 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-ə məktub ünvanladı

Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdır

12 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl

11 sentyabr 2021