"Dövlət vətəndaşların hüquqlarını müdafiə etmək, onların bilik və bacarıqlarını inkişaf etdirməyə xüsusi önəm verir" - DEPUTAT

"Dövlət vətəndaşların hüquqlarını müdafiə etmək, onların bilik və bacarıqlarını inkişaf etdirməyə xüsusi önəm verir" - DEPUTAT"Cəmiyyətin inkişafında insan hüquq və azadlıqlarının qorunması, vətəndaşların hüquqi savadlılığının artırılması və siyasi mədəniyyətin formalaşdırılması dövlətimizin əsas prioritetlərindəndir. Demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin möhkəmlənməsi üçün insanların hüquqlarını bilməsi, onlardan istifadə etməsi, həmçinin ictimai-siyasi proseslərdə fəal iştirakı mühüm şərtdir".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.

"Dövlət vətəndaşların hüquqlarını müdafiə etmək, onların bilik və bacarıqlarını inkişaf etdirməyə xüsusi önəm verir" - DEPUTATO, açıqlamasında qeyd edib ki, son illərdə ölkəmizdə hüquqi maarifləndirmə proqramlarının mütəmadi olaraq həyata keçirilməsi, təhsil müəssisələrində vətəndaşlıq və hüquq dərslərinin genişləndirilməsi, qeyri-hökumət təşkilatlarının və ictimai birliklərin fəaliyyətinə dəstək göstərilməsi bu istiqamətdə atılan vacib addımlardandır:

"Milli Məclis öz növbəsində qanunvericilik təşəbbüsləri ilə vətəndaşların hüquq və azadlıqlarının daha da möhkəmlənməsinə xidmət edən qərarlar qəbul edir.

Təbii ki, bu proses əhəmiyyətli olduğu qədər, daha geniş baxış bucağı tələb edən mövzudur. Burada dövlət tərəfindən irəli sürülən müsbət yanaşmalar bütün konteksti əhatə edə bilməz. Yəni, dövlətin irəli sürdüyü təşəbbüsləri vətəndaşlar lazımı səviyyədə qiymətləndirməli, onun məhsuldarlığını artırmaq üçün çalışmalı və şəxsi bilik-bacarıqları ilə maksimum inkişafa dəstək olmalıdır.

Eyni zamanda, cəmiyyətin hüquqi və siyasi mədəniyyət səviyyəsinin artırılması üçün elektron maarifləndirmə platformalarının genişləndirilməsi, regionlarda ictimai müzakirə və təlimlərin keçirilməsi, gənclərin dövlət idarəçiliyində və ictimai-siyasi həyatda iştirak imkanlarının daha da artırılması istiqamətində işlər həyata keçirilir. Dövlət vətəndaşların hüquqlarını müdafiə etmək, onların bilik və bacarıqlarını da inkişaf etdirməyə xüsusi önəm verir. Bu isə vətəndaş cəmiyyətinin möhkəmlənməsi və ölkəmizin dayanıqlı inkişafı üçün mühüm zəmin yaradır".

Vüsalə İbrahimli

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" mövzusuna uyğun olaraq dərc edilir.
"Dövlət vətəndaşların hüquqlarını müdafiə etmək, onların bilik və bacarıqlarını inkişaf etdirməyə xüsusi önəm verir" - DEPUTAT


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1035   Tarix: 03 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021
.

Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y

11 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Bakıda "Toyota" piyadanı vuraraq ÖLDÜRDÜ

Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 10-u saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən paytax

11 sentyabr 2021
.

Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO

"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind

11 sentyabr 2021
.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021
.

Bakıda marşrut avtobusunda ÖLÜM: Hərəkət dayandı

Bakıda avtobusda ölüm hadisəsi baş verib. xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində hərəkətdə olan marşrut avtobuslarından birində 57 yaşlı sərnişin Əli Abbas oğlu Quliyev qəfildən ölüb. Hadisə nəticəsində avtobusun hərəkət intervalında gecikmə yaranıb

17 sentyabr 2021