Görün narkotiki hansı üsulla gizlətmək istədilər - Gəlinliklərin muncuqlarında 25 kq maddə aşkarlandı
Türkiyənin Kayseri şəhərində polis əməkdaşları qeyri-adi üsulla gizlədilmiş böyük miqdarda narkotik maddə aşkarlayıblar.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, aparılan əməliyyat zamanı bir avtomobilin şəhərə narkotik maddə gətirməyə çalışdığı müəyyən edilib.
Kayseri İl Jandarma Komandanlığının əməkdaşları tərəfindən saxlanılan avtomobilə baxış zamanı iki ədəd gəlinliyin üzərinə muncuq şəklində işlənmiş və hopdurulmuş 25 kilo 400 qram narkotik maddə aşkar edilib.
Hadisə ilə bağlı avtomobildə olan iki nəfər saxlanılıb və onlar barəsində hüquqi tədbirlər görülüb.
Əməliyyatla bağlı Kayseri valisi Gökmen Çiçek sosial media hesabında paylaşım edərək əməliyyatı həyata keçirən jandarma əməkdaşlarını təbrik edib və sərt açıqlama verib:
"Hansı yolu seçsələr də, təhlükəsizlik qüvvələrimiz gənclərimizi zəhərləmək istəyən alçaqlara imkan verməyəcək. İl Jandarma Komandanlığımızın işi nəticəsində şəhərimizə narkotik gətirmək istəyən avtomobil saxlanılıb. Araşdırma zamanı iki gəlinliyin üzərinə mubncuq şəklində işlənmiş və hopdurulmuş 25 kilo 400 qram narkotik ələ keçirilib.
Bu şəhərdə narkotik satmaq mümkün olmayacaq. Gənclərimizi zəhərləmənizə icazə verməyəcəyik"
Vali Çiçek, əməliyyatı uğurla həyata keçirən polis əməkdaşlarına təşəkkür edərək, onların fədakar xidmətini yüksək qiymətləndirib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1294 Tarix: 06 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda açıq ərazidə YANĞIN BAŞLADI
Paytaxtın Xətai rayonunda, "NZS" ərazisində təkər tullantıları yığılmış anbarda yanğın başlayıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, hazırda yanğın baş vermiş əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınl
25 sentyabrQızı ilə çörək almağa gedən ata motosikletin qurbanı oldu - VİDEO
İstanbulun Başakşehir rayonunda 45 yaşlı Mehmet Kartop 12 yaşlı qızı ilə çörək almağa gedərkən motosikletin vurması nəticəsində yaralanıb. Hadisə anı təhlükəsizlik kamerasına düşüb. xarici mediaya istinadla xəbər verir ki, sürətlə hərəkət edən və nömrəsi müəyyənləşdirilməyən motosiklet Kartopa çırpıldıqda
29 sentyabrTovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb
Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində yaşayış evində yanğın baş verib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğı
3 oktyabrZəlzələ zamanı jurnalistlərin işi tərk etməməsi təqdir edildi - VİDEO
Türkiyənin Şanlıurfa şəhərinin Karaköprü rayonunda 5,4 bal gücündə zəlzələ baş verib. xarici mediaya istinadla xəbər verir ki, zəlzələnin ocağı təxminən 7,4 kilometr dərinlikdə yerləşib. Təkanları hiss edən bəzi sakinlər təhlükəsizlik məqsədilə ev və iş yerlərindən çıxaraq açıq ərazilərə üz tutublar
24 sentyabrAğsuda dağlıq ərazidə yanğın - Video
Ağsu rayonu, Kalva kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verib. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməs
28 sentyabrBakı sakininin maşını Şuşada minaya düşdü
İşğaldan azad edilmiş Şuşa rayonunun Cəmillər kəndi ərazisində 2026-cı il 28 sentyabr tarixində mina partlayışı hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. Bildirili
28 sentyabrTurşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqdan xəsarət aldı
Cəlilabad rayonunda qadın bıçaq xəsarəti alıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Göytəpə şəhər sakini ehtiyatsızlıqdan yaşadığı evin pilləkənlərindən yıxılıb. Bu zaman qadının əlində olan mətbəx bıçağı onu
29 sentyabr