ABŞ-da dəhşətli Tesla qəzası: Qapılar kilidləndi, 19 yaşlı qız avtomobilin içində yanaraq öldü
ABŞ-ın Kaliforniya ştatında baş verən ağır yol-nəqliyyat hadisəsində 19 yaşlı tələbə Krysta Mişel Tsukahara faciəvi şəkildə həyatını itirib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, gənc qız, idarəetməni itirən Tesla Cybertruck markalı avtomobilin ağaca çırpılmasından sonra alov alması nəticəsində avtomobilin içində yanaraq ölüb.
Hadisə zamanı məlum olub ki, avtomobilin qapıları çarpışmadan sonra kilidlənib və elektron sistem nasazlığı səbəbindən açıla bilməyib. Manuel təcili çıxış mexanizmi isə o panika anında tapıla bilməyəcək qədər gizli yerdə yerləşib. Krysta arxa oturacaqda sıxışaraq alovun içində qalib.
Qəza hesabatına əsasən, Krysta çarpışmadan sonra yalnız yüngül xəsarət almışdı və vaxtında avtomobildən çıxa bilsəydi, sağ qalacaqdı. Lakin avtomobilin batareyası partlayıb, bir neçə saniyə ərzində alov bütün maşını bürüyüb.
Krystanın atası Karl Tsukahara, The New York Times-a açıqlamasında şirkətə qarşı qəzəbini gizlətməyib:
"Qızım sağ qala bilərdi. Amma avtomobilin dizaynı buna imkan vermədi. Təcili çıxış qolu tapmaq bu qədər çətin olmamalıdır. Bu qədər bahalı bir avtomobildə belə bir səhv necə ola bilər, anlamıram".
Ailənin vəkili Roger Dreyer isə bildirib ki, məqsədləri yalnız təzminat deyil, həqiqətin üzə çıxmasıdır:
"Bu avtomobilin dizaynı insan həyatı üçün ciddi təhlükə yaradır".
Avtomobildə Krysta ilə birlikdə daha üç gənc olub. Sürücü – 19 yaşlı Soren Dixonun qanında yüksək miqdarda alkoqol və kokain aşkarlanıb. Qəza nəticəsində yalnız Jordan Miller sağ qalıb. Hadisə şahidlərindən biri ağaç budağı ilə avtomobilin şüşəsini sındıraraq Milleri xilas edə bilib.
Kaliforniya Yol Polisi qəzanın sürət həddi, alkoqol və narkotik maddələrin təsiri altında idarəetmə itkisindən qaynaqlandığını açıqlayıb.
Bu hadisə, Tesla avtomobillərinin qapı dizaynı və yanğın təhlükəsizliyi ilə bağlı mübahisələri yenidən gündəmə gətirib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1110 Tarix: 06 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qəssabda 400 kiloqram xarab ət aşkarlandı
Türkiyənin Bodrum rayonunda ətrafa yayılan pis qoxu ilə bağlı edilən şikayət əsasında hərəkətə keçən bələdiyyə zabitləri bağlı vəziyyətdə olan qəssab dükanının anbarında təxminən 400 kiloqram xarab ət aşkarlayıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Bodrumun Gümbet məhəlləsi, Sadi Irmak küçəsind
27 avqustSu anbarında kişi meyiti tapıldı
Türkiyənin Diyarbəkir vilayətinin Çınar rayonunda yerləşən Göksu Su Anbarında kişi meyiti aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, dünən su anbarında bir şəxsin suda hərəkətsiz vəziyyətdə olduğunu görən vətəndaşlar dərhal 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər. Məlumatın ardından əraziy
18 avqustBaşına ot presi düşən kişi öldü
Göyçayda orta yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Alpoud kəndində baş verib. 1984-cü il təvəllüdlü Anar Səlimov ot tayasının üstündə olarkən halı pisləşərək yıxılıb. Bu zaman ot presi onun başına düşdüyündən hadisə yerində dünyasını dəyişib
20 avqustGecə Bakıda zeytun bağları yanıb
Bakının Xətai rayonunun Köhnə Günəşli qəsəbəsində, İnqilab İsmayılov küçəsində yerləşən zeytun bağlarında yanğın baş verib. Bu barədə məlumat -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, hadisə gecə saat 03:40 radələrində başlayıb. Alov ərazidəki zeytun ağaclarını əhatə edib. Yanğının səbəb
21 avqustBorca görə ata və oğulu öldürən cinayətkar: "Qərəzli olmayın" - VİDEO
Türkiyənin Adana şəhərində 40 milyon lirəlik borc mübahisəsi qanlı cinayətlə nəticələnib. Hadisə zamanı təqaüdçü polis əməkdaşı Aytekin Fil və oğlu Sinan Fil öldürülüb, Neslihan Fil isə yaralanıb. Cinayətdə şübhəli bilinən Mehmet Nuri Ataş saxlanılaraq məhkəmə qərarı ilə həbs edilib. xarici mediaya istinadl
21 avqustMənzilə girib qutuları oğurladılar, içindən görün nə çıxdı - VİDEO
Türkiyənin Eskişehir şəhərinin Odunpazarı rayonunda kaskalı 3 şübhəli mənzilin qapısını sındıraraq içəri daxil olub və içərisində narkotik həblərin olduğu 3 böyük qutunu oğurlayaraq motosikletlə hadisə yerindən qaçıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə gecə saatlarında Böyükdərə məhəlləsi
21 avqustAta narkotik istifadəsinə görə mübahisə etdiyi oğlunu öldürdü - VİDEO
İzmirin Qaziemir rayonunda narkotik maddə istifadəsi ilə bağlı ata ilə oğlu arasında yaranan mübahisə faciə ilə nəticələnib. 46 yaşlı B.K. 21 yaşlı oğlu Furkan K.-nı ov tüfəngi ilə vuraraq öldürüb. xarici mediaya istinadla xəbər verir ki, hadisə dünən saat 21:15 radələrində Qaziemir rayonunun Aktep
18 avqustİsmayıllıda ağır qəza: İş adamı restoranının açılışına bir gün qalmış öldü
İsmayıllıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. qafqazinfo-ya istinadən xəbər verir ki, qəza dünən axşam saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun 29-cu kilometrliyində qeydə alınıb. Hərəkətdə olan "Toyota Land Cruiser" markalı avtomobil idarəetmədən çıxaraq yolda
25 avqust