"Düşənbə görüşü Azərbaycan-Tacikistan münasibətlərində yeni mərhələnin başlanğıcı ola bilər" - AÇIQLAMA
"Azərbaycan Prezidenti İlham Əliyev və Tacikistan Prezidenti Emoməli Rəhmon arasında Düşənbədə baş tutan təkbətək görüş Cənubi Qafqaz və Mərkəzi Asiya arasında strateji inteqrasiyanın daha bir vacib həlqəsi kimi dəyərləndirilə bilər. Əslində, bu görüş təkcə ikitərəfli münasibətlərin təfərrüatı deyil, həm də Türk dünyası və Mərkəzi Asiya ölkələri arasında artan koordinasiyanın bir göstəricisidir".
Bu sözləri Sonxeber.az-a politoloq Tural İsmayılov danışıb.
O, açıqlamasında qeyd edib ki, Tacikistan hələlik Türk Dövlətləri Təşkilatına üzv olmasa da, Bakı ilə əlaqələrin son illərdə dinamik şəkildə genişlənməsi bu ölkənin regionda neytral, balanslı siyasət yürütmək istəyi ilə bağlıdır:
" Azərbaycan-Tacikistan əlaqələri enerji, nəqliyyat-logistika, kənd təsərrüfatı və sənaye sahələrində strateji əməkdaşlıq potensialına malikdir. Prezidentlərin Düşənbə görüşü bu sahələrdə konkret layihələrin təməlinin qoyulmasına, xüsusən də Zəngəzur dəhlizi və Orta Dəhliz kontekstində yeni nəqliyyat marşrutlarının Tacikistan üçün açılmasına imkan yarada bilər.
Bu görüşün siyasi tərəfi də az əhəmiyyət daşımır. Rəhmonun Bakı ilə əməkdaşlığı gücləndirməsi Mərkəzi Asiya ölkələrinin Azərbaycanı regionda sabitlik və enerji təhlükəsizliyi mərkəzi kimi qəbul etməsinin sübutudur. Prezident İlham Əliyevin praqmatik, iqtisadi əsaslara söykənən regional siyasəti Tacikistan kimi qeyri-Türk, lakin dost ölkələrin də maraqlarına cavab verir.
Nəticə etibarilə, Düşənbə görüşü Azərbaycan-Tacikistan münasibətlərində yeni mərhələnin başlanğıcı ola bilər – bu mərhələ qarşılıqlı iqtisadi maraqların, siyasi etimadın və regional strateji baxışın üst-üstə düşməsi ilə xarakterizə olunacaq. Bu, həm də Azərbaycanın Mərkəzi Asiyada artan nüfuzunun və İlham Əliyevin çoxvektorlu diplomatiyasının real nəticəsidir".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Bakıda "Kəlağayı" yürüşü - Video