Məktəbli formasını dünyəvi dövlətin dəyişməz prinsiplərindən biri kimi qəbul etmək lazımdır
"Məsələni mürəkkəbləşdirən amillərdən biri Azərbaycanda vahid məktəbli forması ilə bağlı müzakirələrin xaricdəki müəyyən qüvvələr tərəfindən dəstəklənməsidir. Şübhə yoxdur ki, bu hadisələri kənardan qızışdıran qüvvələr var. Bunlar müəyyən dövlətlər, dövlət strukturları, eləcə də ayrı-ayrı ölkələrdəki təriqətlər və sektalardır. Onlar həm Azərbaycanda sabitliyin olmasını istəmirlər, həm də ölkə daxilində dindar kəsimdən ibarət bir zərbə qüvvəsi yaratmağa çalışırlar".
Bu fikirləri Sonxeber.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
"Çox təəssüf ki, hicaba səmimi qəlbdən, hər hansı siyasi məqsəd güdmədən və sağlam dini duyğularla bağlanan insanlarla yanaşı, təsir altına düşən insanlar da var. Hicaba meyilli qadınlarımızın, insanlarımızın heç də hamısı kənar təsirlər altına düşməyib. Onların bir çoxu saf və səmimi dini hisslərlə hicaba bağlanıblar. Lakin bu saf duyğulardan öz məqsədləri üçün istifadə etmək istəyən siyasiləşmiş və ideologiyalaşmış mərkəzlər də mövcuddur.
Buna görə də Azərbaycan dövlətinin dünyəvi dövlət olması prinsipini mütləq nəzərə almaq lazımdır. Heç kim Azərbaycanda dini inancın, dini ayinlərin icrasının və ya dini geyim formalarına riayət olunmasının qadağan edilməsini tələb etmir. Əgər belə qadağalar olsa, xüsusilə də İslam dini ilə bağlı geyimlərin daşınmasına qadağa qoyulsa, buna ilk etiraz edənlərdən biri özüm olaram.
Amma dövlət işləri ilə dini işlər bir-birindən ayrı olduğuna, din dövlətin himayəsi altında fəaliyyət göstərdiyinə və dövlətin hüquqi prinsipləri çərçivəsində tənzimləndiyinə görə, məktəblərdə vahid dünyəvi geyim forması ilə bağlı normativlərə mütləq əməl olunmalıdır. Bu məsələdə müəyyən güzəştlərə gedilməsi təkcə hicab taxmaq istəyən insanların ürəyini ovundurmaqla bitməyəcək. Bunun gələcəkdə daha böyük fəsadları ola bilər. Çünki həmin insanların özlərindən asılı olmayaraq, onları Azərbaycanda müxtəlif istiqamətlərdə təşkilatlanmağa yönəltməyə çalışan qüvvələr ortaya çıxa bilər.
Ona görə də məktəbli formasını dünyəvi dövlətin dəyişməz prinsiplərindən biri kimi qəbul etmək lazımdır. İnsanlar məktəblə məscidin və kilsənin fərqini bilməlidirlər. Hicab gözəl geyimdir, amma hər yerdə eyni məna daşımır. Məsciddə, ailədə, məişətdə, gündəlik həyatda, şəhərdə, kənddə və küçədə hicab geyim forması kimi qəbul edilə bilər, amma məktəbdə vahid geyim qaydaları mövcuddur. Məktəbin öz geyim forması var və insanlar bunu başa düşməlidirlər.
Əgər insanlar bu yanaşmanı düzgün anlaya bilsələr, hicab məsələsi ilə dövlətimizin bu siyasəti həyata keçirən qurumlarının mövqeyi arasında sağlam və tarazlı bir münasibət yaratmaq mümkün olacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Qanlı gündəliyin 60 illik sirri: Evlilikləri cəmi 30 gün davam etdi!
"Roşka" ləqəbli tiktokerə hökm oxundu