"Bu cür yüksək səviyyəli görüşlər iki ölkə arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın dərinləşməsin töhfə verir" - DEPUTAT

"Bu cür yüksək səviyyəli görüşlər iki ölkə arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın dərinləşməsin töhfə verir" - DEPUTAT"Oktyabrın 10-da Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon arasında baş tutan təkbətək görüş Azərbaycan-Tacikistan münasibətləri baxımından mühüm əhəmiyyət kəsb edir. Bu cür yüksək səviyyəli görüşlər iki ölkə arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın dərinləşməsinə, həmçinin strateji tərəfdaşlığın gücləndirilməsinə töhfə verir".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.

O, açıqlamasında qeyd edib ki, görüş iki lider arasında etimadın daha da artmasına və siyasi dialoqun intensivləşməsinə şərait yaradır:

"Tacikistan və Azərbaycan arasında MDB və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşməsi üçün bu görüşün böyük rolu ola bilər. Bundan başqa, Liderlərin təkbətək görüşü iqtisadi əlaqələrin inkişafı üçün konkret təşəbbüslərin irəli sürülməsi baxımından vacibdir.
Siyasi sahədə Azərbaycan və Tacikistan arasında münasibətlər yüksək səviyyəli qarşılıqlı səfərlər və görüşlər vasitəsilə möhkəmləndirilmişdir. Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon arasında keçirilən görüşlər, xüsusilə dövlət səfərləri zamanı imzalanan sənədlər əməkdaşlığın hüquqi bazasını gücləndirmiş və strateji tərəfdaşlığa doğru mühüm addımlar atılmışdır. Tərəflər BMT, MDB, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməyə çalışırlar".

Deputat onu da vurğuladı ki, Azərbaycan və Tacikistan arasında iqtisadi əlaqələrin inkişafı üçün geniş potensial mövcuddur:

"İki ölkə arasında ticarət dövriyyəsi nisbətən az olsa da, enerji, nəqliyyat, kənd təsərrüfatı, tekstil və tikinti kimi sahələrdə əməkdaşlıq imkanları artır.
Azərbaycanın nəqliyyat-tranzit imkanları ilə Tacikistanın Orta Asiyadakı mövqeyi arasında körpü rolunu oynayan yeni logistik layihələr, eləcə də sənaye, energetika, kənd təsərrüfatı və informasiya texnologiyaları sahələrində əməkdaşlığın daha da genişlənməsi hər iki olkə üçün olduqca uğurlu addımlarla nəticələnə bilər.
Düşənbədə keçirilən bu görüş Azərbaycan-Tacikistan münasibətlərinə yeni dinamizm qazandıran siyasi və iqtisadi əməkdaşlıqda keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Bu görüş həm də Mərkəzi Asiya-Cənubi Qafqaz regionu arasında inteqrasiyanı təşviq edən əhəmiyyətli diplomatik addımlardan biri kimi qiymətləndirməlidir".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1126   Tarix: 10 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Beynəlxalq Qızıl Xaç Komitəsindən Zəngəzurda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanda barəsində iki aylıq həbs qətimkan tədbiri seçilmiş Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayevin məsələsi üzrə müvafiq orqanlarla davamlı olaraq əlaqə saxlayır. Bu barədə Ermənistan mediasına istinadən xəbər verir. "Onların razılığını aldıqda

14 oktyabr
.

Türkiyə Ermənistanda keçiriləcək tədbirə qatılacaq

"BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının 17-ci Tərəflər Konfransında (COP17) Türkiyənin nazirlər səviyyəsində iştirak edəcəyi məlumdur. Lakin Azərbaycanın bu tədbirə qatılıb-qatılmayacağı barədə rəsmi təsdiqini tapmış hər hansı bir məlumat hələ ki, mövcud deyil". -ın Ermənista

15 oktyabr
.

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib. AZƏRTAC-a istinadla xəbər verir ki, qonaq Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını dövlətimizin başçısına çatdırıb və qeyd etdi ki, Kra

14 oktyabr
.

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

Laos Xalq Demokratik Respublikası üzv dövlət qismində AQEM-ə qoşulub. AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə məsələ AQEM-in 7-ci Zirvə Toplantısının gündəliyinə daxil edilib. Məsələ üzv dövlətlər tərəfindən dəstəklənib

15 oktyabr
.

17 oktyabrda azad Füzulidə şəhər günü qeyd edilir

Cənab Prezident tarixi qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə cari ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncam imzalamışdır. 17 oktyabr 2020-ci il Füzuli rayonunun erməni işğalından azad olunduğu gündür. Cənab Prezidentin qeyd etdiyi

15 oktyabr
.

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriba

14 oktyabr
.

Məktəbli formasını dünyəvi dövlətin dəyişməz prinsiplərindən biri kimi qəbul etmək lazımdır

"Məsələni mürəkkəbləşdirən amillərdən biri Azərbaycanda vahid məktəbli forması ilə bağlı müzakirələrin xaricdəki müəyyən qüvvələr tərəfindən dəstəklənməsidir. Şübhə yoxdur ki, bu hadisələri kənardan qızışdıran qüvvələr var. Bunlar müəyyən dövlətlər, dövlət strukturları, eləcə də ayrı-ayrı ölkələrdək

14 oktyabr
.

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüş zamanı İsrail Prezidenti Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbrik etdi

14 oktyabr
.

Azərbaycan Prezidenti Qətər əmiri ilə görüşüb - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

15 oktyabr