Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişində strateji əhəmiyyət kəsb edib

Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişində strateji əhəmiyyət kəsb edibFüzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. Qələbə ilə bitən bu hərbi əməliyyatlara Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin əmri ilə başlanmışdır. O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50%-ə qədəri yaşayır. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 657 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür;
Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Bu döyüşlərdə Füzuli rayonundan 80 nəfərədək sakin şəhid olmuş, 300 nəfərədək sakin yaralanmışdır. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Bu əməliyyat sayəsində həmçinin Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan Ordusu tərəfindən azad edilmişdir. Vətən müharibəsinin gedişində Fizuli şəhəri daxil olmaqla rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndləri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edilmişdir.
Füzuli əməliyyatı ilə tarixi, qədim yaşayış məskənimiz azad olundu, on minlərlə insanın o yerlərə qayıtması təmin edildi. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. Fizulinin azad edilməsi Vətən müharibəsinin gedişatında gtrateji əhəmiyyət kəsb etmişdir.
2020-ci il noyabrın 26-da "Füzulinin azad olunmasına görə" medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusu "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.
Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını yaşayır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, qələbələr olub. Onların sırasında Fizulinin azad edilməsi xüsusi yer tutur.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib və sözügedən Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olunub. 2023-cü ildə ilk dəfə bu əlamərdar günü fizulilər öz doğma yurdlarında qeyd ediblər.
17 oktyabr nəinki fizulilərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. İşğaldan azad olunmuş doğma torpaqlarına qayıdan qaçqın və köçkünlər bu ərazilərdə başlanmış geniş miqyaslı tikinti quruculuq işlərində yaxından iştirak edirlər.

İlham Əliyev – Müharibə veteranı, ehtiyatda olan zabit


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 856   Tarix: 11 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətlərinə kölgə salan kampaniyaların pərdəarxası

Azərbaycanla Türkiyə arasındakı münasibətlər adi diplomatik əlaqələr çərçivəsinə sığmır. Bu münasibətlərin təməlində ortaq tarix, dil, mədəniyyət, milli yaddaş, qarşılıqlı etimad və çətin günlərdə nümayiş etdirilən həmrəylik dayanır. Məhz buna görə də Türkiyənin sosial media məkanında Azərbaycana qarş

15 oktyabr
.

Məktəbli formasını dünyəvi dövlətin dəyişməz prinsiplərindən biri kimi qəbul etmək lazımdır

"Məsələni mürəkkəbləşdirən amillərdən biri Azərbaycanda vahid məktəbli forması ilə bağlı müzakirələrin xaricdəki müəyyən qüvvələr tərəfindən dəstəklənməsidir. Şübhə yoxdur ki, bu hadisələri kənardan qızışdıran qüvvələr var. Bunlar müəyyən dövlətlər, dövlət strukturları, eləcə də ayrı-ayrı ölkələrdək

14 oktyabr
.

İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Şri-Lanka Demokratik Sosialist Respublikasının xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Heratı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirv

14 oktyabr
.

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

Laos Xalq Demokratik Respublikası üzv dövlət qismində AQEM-ə qoşulub. AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə məsələ AQEM-in 7-ci Zirvə Toplantısının gündəliyinə daxil edilib. Məsələ üzv dövlətlər tərəfindən dəstəklənib

15 oktyabr
.

Sergey Lavrov Bakıya gəldi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Azərbaycana gəlib. TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin təyyarəsi artıq Bakı aeroportuna enib. 12:46. Rusiyanın xarici işlər nazir

14 oktyabr
.

Türkmənistan prezidenti Azərbaycana səfərə gəlib

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək üçün oktyabrın 15-də Azərbaycan Respublikasına səfərə gəlib. AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkmənista

15 oktyabr
.

İlham Əliyev Emoməli Rəhmon ilə görüşüb

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə və qonaqpərvərliy

14 oktyabr
.

Liderlərin səmimi görüntüləri - Video - Fotolar

Məlum olduğu kimi, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, toplantıya qatılan dövlət və hökumət başçıları tədbir çərçivəsində xarici həmkarları ilə görüşlər də keçirir. Müxtəlif ölkələri

15 oktyabr
.

Əliyevlə Tokayev Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını etdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin uğurlu inkişafından məmnunluq bildirilib. Azərbaycan Prezidentinin Qazaxıstana

15 oktyabr