"Trampın Putinə yönəlik "əgər həll etməsə, pis başa çatacaq" ifadəsi, əslində açıq xəbərdarlıq tonundadır" - AÇIQLAMA

"Trampın Putinə yönəlik "əgər həll etməsə, pis başa çatacaq" ifadəsi, əslində açıq xəbərdarlıq tonundadır" - AÇIQLAMAABŞ Prezidenti Donald Tramp bildirib ki, rusiyalı həmkarı Vladimir Putin Ukrayna ilə münaqişəni həll etməsə, bu onun üçün pis başa çatacaq.

Ağ Ev rəhbəri hesab edir ki, Rusiya Prezidenti gərgin vəziyyəti həll edə bilsəydi, əla görünərdi.

"Düşünürəm ki, o, bunu həll edəcək. Ancaq hər halda biz hərəkət edəcəyik. Əgər həll etmsə, bu onun üçün pis başa çatacaq", - Tramp deyib.

ABŞ Prezidenti, həmçinin Rusiya-Ukrayna münaqişəsinin həll olunmayacağı təqdirdə "Tomahawk" raketlərinin Kiyevə verilməsi imkanlarını güman edir. Trampın sözlərinə görə, o, Putinlə bu mövzuda danışa bilər.

"Donald Trampın bu açıqlaması, onun prezidentliyə qayıtdıqdan sonra xarici siyasətdə sərt, amma eyni zamanda praqmatik xətt izləyəcəyini göstərir" , - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:

"Trampın Putinə yönəlik "əgər həll etməsə, pis başa çatacaq" ifadəsi, əslində açıq xəbərdarlıq tonundadır. Bu, həm də ABŞ-ın Rusiya ilə münasibətlərdə diplomatik çevrədən kənara çıxaraq təzyiq mexanizmini aktiv saxlamaq niyyətini göstərir. Tramp bir tərəfdən Putinlə dialoq imkanını qoruyur, digər tərəfdən isə hərbi variantı masadan tam qaldırmır. Bu, onun tipik "müqavilə təzyiqi" siyasətidir — əvvəl hədələyir, sonra danışıqlar üçün qapı saxlayır.

"Tomahawk" raketlərinin Ukraynaya verilməsi məsələsi isə oyunun qaydalarını dəyişə bilər. Belə bir addım Moskva üçün ciddi siqnal və eskalasiya riski deməkdir. Tramp, görünür, həm Putini danışıqlara təşviq etmək, həm də Zelenskiyə psixoloji dəstək vermək istəyir. Bu situasiyada Vaşinqton həm Rusiya üzərində təzyiqi artırır, həm də Ukraynanın silah arsenalını genişləndirməklə balans yaradır. Trampın ritorikasında bir məqsəd aydın görünür – sülhü özünün siyasi qələbəsinə çevirmək.

Zelenskinin "Trampın qərarını gözləyirik" deməsi də göstərir ki, Kiyev indi Ağ Evin növbəti addımını həlledici amil kimi görür. Ukrayna üçün "Tomahawk"lar həm müdafiə, həm də siyasi mesaj vasitəsidir. Əgər bu silahlar verilsə, Rusiya cəbhəsindəki balans ciddi şəkildə dəyişə bilər. Amma Trampın taktikasını tanıyanlar bilirlər ki, o, istənilən hərbi qərarı iqtisadi və diplomatik güzəşt qarşılığında verir.

Nəticə etibarilə, Trampın bu bəyanatı həm Moskvaya, həm Kiyevə, həm də NATO müttəfiqlərinə ünvanlanmış çoxqatlı mesajdır. O, özünü "dünyanı razı sala bilən lider" kimi təqdim etməyə çalışır. Lakin Putinin bu cür açıq təhdidlər qarşısında geri çəkiləcəyi real görünmür. Trampın dediyi "pis başa çatacaq" ssenarisi isə, əgər diplomatiya işləməsə, yeni gərginlik dalğasına çevrilə bilər. Bu, ABŞ-Rusiya münasibətlərində yeni soyuq dövrün başlanğıcına da siqnal ola bilər".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1036   Tarix: 13 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

Laos Xalq Demokratik Respublikası üzv dövlət qismində AQEM-ə qoşulub. AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə məsələ AQEM-in 7-ci Zirvə Toplantısının gündəliyinə daxil edilib. Məsələ üzv dövlətlər tərəfindən dəstəklənib

15 oktyabr
.

"ABŞ İrana qarşı daha dağıdıcı silahlardan istifadə etmək qərarına gəlsə, İsrailin də bu əməliyyatlara qoşulması mümkündür" - BƏHRUZ QULİYEV

"ABŞ-ın İrana qarşı daha ağır silahlardan istifadə etmək ehtimalının gündəmə gəlməsi Yaxın Şərqdə müharibənin növbəti mərhələsi ilə bağlı ciddi suallar yaradır. Burada əsas məsələlərdən biri ABŞ-la İsrailin İran istiqamətində hərbi əməliyyatları bundan sonra da birgə davam etdirib-etdirməyəcəyidir

16 oktyabr
.

Qardaşlıqdan sui-istifadəyə, sosial şəbəkələrdən səfirlik qarşısındakı aksiyalara qədər

"Bir millət, iki dövlət" prinsipini heç kim siyasi təzyiq vasitəsinə çevirə bilməz - Azərbaycan müstəqil dövlətdir və öz yolunu özü müəyyənləşdirir.Azərbaycanla Türkiyə arasındakı münasibətlər ortaq tarixin, milli-mənəvi dəyərlərin, qarşılıqlı etimadın və sarsılmaz qardaşlıq bağlarının üzərind

15 oktyabr
.

Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirmək istəyirlər - AÇIQLAMA

"Son vaxtlar Azərbaycana qarşı müşahidə etdiyimiz təpkilər, təkrarlanan yanaşmalar və yersiz tənqidlər, əlbəttə ki, boş yerdə meydana çıxan tendensiyalar deyil. Onların arxasında müəyyən siyasi qüvvələr dayanır. Bu qüvvələr iki qardaş xalqın və iki qardaş ölkənin arasını vurmağa, nifaq salmağa

16 oktyabr
.

Liderlərin səmimi görüntüləri - Video - Fotolar

Məlum olduğu kimi, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, toplantıya qatılan dövlət və hökumət başçıları tədbir çərçivəsində xarici həmkarları ilə görüşlər də keçirir. Müxtəlif ölkələri

15 oktyabr
.

Onlar üçün vəsaitin ayrılma müddəti uzadıldı

"Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında" Azərbaycan Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik edilib. "Qafqazinfo"

16 oktyabr
.

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərində son dövrlərdə müşahidə olunan proseslər ətrafında fikir mübadiləsi aparılıb

15 oktyabr
.

17 oktyabr tarixi füzulililərin xatirəsində əbədi qalacaq

2020-ci il oktyabrın 17-si - Vətən müharibəsinin 21-ci günü hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzul

15 oktyabr
.

"Boz kardinal"ın ordenləri əlindən alına bilər: Ramiz Mehdiyev hansı təltiflərini itirəcək?

Yeni Azərbaycan Partiyası (YAP) Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini istəyir. Partiyanın İdarə Heyətinin oktyabrın 16-da keçirilən iclasında bununla bağlı aidiyyəti üzrə vəsatət qaldırılması məqsədəuyğun hesab edilib. Bəs uzun illər Azərbaycanı

17 oktyabr