Vətəndaş saxta köçürmə ilə aldadıldı – satdığı maşını geri almaq üçün 480 min ödəməli oldu
Türkiyənin Malatya vilayətinin Kale rayonuna bağlı Kumyazı məhəlləsində yaşayan Nəcməddin Temur inanılmaz dələduzluğun qurbanı olub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Temur özünə məxsus yüngül yük avtomobilini 1 milyon lirəyə internet üzərindən satışa çıxarıb. Qısa müddət sonra Konya şəhərindən zəng edən və özünü müəllim kimi təqdim edən bir şəxslə razılığa gəlib. Alıcı saxta bank köçürmə sənədi (dekont) təqdim edərək notariusda avtomobilin adını üzərinə keçirib.
Satış əməliyyatı tamamlandıqdan sonra Temurun hesabına pul köçmədiyi üçün o, aldadıldığını anlayıb və avtomobili təhvil vermədən polisə müraciət edib. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, avtomobil üçüncü bir şəxsə 480 min lirəyə satılıb.
Prokurorluğun qərarına əsasən, notarius üzərindən rəsmi şəkildə alqı-satqı aparıldığı üçün avtomobilin yeni alıcısı qanuni sahib sayılıb. Bu səbəbdən Nəcməddin Temur avtomobilini geri ala bilmək üçün 480 min lirə ödəməli olub.
Temur bildirib ki, notarius, vəkil və digər xərclərlə birlikdə ümumilikdə təxminən 600 min lirə zərərə düşüb və hadisəni törədən şəxslərdən rəsmi şəkildə şikayətçi olub.
Hadisə ilə bağlı açıqlama verən Temur deyib:
"Avtomobilimi satışa qoymuşdum. Qısa müddət sonra özünü müəllim kimi təqdim edən bir nəfər övladımla əlaqə saxladı. Müəllim olduğunu deyərək endirim istədi. Biz də etibar edib 30 min lirə endirim etdik və 1 milyon lirə üzərində razılaşdıq. Sonradan məlum oldu ki, avtomobili 480 min lirəyə başqa şəxsə satıblar. Vəkil, notarius və digər xərclərlə birlikdə 600 min lirə zərərə düşdüm. Dələduzların ələ keçirilməsini istəyirəm."
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 786 Tarix: 15 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı
Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə
11 sentyabr 2021Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO
Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib
12 sentyabr 2021Gəmidə qadın sərnişinə qarşı törədilən İYRƏNC ƏMƏL - FOTO
Türkiyənin şəhərlərarası sərnişindaşıma gəmisində xoşagəlməz hadisə baş verib. -ın "DHA" agentliyinə istinadən məlumatına görə, İstanbuldan Bursaya gedən sərnişinlər arasında G.Ş adlı xanım səyahət sırasında yuxulayıb. Yusuf Yıldırım adlı sərnişin isə bundan istifadə edərək qadına qarşı əxlaqsı
17 sentyabr 2021Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR
Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndind
13 sentyabr 202119 yaşlı ana doğuş zamanı öldü
Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır
13 sentyabr 2021Övladlarını çayın kənarına tərk etdilər - FOTO
ABŞ-da çayın kənarında tərk edilmiş iki azyaşlı tapılıb. unikal.org-a istinadən xəbər verir ki, Rio-Grande çayında ətrafı yoxlayan mühafizəçilər kolların arasına tərk edilmiş 3 aylıq oğlan və 2 yaşlı qız uşağını tapıblar. Onların kim və ya kimlər tərəfindən əraziyə gətirildiyi məlum deyil. Maraqlıs
16 sentyabr 2021Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb - FOTO
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunda
11 sentyabr 2021Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ
Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində
13 sentyabr 202120 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO
Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə
14 sentyabr 2021