"Füzuli artıq yalnız bir coğrafiya deyil – bu, Zəfər ideologiyasının canlı təcəssümüdür" - AÇIQLAMA
"Füzulinin azad olunmasının 5-ci ildönümü, əslində, yalnız bir hərbi qələbənin yox, Azərbaycan dövlətçiliyinin strateji dönüş nöqtəsinin ildönümüdür. 2020-ci ilin 17 oktyabrı tarixə həm də bu ölkənin iradəsinin, dövlət rəhbərliyinin siyasi uzaqgörənliyinin və xalq-ordu birliyinin təntənəsi kimi yazıldı. Füzulinin azadlığı ilə Cənub istiqamətində strateji qapı açıldı, bu isə sonrakı mərhələdə Şuşanın və bütövlükdə Qarabağın azadlığına gedən yolun əsas bünövrəsini qoydu".
Bu sözləri Sonxeber.az-a politoloq Tural İsmayılov danışıb.
O, açıqlamasında qeyd edib ki, bu gün Füzuli Azərbaycanın postmüharibə reallığının simvoluna çevrilib:
"Dövlət burada yalnız bərpa işləri aparmır – Füzuli yeni şəhər konsepsiyası ilə qurulur. Smart şəhər prinsipləri, "yaşıl enerji" modeli, müasir infrastruktur və Füzuli Beynəlxalq Hava Limanı – bunlar sadəcə inşaat layihələri deyil, Azərbaycanın gələcək nəsillərə verdiyi strateji mesajdır: "Biz burdayıq və əbədi burda qalacağıq."
Prezident İlham Əliyevin Füzuliyə xüsusi diqqəti təsadüfi deyil. Bu şəhər bu gün Qarabağda dirçəlişin paytaxtı rolunu oynayır. Füzuli artıq regionda iqtisadi, logistik və turizm mərkəzinə çevrilir. Burada yeni sənaye zonalarının, kənd təsərrüfatı klasterlərinin, sosial obyektlərin və məktəblərin qurulması həm humanitar, həm də strateji baxımdan mühüm əhəmiyyət daşıyır.
Füzulinin bugünkü bərpası təkcə daş-divarların ucaldılması deyil – bu, milli yaddaşın, ruhun və tarixi ədalətin bərpasıdır. Azərbaycan bu şəhəri azad etdi, indi isə onu gələcəyə doğru aparır. Bu, müharibədən sülhə, dağıntıdan inkişaf modelinə keçidin ən parlaq nümunəsidir. Füzuli artıq yalnız bir coğrafiya deyil – bu, Zəfər ideologiyasının canlı təcəssümüdür".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Bakıda "Kəlağayı" yürüşü - Video