"Füzuli şəhərinin işğaldan azad edilməsi hərb tariximizin şanlı səhifələrindən biridir" - DEPUTAT

"Füzuli şəhərinin işğaldan azad edilməsi hərb tariximizin şanlı səhifələrindən biridir" - DEPUTAT"Füzuli şəhərinin işğaldan azad edilməsi hərb tariximizin şanlı səhifələrindən biridir. Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Füzuli rayonu işğala qədər tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Rayonda mövcud olan abidələr sırasına Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar. Lakin 23 Avqust 1993 - cü il tarixində Ermənistan ordusu tərəfindən işğal olunan Füzuli rayonu işğalçı ölkə tərəfindən amansız vandalizmə məruz qalmışdır. Tarixi abidələr, yaşayış massivləri, dini-mədəni tiklilər, dövlət müəssəsələri, bütövlükdə bütün infrastruktur yerlə - yeksan edilmişdir. Ermənistanın  silahlı qüvvələri ilə mübarizədə  rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.

O, açıqlamasında qeyd edib ki, dağıdılmış və xarabalığa çevrilmiş Füzuli rayonu erməni vəhşiliyinin, təcavüzkarlığının tablosu idi:

"Çünki, bu torpaqlar düşmən ölkə üçün 2020 - ci ilə qədər barıyer rolunu oynayırdı. Ermənilər rayon ərazisində təmas xətti boyunca kütləvi şəkildə minalama prosesi həyata keçirmiş və Azərbaycan Ordusuna qarşı eşolanlaşdırılmış müdafiə xətti hazırlamışdı. Təbii ki, onların hesablamaları öz nəticəsini vermədi. Azərbaycan xalqı və onun siyasi lideri, cənab Prezident İlham Əliyev ikili standartlara rəğmən bir an olsun belə işğalla barışmadı və heç vaxt bu torpaqlardan ümidini üzmədi. Ona görə də, düşmən tapdağında olan torpaqlarımız hər bir azərbaycanlı üçün azad olunmağı gözləyən Vətən idi. Məhz bu inamla rəşadətli, müzəffər Azərbaycan Ordusu 17 oktyabr 2020 - ci ildə Füzuli şəhərini işğalından azad etdi. Füzulinin azadlığı ilə başlayan qələbə yürüşü Silahı Qüvvələrimizin yenilməzliyini, Ali Baş Komandanımız İlham Əliyevin müdrik rəhbərliyini və sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi".

Deputat onu da vurğuladı ki, fəxr hissi ilə qeyd edirəm ki, beş ildir azadlığını qeyd etdiyimiz Füzuli şəhəri bu gün özünün intibah dövrünü yaşayır:

"Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramı çərçivəsində Füzuli rayonu müasir şəhərsalma standartlarına uyğun şəkildə yenidən qurulur. Füzuli Beynəlxalq Hava limanının istifadəyə verilməsi və dost-müttəfiq ölkələrin dövlət başçılarının bu hava limanından istifadə etməklə Qarabağa öz səfərlərini təşkil etməsi rayonun strateji və iqtisadi əhəmiyyətini ön plana çıxardan mühüm amildir. Artıq Füzuli rayonunda yaşayış binaları, məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları və mədəniyyət mərkəzləri ucalır, həyat yenidən canlanır. Bu isə dövlətimizin gücünü, xalqın birliyini və düzgün siyasi idarəçiliyi ifadə edir. Məhz bu səbəbdən Füzuli Şəhər Günü qürur tariximizin, milli həmrəyliyimizin təntənəsidir".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1170   Tarix: 15 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Beynəlxalq Qızıl Xaç Komitəsindən Zəngəzurda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanda barəsində iki aylıq həbs qətimkan tədbiri seçilmiş Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayevin məsələsi üzrə müvafiq orqanlarla davamlı olaraq əlaqə saxlayır. Bu barədə Ermənistan mediasına istinadən xəbər verir. "Onların razılığını aldıqda

14 oktyabr
.

Türkiyə Ermənistanda keçiriləcək tədbirə qatılacaq

"BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının 17-ci Tərəflər Konfransında (COP17) Türkiyənin nazirlər səviyyəsində iştirak edəcəyi məlumdur. Lakin Azərbaycanın bu tədbirə qatılıb-qatılmayacağı barədə rəsmi təsdiqini tapmış hər hansı bir məlumat hələ ki, mövcud deyil". -ın Ermənista

15 oktyabr
.

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib. AZƏRTAC-a istinadla xəbər verir ki, qonaq Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını dövlətimizin başçısına çatdırıb və qeyd etdi ki, Kra

14 oktyabr
.

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

Laos Xalq Demokratik Respublikası üzv dövlət qismində AQEM-ə qoşulub. AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə məsələ AQEM-in 7-ci Zirvə Toplantısının gündəliyinə daxil edilib. Məsələ üzv dövlətlər tərəfindən dəstəklənib

15 oktyabr
.

17 oktyabrda azad Füzulidə şəhər günü qeyd edilir

Cənab Prezident tarixi qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə cari ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncam imzalamışdır. 17 oktyabr 2020-ci il Füzuli rayonunun erməni işğalından azad olunduğu gündür. Cənab Prezidentin qeyd etdiyi

15 oktyabr
.

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriba

14 oktyabr
.

Məktəbli formasını dünyəvi dövlətin dəyişməz prinsiplərindən biri kimi qəbul etmək lazımdır

"Məsələni mürəkkəbləşdirən amillərdən biri Azərbaycanda vahid məktəbli forması ilə bağlı müzakirələrin xaricdəki müəyyən qüvvələr tərəfindən dəstəklənməsidir. Şübhə yoxdur ki, bu hadisələri kənardan qızışdıran qüvvələr var. Bunlar müəyyən dövlətlər, dövlət strukturları, eləcə də ayrı-ayrı ölkələrdək

14 oktyabr
.

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüş zamanı İsrail Prezidenti Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbrik etdi

14 oktyabr
.

Azərbaycan Prezidenti Qətər əmiri ilə görüşüb - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

15 oktyabr