"Füzuli uğrunda aparılan döyüşlər müharibənin gedişatına təsir edən mühüm hərbi əməliyyatlardan biri olmuşdur" - DEPUTAT

"Füzuli uğrunda aparılan döyüşlər müharibənin gedişatına təsir edən mühüm hərbi əməliyyatlardan biri olmuşdur" - DEPUTAT"Bu il Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Orudumuzun doğma şəhərimiz Füzulini işğaldan azad etməsindən 5 il keçir. Ölkəmizin ən qədim yaşayış məntəqələrindən biri olan Füzulidə işğaldan öncə 140 min nəfərdən çox əhali yaşayırdı. Füzuli uğrunda aparılan döyüşlər müharibənin gedişatına təsir edən mühüm hərbi əməliyyatlardan biri olmuşdur. Şəhərin azad edilməsi Azərbaycan Silahlı Qüvvələrinə cəbhədə mühüm strateji üstünlüklər qazandırmışdır. Xüsusilə, Füzuli döyüşləri nəticəsində Ermənistan ordusu əhəmiyyətli itkilər vermiş və onların müdafiə xətti dağıdılmışdır. Bu rayonun azad edilməsi həmçinin Qarabağın digər bölgələrinin azad edilməsi üçün həlledici rol oynamışdır".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb.

O, açıqlamasında qeyd edir ki, Füzuli uğrunda gedən döyüşlərdə Azərbaycan Ordusunun qəhrəmanlığı və döyüş qabiliyyəti açıq şəkildə özünü göstərdi:

"Məhz bu döyüşlər Azərbaycanın hərbi gücünün nə qədər inkişaf etdiyini sübut etmişdir. Artıq beynəlxalq ictimaiyyət də Azərbaycan Ordusunun müasir texnologiyalar və peşəkar hərbiçilərdən ibarət olduğunu qəbul edir. Füzuli, işğaldan azad edilmiş ərazilər arasında ən çox mina ilə çirklənmiş rayonlardan biridir. Rayonda yüz mindən çox mina basdırılmış və erməni təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə xeyli ziyan dəymişdir. Füzuli rayonu da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərin bərpası məqsədilə 2020-ci ildən etibarən Azərbaycanın Böyük Qayıdış Proqramı həyata keçirilməyə başlanmışdır. 2026-cı ilə qədər bu proqram çərçivəsində Füzuliyə 22 min insanın geri qayıdacağı gözlənilir. Proqramın əsas məqsədi, işğaldan azad edilmiş torpaqlarda müasir və təhlükəsiz yaşayış mühitinin yaradılması, infrastrukturun bərpası və əhalinin rifahının təmin edilməsidir. Ümumiyyətlə bütün Qarabağda Böyük Qayıdış proqramı çərçivəsində tədricən inkişaf etdirilir və burada müasir kənd və şəhər mühiti formalaşdırılır".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 841   Tarix: 16 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Beynəlxalq Qızıl Xaç Komitəsindən Zəngəzurda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanda barəsində iki aylıq həbs qətimkan tədbiri seçilmiş Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayevin məsələsi üzrə müvafiq orqanlarla davamlı olaraq əlaqə saxlayır. Bu barədə Ermənistan mediasına istinadən xəbər verir. "Onların razılığını aldıqda

14 oktyabr
.

Türkiyə Ermənistanda keçiriləcək tədbirə qatılacaq

"BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının 17-ci Tərəflər Konfransında (COP17) Türkiyənin nazirlər səviyyəsində iştirak edəcəyi məlumdur. Lakin Azərbaycanın bu tədbirə qatılıb-qatılmayacağı barədə rəsmi təsdiqini tapmış hər hansı bir məlumat hələ ki, mövcud deyil". -ın Ermənista

15 oktyabr
.

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib. AZƏRTAC-a istinadla xəbər verir ki, qonaq Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını dövlətimizin başçısına çatdırıb və qeyd etdi ki, Kra

14 oktyabr
.

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

Laos Xalq Demokratik Respublikası üzv dövlət qismində AQEM-ə qoşulub. AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə məsələ AQEM-in 7-ci Zirvə Toplantısının gündəliyinə daxil edilib. Məsələ üzv dövlətlər tərəfindən dəstəklənib

15 oktyabr
.

17 oktyabrda azad Füzulidə şəhər günü qeyd edilir

Cənab Prezident tarixi qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə cari ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncam imzalamışdır. 17 oktyabr 2020-ci il Füzuli rayonunun erməni işğalından azad olunduğu gündür. Cənab Prezidentin qeyd etdiyi

15 oktyabr
.

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriba

14 oktyabr
.

Məktəbli formasını dünyəvi dövlətin dəyişməz prinsiplərindən biri kimi qəbul etmək lazımdır

"Məsələni mürəkkəbləşdirən amillərdən biri Azərbaycanda vahid məktəbli forması ilə bağlı müzakirələrin xaricdəki müəyyən qüvvələr tərəfindən dəstəklənməsidir. Şübhə yoxdur ki, bu hadisələri kənardan qızışdıran qüvvələr var. Bunlar müəyyən dövlətlər, dövlət strukturları, eləcə də ayrı-ayrı ölkələrdək

14 oktyabr
.

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüş zamanı İsrail Prezidenti Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbrik etdi

14 oktyabr
.

Azərbaycan Prezidenti Qətər əmiri ilə görüşüb - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

15 oktyabr